FəNN: makroiQTİsadiyyat


Məhsulun həyat dövrü modeli



Yüklə 322,89 Kb.
səhifə116/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   112   113   114   115   116   117   118   119   ...   177
Makroiqtisadiyyat mühazirə

Məhsulun həyat dövrü modeli. Bu, firmaların inkişafı nəzə­riyyəsi əsasında amerika iqtisadçısı R.Vernon tərəfindən işlənib hazır­lanmışdır. Bu modelə uyğun olaraq yeni məhsul öz "həyatında" aşa­ğıdakı mərhələlərdən keçir: 1) Məhsulun bazarda irəlilədilməsi; 2) Satı­şın artması; 3) Yetkinlik mərhələsi; 4) Bazarın həmin məhsulla doldu­rul­ması; 5) Satışın azalması.

Məhsulu ilk dəfə istehsal edən firmalar üçün onun beynəlxalq miqyasda həyat dövrü bir qədər başqa cürdür. Bunu aşağıdakı kimi mü­əyyən etmək olar: 1) Yeni məh-sulun istehsal və ixrac olunması; 2) Xa­rici rəqiblərin eyni məhsuldan istehsal etmələri və onların bazar­lar­da (hər şey-dən əvvəl öz ölkələrinin bazarlarında) irəlilədilməsi ; 3) rə-qib­lərin üçüncü ölkələrin bazarlarına çıxmaları və buna uy-ğun olaraq məh­sulu ilk ixrac edən ölkədən məhsul ixracının azalması; 4) rəqiblərin, ye­ni məhsulu ilk istehsal edən ölkə-lərin bazarlarında görünməsi.

Əlbəttə, qabaqcıl texnologiyaya sahib olan firmanın istehsal et­diyi yeni məhsul digər firmalar tərəfindən də bu-raxıldıqda o, başqa bir yeni məhsul buraxmağa meyl göstərə bilər. Lakin ixrac üçün təhlükə ya­randıqda vəziyyətdən çıx-maq məqsədilə başqa yoldan – məhsulun isteh­sa­lını xaricdə təşkil etmək yolundan istifadə olunması da müm­kün­dür. Bu, məhsulun həyat dövrünü uzatmağa imkan verir. Həm də qeyd et­mək lazımdır ki, məhsul istehsalının artırıldığı və yetkinlik mərhə­lə­lərində "istehsal xərcləri" adətən azalır ki, bu da qiymətlərin aşağı mü­əy­­yən olunmasına və beləliklə də ixrac olunan məhsulların miqdarının art­masına səbəb olur. Digər tərəfdən, məhsulu ixrac etməkdənsə, onun istehsalının xaricdə təşkili iqtisadi cəhətdən daha sərfəlidir. Bu, onunla əlaqədardır ki, məhsulun istehsalı xaricdə təşkil olunduqda dəyişən xərclər azalır, gömrük sərhədlərindən yan keçmək imkanları artır, xari­ci inhisarlarla mübarizədə mövqelər möhkəmlənir və i.a.




  1. Yüklə 322,89 Kb.

    Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin