FəNN: makroiQTİsadiyyat


Bəs, kapital nə üçün ixrac və idxal olunur?



Yüklə 322,89 Kb.
səhifə111/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   107   108   109   110   111   112   113   114   ...   177
Makroiqtisadiyyat mühazirə

Bəs, kapital nə üçün ixrac və idxal olunur? Ilk baxış-da çox sadə görünən bu suala bir çox nəzəriyyələr cavab verməyə çalışmışlar və indi də buna cəhd göstərirlər. Bun-ların içərisində diqqəti daha çox cəlb edən neoklassik, neo-keynsçilik və marksist nəzəriyyələrdir.

Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nə­zəriyyə əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun beynəlxalq ticarət-də müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O, D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi mənfəət normalarındakı müxtəliflikdir.

XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqti­sad­çıları C.A.Hobson və C.Keyns, J.B.Seyin is-tehsal amilləri haqqında kon­sepsiyasından istifadə edərək, onu beynəlxalq iqtisadi münasibət­lərin (o cümlədən kapita-lın hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns bey­nəlxalq tica-rətlə istehsal amillərinin hərəkətinin alternativliyi haq­qında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o deməkdir ki, müəy­yən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bi­lər. Bu isə həmin nəzəriyyənin tərəfdar-larının marjinalizmin baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazır­lanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan mara­ğının səbəbini araşdırmağa əsas verir.

Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neo-klassik nə­zəriyyə son olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen tərəfindən bir sıra müddəalarla zəngin­ləşdi­ril­mişdir. Belə ki, E. Xekşer son faydalılıq nəzəriyyəsinə özünün konsep­siyası çərçivəsində istehsal amilləri qiymətlərinin beynəlxalq miqyasda taraz-laşması meylləri haqqında tezisi formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.

B.Olin özünün beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müx­tə­lifliyi ilə əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldar­lı­ğı az olan yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hə­rə­kət edir. Kapital üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən digər məqamları da aşkara çıxar­mış­dır. Bunlara gömrüklə əlaqədar maneələr, firmaların kapital qoyulu­şu­nu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında siyasi ixtilaflar və s. misal ola bilər.

R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müx­təlif modellər yaratmış və belə bir nəticəyə gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə, əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.



K.Iversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəl-xalq miqyasdaki hərəkə­tini iki yerə bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını tənzimləmək üçün lazım olan kapital adlandır­mışdır. O. həmçinin göstərmişdir ki, kapitalın müxtəlif növləri beynəl­xalq miqyasda müxtəlif sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi məhz bununla əlaqədardır.


Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin