Kurs işinin predmeti – Quyuların texniki vəziyyətinə nəzarət üsulları.
Kurs işinin məqsədi - Nəzarət üsullarından biri olan naklonometriya üsulunun araşdırmaqdır.
İşin quruluşu- Kurs işi Referat, Mündəricat, Giriş, nəticə və 3 fəsildən ibarətdir.
I Fəsil.Quyuların geofiziki tədqiqatı QGT-nin yeri və rolu
Quyuların geofiziki tədqiqatı (QGT) fiziki üsulların cəmi olub quyu kəsilişi üzrə və ya yaxud quylar arası fəzanın tədqiqinə əsaslanır. Neft-qaz quyularının tədqiqində istifadə olunan kompleks QGT üsulları mədən geofizikası adlanır. QGT kompleksi dedikdə karotaj üsullarının məcmusu nəzərdə tutulur.
Quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasiləsiz olaraq öyrənilməsi məqsədilə aparılan geofiziki tədqiqatlara karotaj deyilir.
QGT-nin yeri və rolugeoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istismarı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
I mərhələ: Regional tədqiqatlar aparmaqla regionun perspektivli geoloji obyektləri aşkarlanır.
II mərhələ: Zonal tədqiqatlar mərhələsində perspektivli geoloji obyektlərin quruluşu öyrənilir.
III mərhələ:Axatarış mərhələsində əsas məsələ yatağın mövcudluğunun təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiymətləndirilməsidir
IV mərhələ: Kəşfiyyat mərhələsində faydalı qazıntıların ehtiyatının hesablanması və yatağın istismara hazırlanması məqsədilə axtarış mərhələsində qurulmuş model dəqiqləşdirilir və müfəssəlləşdirilir.
V mərhələ:QGT-nin istismar prosesindəki rolu yatağın işlənmə texnologiyasından (quyu, şaxta və s.) asılı olur.
QGT əsas aşağıdakı məsələlərin həllində əhəmiyyətlidir.
I. Ümumi geoloji xarakterli məsələlər - burada quyu kəsilişinin litologiyasının öyrənilməsi, layların sərhəd və qalınlıqlarının öyrənilməsi, quyu kəsilişlərinin korrelyasiyası.
II. Layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi - məhsuldar kollektor layların seçilməsi, onların məsaməliyinin, gilliliyinin, keçiriciliyinin, effektiv qalınlığının, neft-qaz doyumluğunun və s. təyin edilməsi.
III. Quyuların texniki vəziyyətinə nəzarət - quyuların sementləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnmə yerinin təyini, quyuda laya və ya laydan quyuya maye axınının intervalının təyini, quyuların mayilliyinin ölçülməsi, quyunun həqiqi diametrinin öyrənilməsi və quyuda partlayış işlərii və s.
IV. Neft-qaz yataqlarının işlənməsinə nəzarət- su, neft, qaz, maye kontanklarının, yerinin müəyyənləşdiriliməsi, cari neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi.
QGT tədqiqat obyekti əsasən müəyyən fiziki xassə və maddi tərkiblə müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan, geoloji modellə təsvir olunan geoloji obyektdir:
- neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət; --su -neft- qaz kontaklarının öyrənilməsi;
-cari neft qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi və s.
QGT-nin 50-dən çox modifikasiyaları mövcuddur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsusiyyətlərindən və növündən asılıdır. Bu üsullardan quyu kəsilişlərinin tədqiqində əsas aşagıdakı üsullar tətbiq olunur (şəkil 1.1.1).
Şəkil 1.1.1. Quyu kəsilişlərinin tədqiqində istifadə olunan üsullar .