1.3. Quyudan süxur nümunənisinin götürülməsi.
Qazıma zamanı tətbiq edilən geofiziki üsulların dəqiqliyini artırmaq üçün quyudan götürülən süxur nümunələrinin petrofiziki xüsusiyyətlərinin laboratoriya şəraitində öyrənilməsi vacibdir. Bu xüsusiyyətlərə süxurların müqaviməti, elektrik keçiriciliyi, baş verən kimyəvi çevrilmələr, mexaniki xüsusiyyətləri, elastiki, radioaktiv xüsusiyyətləri və s. daxildir. Süxur nümunələrini quyudan götürmək üçün iki üsuldan istifadə olunur:
1) qazıma zamanı qazıma borusu vasitəsilə;
2) kabel vasitəsilə quyuya buraxılan cihazla süxur nümunəsinin götürülməsi.
Quyu qazıldıqdan sonra açılmış laylardan süxur nümunəsi götürmək üçün xüsusi atıcı süxur götürən cihazlardan istifadə olunur. Atıcı süxurgötürən cihaz polad gövdədən və süxurgötürən barıtla doldurulmuş lüləli kameralardan ibarətdir. Süxurgötürən karotaj kabelinə birləşdirilərək quyuya buraxılır. SG lazımı dərinlikdə lay qarşısında saxlandıqdan sonra kabelin damarı vasitəsi ilə cihaza cərəyan verilir. Qızdırıcı naqildən cərəyan keçdikdə yanğına həssas maddə alışır və barıt yanmaya başlayır. Atılıb divara sancılan metal stəkan cihaza bağlı olur və dartanda nümunə içində qalır. Süxur götürəndə quyu şəraitindən və cihazın markasından asılı olaraq müxtəlif tip barıtlardan istifadə olunur. Cihazın markasından asılı olaraq barıtın kütləsi 3.5±2 q olur.
Birinci halda götürülmüş süxur nümunəsində çoxsaylı dəyişikliklər baş verir. Buna səbəb gil məhlulunun bilavasitə götürülmüş süxur nümunəsi ilə təmasda olmasıdır. Bu çatışma- mazlığı aradan qaldırmaq üçün ikinci üsuldan istifadə edilir. İstifadə edilən quyu cihazının gövdəsində bir neçə metaldan hazırlanmış stəkan yerləşdirilir.
İlk dövrlərdə belə cihazlarda stəkan quyu cihazının gövdəsinə troslarla birləşdirilirdi, yəni quyu cihazı hərəkətə gətrildikdən sonra süxur nümunəsi ilə dolu stəkan quyu cihazının ətrafında asılı vəziyyətdə qalırdı. Quyu diametrinin kiçilib böyüməsi bizə məlumdur.
Quyu cihazı yuxarı qaldırıldıqda quyu diametrinin kiçildiyi intervalda çox zaman stəkanlar ilişib qırılırdılar və ya quyu cihazı tutulurdu və quyuda qəza baş verirdi. Bunun qarşısını almaq üçün son tipli cihazlarda stəkan quyu cihazların gövdəsinə çox böyük gərginliyə malik yaylarla birləşdirilir.
Nəticədə, stəkan partlayış nəticəsində böyük sürətlə süxura daxil olur. Yayın gərilməsi sayəsində isə geriyə qayıdaraq yuvasında oturur. Beləliklə, qəza aradan götürülmüş olur. Nümunə götürmənin sxematik quruluşu aşağıdakı kimidir.
Şəkil 1.3.1. Süxur nümunəsi götürən cihazın sxemi. 1-parlayıcı maddə yerləşən hissə; 2- partlayıcı maddə; 3- stəkan yerləşən yuva; 4-stəkan; 5-tros; 6-yay.
Dostları ilə paylaş: |