Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   2   3   4   5   6   7   8   9   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Müalicəsi:  Bütün  xəstələri  hospitalizə  etmək  və  ciddi  yataq  rejimi  vacibdir.  Xəstəyə  hər  gün 
əzələ  daxilinə  5-10  ml  spesifik  qammaqlobilin,  endolümbal  5-10  ml  xəstəlik  keçirmiş  şəxslərin  qan 
zərdabı  və  yaxud  40-50  ml  həmin  zərdabdan  əzələ  daxilinə  vurulur,  5-6  gün  müddətində,  lazım 
gəldikdə  ürək  preparatları  təyin  edilir.  Hər  gün  vena  daxilinə  20-30  ml  40%  qlükoza,  günaşırı  dəri 
altına  oksigen,  eləcə  də  tiamin,  sinkobalamin,  askorbin  turşusu,  prozerin,  dibazol,  ATF,  qalantamin 
vurulur.  Fizioterapiya  üsullarından  kalium  yodla  elektrofarez,  diatermiya,  müalicə  gimnastikası, 
massaj  tətbiq  edilir.  Profilaktika:  Gənələri  və  gəmiriciləri  meşədə  məhv  etmək  lazımdır.  Meşədə 
işləyənlər  xüsusi  kombinizonlardan  istifadə  etməlidir.  Bədənin  açıq  hissələrinə  kəskin  iyli  mazlar, 
məhlullar  sürtülür.  Vaksinasiya  aparılmalıdır.  Məhəlli  zonalarda  kütləvi  vaksinasiya  aparılır.  Bu 
məqsədlə dərialtına birinci gün 3 ml, 10 gündən sonra isə 6 ml vaksin vurulur.  
 
 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 27
 
 
Ġkincili irinli meningit 
 
Bədəndə  cərəyan  edən  hər  hansı  bir  irinli  proses  (orta  qulağın,  burunun,  əng  ciblərinin  irinli 
xəstəliyi,  pnevmoniya  və  s.  )  ikincili  irinli  meningitə  səbəb  ola  bilər.  Mikroorqanizmlər  (stafilo  və 
streptokokk) beyin qişalarına qanla və limfa yolları ilə daxil olur.  
Klinikası:  Meninqokokklu  meningitin  klinikası  ilə  oxşar  keçir.  Xəstəlik  birdən-birə  titrətmə, 
qızdırma,  şiddətli  baş  ağrıları  ilə  başlayır.  Bütün  meningial  əlamətlər  təzahür  edir.  Kiçik  yaşlı 
uşaqlarda  bəzən  cəngolmalar  baş  verir.  Sayıqlama,  müxtəlif  hallüsinasiyalar  müşahidə  oluna  bilər. 
Bəzən  xəstənin  huşu  itir,  ürək  fəaliyyəti  və  tənəffüs  pozulur.  Beyin-onurğa  beyni  mayesi  bulanıq  və 
yaşımtıl,  təzyiqi  həddən  yüksək,  poliositoz  olur,  zülalın  miqdarı  artır.  Bakterioloji  müayinədə 
pnevmokk, streptokokk tapılır. Qanda leykositoz olur, EÇS yüksəlir. Xəstəlik kəskin və yarımkəskin 
şəkildə cərəyan edə bilər. Xəstəlik kəskin və yarımkəskin şəkildə cərəyan edə bilər. İkincili meningitin 
ağır keçməsinə baxmayaraq xəstəlik bir çox hallarda sağalır.  
Müalicəsi:  Orqanizmdə  irinli  ocağı  ləğv  etmək  lazımdır.  Penisillin,  streptomisin,  biomitsin  və 
başqa  antibiotiklərdən,  sulfanilamid  preparatlardan  istifadə  edilir.  Əsas  xəstəliyi  müalicə  etmək 
lazımdır. İrinli mayeni boşaltmaq üçün təkrar punksiyalar olunur.  
 
Neyrosifilis 
 
Sinir  sisteminin  sifilis  xəstəlikləri  (neyrosifilis)  iki  yerə  bölünür:  1)  erkən  (mezenximal)  və  2 
ləng (parenximatoz) forma.  
Neyrosifilisin erkən formaları 
 
Bura sifilitik meningit, sifilitik endarteriit, sifilitik qumma, sifilitik nevrit və polinevritlər aiddir. 
Erkən forma siflislə  yoluxmanın birinci  ilindən başlayaraq təzahür  edir.  Ən çox beyin qişaları, sonra 
isə beyin maddəsi pozulur (meninqoensefalit, meninqomielit) . 
 
Sifilitik meningit (menungitis luetica)  
 
Keçirilmiş  sifilisdən  1-2  il  keçdikdən  sonra  başlayır.  Sifilisin  birincili  və  ikincili  mərhələsində 
təsadüf  oluna  bilər.  Qişalar  qalınlaşır,  qan  damarlarında  da  pozğunluqlar  olur.  Xəstəlik  tədricən 
başlayıb, xroniki şəkildə cərəyan edir. Temperatur yüksəlmir, meningeal simptomlar çox zəif təzahür 
edir,  xəstənin  ümumi  vəziyyəti  bir  o  qədər  dəyişmir,  o,  xəstəliyi  çox  vaxt  ayaq  üstə  keçirir.  Ən  çox 
gecələr  baş  ağrısı  olur.  Bəzən  baş  ağrısı  kəskinləşdikdə  ürəkbulanma  və  qusma  ola  bilər.  Yuxu 
pozğunluğu, ruh düşkünlüyü, qulaqlarda səs olur. Bəzi  sifilitik  meningitlərdə  gözün hərəki  sinirinin, 
uzaqlaşdırıcı sinirin və görmə sinirinin pozğunluqları aşkara çıxır. Göz dibini müayinə edərkən sinirin 
pozğunluqlarına təsadüf olunur. Göz dibinin müayinəsi zamanı görmə sinirinin nevriti ayırd edilə bilər. 
Beyin-onurğa  beyin  maddəsi  şəffaf  və  rəngsiz  olub  təzyiqi  yüksəlir.  Hüceyrə-zülal  dissosiasiyası  ilə 
yanaşı  linfosidlərin  miqdarı  artır.  Qanda  və  beyin-onurğa  beyin  mayesində  Vasserman  reaksiyası 
müsbət olur.  
Müalicəsi: Sifilisə qarşı aktiv müalicə ilə yanaşı, beldən punksiya və simptomatik müalicə təyin 
etmək lazımdır.  
Sifilitik endarteriit 
 
Neyrosifilisi  erkən  formasına  aid  olub,  xəstəliyin  başlanğıcında  meydana  çıxan  damar 
pozğunluğudur.  Get-gedə  beyin  yumşalması  nəticəsində  ətraflarda  iflic,  parez  meydana  çıxır.  Bazal 
qan  damarlarının  pozğunluğu  müxtəlif  hiperkinizlərə  (xorea,  atetoz,  torsiyon  ditoniya)  və 
parkinsonizm  əlamətlərinə  səbəb  olur.  Vasserman  reaksiyasının  müsbət  olmasına  və  xəstənin 
anamnezinə  əsaslanaraq  beyin  damarlarının  sifilitik  endarteriti  dəqiqləşdirilə  bilər.  Onurğa  beyin 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 28
 
 
damarlarının sifilitik pozğunluğu yarım kəskin mielitin klinikasını verir. Bu zaman sfinktorlar pozulur 
və trofik dəyişikliklər olur, hissiyatın dissosiasiya şəklində pozğunluğu meydana çıxır.  
Sifilitik  qumma  -  nevrosifilisin  erkən  formasının  nadir  tapılan  pozğunluqlarındandır.  Sifilisin 
üçüncülü  mərhələsində  müşahidə  olunur.  Ən  çox  beyinin  qabarıq  səthində,  yaxud  beyin  əsasında 
yerləşir.  Klinik  əlamətləri  tez  inkşaf  edən  beyin  şişini  xatırladır.  Bu  zaman  ümumi  hipertenzion 
əlamətlərlə yanaşı, qummanın yerləşməsindən asılı olaraq lokal əlamətlər də meydana çıxır.  
Qumma onurğa beynində yerləşdikdə kökcük ağrıları, paresteziya, amiotrafiya və i. a. meydana 
çıxır.  
 
Sifilitik nevrit və polinevritlər 
 
Sifilis  nəticəsində  ağırlaşma  kimi  ya  ayrı-ayrı  sinirlərin  (nevrit)  və  yaxud  bir  çox  sinirlərin 
birlikdə  iltihabına  (polinevrit)  təsadüf  olunur.  Ən  çox  orta,  dirsək  və  incik  sinirləri  pozulur.  Sifilitik 
polinevrit  digər  etiologiyalı  polinevritlərdən  fərqli  olaraq  bir  o  qədər  kəskin  ağrılarla  cərəyan  etmir. 
Burada ən çox paresteziyalar meydana çıxır, reflekslər sönür, əzələ atrofiyası və hipotoniyası müşahidə 
olunur.  Diaqnoz  qoymaq  üçün  anamnezinə  və  beyin-onurğa  beyin  mayesinin  seroloji  reaksiyalarına 
diqqət verilir.  
Müalicəsi. Neyrosifilisin tez formasında 15-20 mln. vahid miqdarında penisillin (hər 4 saatdan 
bir 50-100 min TV). Eyni zamanda 1:200 min TV dozada bissilin də işlədilə bilər. Çox vaxt penisillin 
və bissilin bioxinolla birlikdə (hər üç gündən bir əzələ içərisinə 3 q bioxinol vurulur) tətbiq edilir.  
 
Neyrosifilisin gec formaları 
 
Neyrosifilisin  gec  formalarına  2  xəstəlik  daxil  edilir:  1)  bel  quruluğu  (tabes  dorsalis);  2) 
proqressiv iflic (paralysis progressiva) . Hər iki xəstəlik sifilisin 4-cü mərhələsinə aiddir.  
 
Bel quruluğu (tabes dorsalis)  
 
Xəstəlik siflis yoluxmasından 10-12 il keçdikdən sonra başlayır. Siflis yoluxmasının ilk illərində 
bel quruluğu müşahidə olunmur. 
Patoloji-anatomiyası  və  patogenezi.  Patoloji  proses  ən  çox  onurğa  beyninin  bel  və  döş 
nahiyyəsini  tutur.  Gec  forma  ağır  cərəyana  malikdir,  siflisə  qarşı  aparılan  spesifik  müayinə  təsirsiz 
qalır.  
Simptomotologiyası.  Xəstəlik  tədricən  inkişaf  edib,  3  əsas  mərhələdə  (nevralgik,  ataktik  və 
paralitik)  təzahür  edir.  Arxa  kökcüklərin  qıcıqlanması  nevralgik  əlamətlərə  səbəb  olur.  İlk  növbədə 
şiddətli kökcük ağrıları başlayır. Ağrılar vurucu, “kəskin” xarakter daşıyır, ən çox aşağı ətraflarda olur, 
qəflətən,  heç  bir  səbəb  olmadan  başlayır,  1-2  saniyədən  artıq  davam  etmir.  Bəzi  xəstələr  ağrını 
“elektrik cərəyanı vurması” ilə müqayisə edirlər. Sinir kötüyünə, yaxud aşil vətərinə təsir etdikdə xəstə 
ağrı  hiss  etmir  (Abadi  simptomu).  Çox  vaxt  xəstələrdə  parasteziyalar  meydana  çıxır.  Xəstə  belində 
“kəmərəbənzər” ağrı duyur (belinin, qarnının sanki kəmərlə dartıldığını hiss edir) . Bədəninə guya iynə 
batırıldığından,  yanğı  hissindən  şikayətlənir.  Xəstəlik  kəskinləşdikdə  xəstə  ayağının  altında  yumşaq 
şey olduğunu, dərisinin qalınlaşdığını güman edir. Bəzən ona elə gəlir ki, yumşaq xalı, yaxud pambuq 
üzərində, daha sonralar isə hava ilə doldurulmuş rezin balon üzərində gəzir. Mədə xorasını xatırladan 
mədə-bağırsaq  tutması  zamanı  qusmağa  başlayır,  yeməkdən  qalır,  ağrıların  kəskinləşəcəyi 
qorxusundan yeməkdən imtina edir. Ürək tutmaları çox vaxt stenokardiyanı xatırladır.  
Bel  quruluğunda  onurğa  beyninin  arxa  ciyərlərində  yerləşən  əzələ-oynaq  hissiyatını  daşıyan 
yolların pozulması ataksiyaya (müvazinət pozğunluluğuna) səbəb olur. Bu əlamətlər bel quruluğunun 
ataksiya  fazası  adlanır.  Bu  zaman  xəstə  düz  yeriyə  bilmir,  o  tərəf-bu  tərəfə  yıxılır,  ayaqlarını  aralı 
qoyur, yeriyən zaman ayağını çox yuxarı atıb pəncəsini şappıltı ilə yerə vurur. Ayaqlarının hissiyatını 
itirdiyi üçün qaranlıqda çətinliklə gəzir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 29
 
 
Bel  quruluğunun  ilk  simptomlarından  biri  vətər  reflekslərinin  zəifləməsi,  daha  sonra  isə 
tamamilə  itməsidir.  Bel  quruluğu  xəstəliyində  sfinktorlar  pozulur.  Xəstə  sidik  ifraz  etmək  istərkən 
gücənir. Çox vaxt qəbiz olur.  
Xəstəliyin  ən  mühüm  simptolarından  biri  bəbək  pozğunluqlarından  ibarətdir.  Bu  zaman 
bəbəklərin forması dəyişir, biri büzüşür, digəri böyüyür (buna anizokoriya deyilir) . 
Xəstəliyin  sonraki  inkişafı  üçüncü  mərhələyə-  paralitik  mərhələyə  gətirib  çıxarır.  Xəstə  daha 
özünə qulluq edə bilmir, yorğan-döşəyə düşür.  
Xəstəliyin  bəzi  hallarında  atrofik  pozğunluqlar  müşahidə  olunur.  Oynaqlarda  atrofiya  meydana 
çıxır. Bəzən xəstənin xasiyyəti dəyişir, yaddaş zəifləyir, sayıqlama halyusinasiya və s. meydana çıxır.  
Beyin-onurğa beyin mayesinin analizində limfositlərin bir qədər artdığı (60-100 hüceyrə) zülalın 
çoxaldığı qeyd edilir. Qanda və likvorda Vasserman və Lanq reaksiyaları müsbət olur.  
Müalicəsi.  İlk növbədə,  sifilisə qarşı müalicə təyin  edilməlidir. Penisillin və bismutla bir neçə 
dəfə  müalicə  (1-2  ay  fasilə  verməklə  5-6  kurs)  aparılmalıdır.  Bundan  əlavə  2  kurs  yalnız  bismut 
preparatları ilə müalicə təyin edilməlidir (ay yarım, 2 ay fasilə verməklə). Xəstəyə kalium-yod məhlulu 
verilir,  görmə  sinirinin  atrofiyası  olarsa  strixinin  (0,  1%-li  məhlulundan  1ml)  ,  yaxud  natrium-nitrit 
(hər  3  gündən  bir  gicgah  dərisinin  altına  5%-li  məhluldan  1ml  vurmaqla,  sonra  məhlulun 
konsentrasiyasını hər dəfə 1% artırmaqla 15%-ə çatdırmaq və təxminən 2-3 ay həmin müalicəni davam 
etdirməli)  təyin  edilir.  Bir  il  müddətində  2-3  kurs  müalicə  verilməlidir.  Xəstənin  ətraflarında  ağrı 
olduqda ağrıkəsici dərmanlar, kvars, göy işıq və s. təyin edilir.  
Tutmalar zamanı simptomatik müalicə təyin edilir. Müxtəlif vannalar, fizioterapevtik müalicələr 
tətbiq oluna bilər.  
  
Ġkincili ensefalitlər. Qrip ensefaliti 
 
A və B tipli viruslu qripdə, demək olar ki, həmişə sinir sistemi patoloji prosesə cəlb olunur. İlk 
növbədə  baş  ağrısı,  baş  gicəllənmə,  göz  almalarında  ağrı,  üzün  dərisində  hiperemiya,  bradikardiya, 
hipotoniya, adinamiya meydana çıxır.  
Qripin başlanğıcından 6-10 gün sonra beyin  əlamətləri təzahür edsir. Subfebril hərarət,  yüngül 
leykositoz,  limfopeniya  olur  və  EÇS  yüksəlir.  Bəzən  yüngül  parez  əlamətləri  tapılır,  nadir  hallarda 
epileptik  cəngolmalar,  psixomotor  pozğunluqlar  baş  verir.  Onurğa  beyin  mayesinin  təzyiqi,  zülalın 
miqdarı artır. Xəstəlik xəstənin sinir sisteminin vəziyyətindən asılı olaraq, müxtəlif şəxslərdə müxtəlif 
cür cərəyan edir. Xəstəliyin proqnozu yaxşıdır. Patogenezini və patomorfoloji xüsusiyyətlərini nəzərə 
alaraq qripin ağırlaşmasına toksik qripoz ensefalopatiya deyilir. 
Müalicəsi:  Sulfanilamid  preparatları  və  antibiotiklər  verilməlidir.  Vena  daxilinə  urotropin, 
kalsium xlorid vurulmalıdır. Lazım gəldikdə dimedrol, ürək dərmanları, qammaqlobulin təyin edilir.  
 
Qızılca ensefaliti 
 
Bu xəstəlik o qədər də çox yayılmamışdır. Qızılca 
səpgiləri  solanda  (4-6  günlər)  ağırlaşma  olaraq  beynin 
iltihabı  başlayır.  Xəstəliyin  etiologiyası  və  patogenezi 
tam  məlum  deyil;  bəziləri  qızılca  virusunun,  digərləri 
qızılca  intoksikasiyasının  təsiri,  başqaları  isə  allergiya 
nəticəsində baş verdiyini söyləyirlər. 
Klinikası:  Xəstəlik  kəskin  hərarətlə  başlayır. 
Xəstədə  yuxululuq,  soporoz,  bəzən  komatoz  hal 
müşahidə  olunur.  Tənəffüs  pozulur,  tonik  cəngolmalar 
olur,  vətər  refleksləri  zəifləyir.  Məhəlli  simptomlardan 
nitq  simptomu-afaziya,  spastik  iflic,  parez,  xoreya, 
ətrafların  fasiləsiz  ritmik  hərəkətləri,  nistaqm, 
sfinktorların  pozulması  və  hissiyyat  pozğunluğu 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 30
 
 
müşahidə oluna bilər. Onurğa beyin mayesinin təzyiqi yüksəlir, limfositlərin miqdarı artır. Xəstəliyin 
proqnozu yaxşı olsa da, bəzən iflic, parez, epileptik qıcolma kimi qalıq əlamətləri olur.  
Müalicəsi:  Kəskin  dövrdə venaya 15 ml 40 %-li qlükoza, 2 ml 5%-li askorbin turşusu, 10 ml 
10  %-li  natrium  xlorid,  5  ml  40  %-li  heksametilintetramin  vurulmalıdır.  Epileptik  tutmalar  zamanı 
13  %-li  xloralhidratla  imalə  edilməlidir.  İflic,  parez  olduqda  əzələyə  1  ml  0,05  %-li  prozerin, 
vitaminlərdən B
1
, B
12
 təyin edilir. Rezidual dövrdə massaj, müalicə gimnastikası tıtbiq edilir.  
 
 
  
Revmatik yaxud kiçik xoreya 
 
Revmatik  xoreya  ensefalitin  xüsusi  bir  formasıdır.  Bu  xəstəliyə  məktəbyaşlı  uşaqlar  daha  çox 
tutulurlar  (7-15  yaşlı  uşaqlar)  ,  qızlar  arasında  oğlanlara  nisbətən  daha  çox  yayılmışdır.  Bu  xəstəlik 
revmatizmin beyinə təsiri nəticəsində baş verir.  
Klinikası:  Xəstəliyin  əlamətləri  birdən  təzahür  etmir.  İlk  əlamətlər  ümumi  süstlükdən,  oynaq 
ağrısından, çox da yüksək olmayan hərarətdən, anginadan ibarət olur. Uşaq tez-tez narahat olur, küsür, 
ağlayır,  yorğunluqdan,  başağrısından,  üşütmədən  şikayətlənir,  diqqəti  tədricən  pozulur,  hafizəsi 
zəifləyir,  yeriyərkən büdrəyir, ayağı döşəməyə ilişir, xörək  yedikdə qaşıq  əlindən düşür. Məktəbyaşlı 
uşaqlarda ilk əlamətlərdən biri xəttin pozulmasıdır, hərfləri əyri-üyrü, qamaqarışıq yazırlar və xəstəlik 
şiddətləndikə uzaq görmə qabiliyyətini tamamilə itirir.  
Kəskin  surətdə  hiperkinezlər təzahür edir, uşaq otura və  gəzə  bilmir. Xəstəliyin  başlanğıcından 
1-2 həftə sonra xoreik hiperkinezlər tam aydınlığı ilə müşahidə olunur. Xəstənin əli-qolu özündən asılı 
olmayaraq o tərəf bu tərəfə atılır, qalxır-düşür, çiyinləri qalxır, başı, bədəni gah qabağa, gah yana, gah 
da  arxaya  əyilir.  Dodaqların,  dilin  hiperkinezləri  xəstənin  qidalanmasına  mane  olur.  Xoreik 
hiperkinezlər  ən  çox  yuxarı  ətrafları  üz  əzələlərini,  gövdəni  tutur.  Əzələ  tonusunun  zəifləməsi,  psixi 
pozğunluqlar  da  əsəs  əlamətlərdən  hesab  olunur.  Xəstəlik  yüngül  cərəyan  etdikdə  3-5  həftə, 
ağırlaşdıqda  isə  7-8  ay  yaxud  bir  ilə  ilə  kimi  davam  edir.  Qanda  leykositoz,  limfositoz  olur,  EÇS 
yüksəlir. Beyin onurğa-beyin mayesində xüxusi dəyişiklik olmur. 
Müalicəsi:  Yataq  rejimi  olmalıdır.  Xəstənin  çarpayısının  divara  yaxın  tərəfinə  yumşaq  yorğan 
yaxud  döşək  salınmalıdır,  ön  tərəfi  isə  qorunmalıdır  ki,  xəstə  yerə  yıxılmasın.  Xəstəlik  revmatizm 
infeksiyası  nəticəsində  baş  verdiyindən  salisilat  preparatları,  endokardit  olduqda  isə  penisillin  təyin 
edilir.  Hiperkinezlər  yuxu  zamanı  sakitləşdiyindən  yuxu  müalicəsi  aparmaq  lazımdır.  Xəstə  təmiz 
havada çox olmalıdır, çoxlu meyvə və tərəvəz yeməlidir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 31
 
 
Mielit 
 
Virus  etiologiyalı  infeksion  xəstəlikdir,  bəzən  bir  sıra  xəstəliklər  nəticəsində  (qrip,  skarlatina, 
yatalaq, pnevmoniya və s. ) inkişaf edə bilər. Adətən, onurğa beyninin tam köndələn pozğunluğu (ağ 
və boz maddə pozulur) baş verir. Patoloji prosesin yerləşməsindən asılı olaraq xəstəlik müxtəlif klinik 
şəkil ala bilər. Əgər pozğunluq onurğa beyin seqmentlərində yerləşərsə, aşağı ətraflarda spastik iflic, 
hissiyyatın  nadir  tipli  və  sfiktorların  pozulması  müşahidə  olunur.  Onurğa  beynin  boyun  hissəsinin 
pozğunluğu  yuxarı və  aşağı  ətrafları iflic edir,  ətraflarda və  gövdədə hissiyyat  itir. Bu zaman  yuxarı 
ətraflarda isə spastik iflic olur (əzələ tonusu artır, vətər refleksləri yüksəlir, patoloji reflekslər meydana 
çıxır). Onurğa beynin bel- oma nahiyyəsinin pozğunluğu aşağı ətraflarda süst iflic verməklə qıçlarda 
və  sağrıda  hissiyyatın  itməsinə  səbəb  olur.  Sfiktorlar  pozulur,  xəstədə  kökcüklərin  qişaların  prosesə 
cəlb olunması nəticəsində kəmərəbənzər ağrılar olur. 
Mielit zamanı trofik pozğunluqlar baş verir, sağrı nahiyyəsində, dabanda yataq yaraları başlayır, 
xəstənin  dərisi  tez  qızarər,  yaraya  çevrilir.  Xəstəliyin  ilk  günlərindən  xətə  sidik  ifraz  edə  bilmədiyi 
üçün  kateter  tətbiq  emək  lazım  gəlir.  Bəzən  təsadüfi  olaraq  sidik  kisəsinə  infeksiya  düşərsə  xəstədə 
sistit  əlamətləri  başlayır,  hərarəti  qalxır,  vəziyyəti  ağırlaşır.  Odur  ki,  sidiyi  buraxdıqda  aseptika  və 
antiseptika  tələblərinə  riayət  etmək  lazımdır.  Beyin-  onurğa  beyin  mayesində  leykositlərin  miqdarı 
artır, zülal reaksiyası müsbət olur. 
Müalicəsi:  ciddi  yataq
i
rejimi  təyin  edilir.  Antibiotiklərdən  penisillin,  streptomisin,  tetrasiklin, 
vena daxilinə isə 10-15 gün 5 ml 40 %-li heksametilentetramin vurulur. 
Hər  dəfə  kateterizasiyadan  sonra  sidik  kisəsini  dezinfeksiyaedici  məhlulla  yumaq,  yataq 
yaralarənın  qarşısını  almaq  üçün  xəstəni  rezin  kürələrin  üstünə  uzandırmaq,  dərisini  təmiz  saxlamaq, 
qızaran  yerləri  kamforlu  spirtlə  silmək,  çarpayıda  xəstənin  vəziyyətini  dəyişmək  (gündə  2-3  dəfə) 
lazımdır.  Sağalma  dövründə  B  qrup  vitaminləri  prozerin,  qalatamin,  ATF,  massaj,  müalicə 
gimnastikası, kükürd vannaları təyin edilir.  
 
Serebral araxnoidit 
 
Serebral araxnoidit yumşaq qişanın iltihabının elə formasıdır ki, burada hörümçək toruna bənzər 
qişa prosesə daha çox cəlb olunur. Araxnoidit bir sıra ümumi (qrip, revmatizm) və yerli (tonzillit, otit, 
haymorit) infeksiyalar, baş beyin travmaları zamanı inkişaf edə bilər. 
Klinikası:  Xəstənin  vəziyyəti  gah  yaxşılaşır,  gah  da  pisləşir,  başağrısı,  baş  gicəllənməsi, 
yeriyəndə  səndələmə  olur.  Beyin  qişasının  qıcıqlanma  simptomları,  konvergensiyanın  pozulması, 
horizontal  nistaqm,  palpasiya  zamanı  supraorbital  nöqtələrdə  ağrı,  burun-dodaq  qırışlarının 
assimmetriyası, vətər reflekslərinin yüksəlməsi, onların assimmetriyası, patoloji reflekslərdən Babinski, 
Oppengeym, Rossolimo refleksləri müşahidə olunur. Göz dibində venaların genişlənməsi, görmə siniri 
diskinin hüdudlarının itməsi aşkar edilir. Beyin- onurğa beyin mayesində zülalın miqdarı artır, təzyiqi 
çox vaxt yüksək olur. Baş beynin qabarıq hissəsinin araxnoiditi Cekson tipli epileptik tutmalarla, beyin 
əsasının  araxnoiditi  görmə  sinirinin  pozulmaları  ilə  müşaiyət  olunur.  Optoxiazmal  araxnoidit  görmə 
qabiliyyətinin  enməsi  və  yaxud  tam  korluqla,  arxa  beyin  çuxurunun  araxnoiditi  beyinciyin 
funksiyalarının  pozulması  üçlü,  üz,  eşitmə  sinirlərinin  zədələnməsi,  kəllədaxili  rəzyiqin  artması, 
tutmaşəkilli baş ağrısı, baş gicəllənmə, qusma və göz dibində durğunluq əlamətləri ilə müşayiət olunur.  
Müalicəsi:  Serebral  araxnoidit  zamanı  antibiotiklərdən  (penisillin,  tetrasiklin,  olotetrin  və  s.) 
istifadə olunur. Vena daxilinə  10-15 ml 40%-li  qlükoza ilə  5 ml 40%-li  heksametilentetramin, 10-12 
gün, əzələ daxilinə biyoxinol, lidaza, biogenstimulyatorlar vurulur. Kəllədaxili təzyiq yüksək olduqda 
əzələ daxilinə 7-15 ml 25%-li maqnezium sulfat, B qrup vitaminlıri, askorbin turşusu, novurit, qliserin, 
vena daxilinə mannitol, furosemid vurulur. Görmə qabiliyyətinin proqressiv şəkildə azalması və fokal 
epileptik  tutmalar  zamanı  cərrahi  üsulla  müalicə  aparılır.  Kəskin  dövrdən  sonra  funksiyaların  bərpa 
olunması üçün radiaktiv (radon) vannaları, müalicəvi gimnastika, massaj təyin edilir.  
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 32
 
 
Kəskin poliomielit. Poliomielitəbənzər xəstəliklər. 
 
Etiologiyası:  Poliomielit  virus  amilli  kəskin  infeksion  xəstəlikdir.  Onurğa  beyninin  ön 
buynuzları  zədələnir.  Poliomielit  virusu  insan  orqanizmində  öz  virulentliyini  uzun  müddət  saxlayır. 
Canlı hüceyrə içərisində artaraq neyrotrop xüsusiyyət daşıyan bu viruslar yalnız sinir sistemini pozur. 
Virus burun-udlaq  yollarından və nəcis  ilə xaric olur. Xəstəlik hava-damcı  və  alimentar  yolla  yoluxa 
bilər.  Xəstəliyin  yoluxması  ən  çox  3-5  günlər  qorxulu  hesab  edilir.  Xəstəliyə  5  yaşına  qədər  olan 
uşaqlar daha çox tutulur. İnkubasiya dövrü 5-14 gündür. Poliomielit xəstəliyi keçirmiş şəxslərdə sabit 
immunitet yaranır.  
Bədənə  daxil  olmuş  virus  burun-udlaq  və  mədə-bağırsaq  traktının  selikli  qişasında  artıb 
alimentar  faza,  sonra  qana  keçir-viremik  faza,  daha  sonra  hematorensefalitik  səddən  sinir  sisteminə 
daxil olur-sinir fazası. 
Klinikası:  xəstəliyin  gedişinə  görə  3  əsas  forması  ayırd  edilir:  paralitik,  aparilitik  və  abortiv. 
Paralitik forma əsas 4 dövrə ayrılır: 1) kəskin qızdırmalı (preparalitik) dövr; 2) paralitik dövr;3) bərpa 
dövrü; 4) rezidual dövr.  
Xəstəlik kəskin, yüksək hərarətlə başlayır, başda, beldə, ətraflarda ağrı, yuxarı tənəffüs yollarının 
iltihabi  olur, xəstə  qusur, ishala düşür, zəifləyir,  sayıqlama müşahidə  olunur. Bu birinci  dövrdür.  3-5 
gün  davam  edir,  2-3  günü  meningial  sindrom  meydana  çıxır,  dəridə  hipertenziya  olur.  3-5  gündən 
sonra hərarət enir, paralitik dövrə keçir. xəstənin ətraflarında iflic baş verir. Hərarət düşdükdən sonra 
iflic  bir  neçə  gün  ərzində  get-gedə  artır,  ağırlaşır.  Sonra  isə  bərpa  dörü  başlayır,  iflic  yavaş-yavaş 
yüngülləşir. canlanma ilk növbədə aşağı ətraflarda baş verir. İflic daha çox aşağı ətrafların proksimal 
hissəsində müşahidə olunur və sabit qaldığı ətraflarda əzələlər atrofiyalaşır. Bərpa dövründə ayrı-ayrı 
əzələ qruplarının funksiyası birinci iki həftə ərzində daha çox bərpa olur, əzələlərin bir qrupu qismən 
düzəlir, bir qrup əzələlər isə o qədər atrofiyalaşır ki, ətrafın və ya gövdənin deformasiyasına səbəb olur. 
Bərpa dövrü bir neçə aydan 3 ilə qədər davam edir.  
Qalıq dövrü ətrafların kontrakturu, sümüklərin və oynaqların deformasiyası ilə nəticələnir.  
Paralitik  forma  bəzən  qalxan  landri  iflic  formasında  keçir.  Xəstəlik  yüksək  hərarətlə  aşağı 
ətrafların iflicindən başlayır. Tez bir zamanda iflic yuxarı ətrafları, gövdə əzələlərini, beyin kötüyündə 
yerləşən sinirləri tutur, nəticədə  xəstə  udquna bilmir, nitqi  pozulur, çətin nəfəs alır və  ürək fəaliyyəti 
pisləşir.  Xəstəlik  2-3  gün  davam  edib  ölümlə  nəticələnir.  Poliomielitin  aparalitik  forması  seroz 
meningiti  xatırladır.  İflic, parez  əlamətləri olmur. Ümumi zəiflik,  başgicəllənmə,  yüksək temperatur, 
meningeal  əlamətlərlə  başlayır.  Bu  əlamətlər  3-5  gündən  sonra  heç  bir  iz  buraxmadan  keçib  gedir. 
Poliomielitin  abortiv  forması  daha  çox  təsadüf  olunur.  Ailədə  poliomielili  xəstə  ilə  təmasda  olan 
şəxslərdə  yuxarı  tənəffüs  yollarının  katarını,  qripi  və  ya  mədə-bağırsaq  pozğunluğunu  xatırladan 
vəziyyət  yaranır.  Belə  şəxslər  infeksiyanı  geniş  yaya  bilmək  təhlükəsi  yaradırlar,  onların  virus 
gəzdirdiklərini ancaq virusoloji müayinə ilə ayırd etmək olar. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin