Onurğa sütununun osteoxandrozu
Əvvəllər onurğa- beyn sinir kökcüklərinin zədələnməsini iltihabi proseslə əlaqələndirirdilər. Bu
zaman baş verən ağrılar isə radikulit sayılırdı. İndiki zamanda dəqiq aydınlaşdırılmışdır ki, onurğa beyin
sinir kökcüklərinin zədələnməsi osteoxondrozun nəticəsidir, yəni fəqərələrin selikli səthlərini birləşdirən
fəqərələrarası disklərin degenerativ dəyişikliklərdir. Fəqərələrarası disk özəkli nüvədən, lifli halqadan,
üst və aşağı hialin səhvədən ibarətdir. Özəkli nüvə sıxılır, diskin elastikliyi azalır və diskdə defekt
yaranır. Lifli halqanın destruktiv pozğunluğu onun yumşalmasına və büzüşməsinə səbəb olur ki, bu da
öz növbəsində fəqərələrarası sahənin kiçilməsinə gətirib çıxarır. Fəqərələr sıxıldıqca pozğunluğa düçar
olmuş disk fəqərədən kənara çıxmağa başlayır. Özək nüvəsi isə defektli lifli halqadan keçərək yırtıq
kimi fəqərə kanalına çıxır. Çox vaxt qabarmış yırtıq fəqərə sütununun arxa səthinə, yaxud fəqərələrarası
dəliyə doğru uzanır və onu daraldıb ortadan keçən onurğa beyin sinirlərini sıxır.
Klinikası: iki dövrə ayırd edilir.
Birinci dövr lümbalgiya - ağır şey qaldırdıqda və gövdənin kəskin hərəkətləri zamanı bel
nahiyyəsində şiddətli ağrı baş verir. Lifli halda arxaya qabarır və yaxud bütöv fəqərələrarası disk arxaya
çıxır. lakin lifli halda zədələnmir.
İkinci dövr lifli halqanın qırılması və fəqərələrarası diskin arxaya doğru çıxması ilə xarakterizə
olunur, bu da kökcüklərin sıxılmasına gətirib çıxarır. Müvafiq nahiyyələrdə onurğa sütununda boyunda.
qolda, çiyində ağrılar, dəridə isə hipesteziya olur, vətər refleksləri zəifləyir və yaxud güclənir.
Müalicəsi: Analgetiklər, tiamin, B
12
, diadinamiktoklar, elektrofarez, massaj, sulfid yaxud radon
vannalar təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
15
Periferik sinir sisteminin xəstəlikləri.
Üçlü sinirin nevralgiyası.
Xəstəlik üzün bir yarısında tutmalar şəklində başlayan
şirddətli ağrılardan ibarət olub, bir neçə saniyədən 1-2
dəqiqəyə qədər davam edir.
Birincili
nevralgiya
qripdən,
soyuqdəymədən,
malyariyadan sonra, sifilis, diabet, mübadilə pozğunluğu və
vərəmdən yaşlı adamlarda aterosklerozdan haymoritdən, diş
xəstəliklərindən sonra başlaya bilər.
Nevralgiya tutmaları zamanı üzün müvafiq yarısı cəng
olur. Ağrı olan tərəfdə üzün dərisi qızarır, xəstə həmin
nahiyyəni bəzən ovuşdurur, gözündən yaş axır. Ağrını
azaltmaq üçün xəstə məcburi vəziyyət alır, danışmağa, nəfəs
almağa qorxur. Tutma qurtardıqda ağrı keçir. Ağrılar üçlü
sinirin bir şaxəsinin nahiyyəsində başlayıb o biri şaxələrə
nəql edir, amma üzün bir tərəfində inkişaf edib, o biri yarisina keçmir. Sinirin infeksiya mənşəli
nevralgiyasında xəstəlik bir neçə dəfə şiddətli tutmadan sonra sakitləşir, 2-3 həftədən sonra heç bir iz
qoymadan sonra keçib gedir. Residivlə cərəyan edən forması uzun sürür, adətən 40-60 yaşlı adamlar
arasında daha çox təsadüf edilir. Bəzi hallarda xəstəlik reflektor xarakterli olur və haymoritlə, diş
xəstəlikləri ilə əlaqəli olur. Belə hallarda xəstənin hərarəti qalxır və yerli ödem olur.
Müalicəsi: Difenin 0,1 x 3 dəfə, gecə 2 x 0,1 fenobarbital, yaxud 0,2 q teqretol (finlepsin) verilir.
Sinirin müvafiq şaxələrinə novokain anesteziyası təyin edilir.
Bəzən dəri altına bir neçə ağrı kəsici preparatdan qarışıq hazırlayıb vurulur (amina-zin, promedol,
pipolfen, analgin) . Vitaminlərdən B
1
, B
6
, B
12
, aloye, fibs və s.
UYT təyin edilir. Finlepsin 0,1 qr 2 dəfə başlayıb, sutkada 1 qrama çatdırılır lazım gəlsə 0,6-0,8
3-4 dəfə verilir. 12-48 saatdan sonra yaxşılaşma gedir. Ağrilar keçəndən sonra dozanı tədriclə
azaldırlar. 0,2-0,3 qr. preparatı 2-3 həftədən 2-3 ilə kimi verirlər. iynəbatırma terapiyası yaxşı effekt
verir.
Oturaq sinirinin nevralgiyası (iĢias).
Şiddətli ağrı ilə cərəyan edir. 30-50 yaşlı kişilər arasında çox təsadüf edilir. Xəstəliyin ən
səciyyəvi əlaməti beldən başlayıb oturaq siniri boyunca ayağa gələn ağrıdan ibarətdir. Ağrı beldə,
budun arxa səthində, dizaltı çüxurda. baldırda, ayaqda və barmaqlarda hiss olunur. Ağrı gecə-gündüz
davam edir, arabir şiddətlənir. Laseq simptomu, yaxud sinirin dartınma simptomu, ən mühüm
əlamətlərdən hesab olunur, arxası üstündə uzanmış xəstənin qıçını bud-çanaq oynağında bükməklə
yuxarı qaldıran zaman sinir dartıldığı üçün xəstə şiddətli ağrı hiss edir və qıçın qaldırılmasına mane
olur. Xəstənin qıçını diz oynağında bükəndə ağrı azalır. Neri simptomu - xəstənin başını döşünə
doğru əydikdə bel nahiyyəsində ağrı şiddətlənir. Minor simptomu - uzanmış xəstə qalxmaq istədikdə
sağlam ayağını dayaq verərək qalxır.
Qanad-damaq düyünün nevralgiyası (Qanglioneuralgiya pterygapalatina) Bu nevralgiya üzdə
təsadüf olunan simpatalgiya formalarından biridir.
Etiologiyası məlum deyil. Qanad-damaq qanqlionunun üz, baş, boyun nahiyyəsində vegetativ
funksiyanı nəzərə alaraq bəzi müəlliflər xəstəliyin patogenezini həmin düyünün iltihablaşması ilə
əlaqələndirirlər. Xəstəlik vaxtaşırı üzün və başın bir yarısında şiddətli ağrılarla başlayıb bir sıra
vazomotor-sekretor pozğunluqlarla cərəyan edir.
Sluder sindromu üçlü sinirin nevralgiyasından fərqli cərəyan edir: xəstə qida çeynədikdə,
danışdıqda və s. ağrılar şiddətlənmir. Ağrılar əsasən gecələr başlayır. Şiddətli ağrı tutmaları 20-30
dəqiqədən bir neçə saata kimi davam edə bilir. Soyuqdəymə, mənfi emosiya yorğunluq nəticəsində
daha da artır. Tutmalar arasındakı sakitlik müddətində (bir neçə ay, hətta ildən də çox ola bilər) xəstə
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
16
özünü yaxşı hiss edir. Ağrılar yandırıcı, kəsici xarakter daşıyır. Ağrı burun əsasından, ğözün
arxasından, göz yuvasından başlayıb gicgah nahiyyəsinə, üzün bir yarısına, qulaq, boyun, ənsə
nahiyyəsinə yayılır, bəzən çiyinə, qola, barmaqların ucuna vurur. Ağrı yumuşaq damaqda, dilin
kökündə, qırtlaqda hiss oluna bilir. Ağrıların belə geniş yayılmasına baxmayaraq, lokal ağrı nöqtələri
ayırd edilmir. Bu onların simpatik xarakter daşıdığını göstərir. Ağrı zamanı vazomotor - trofik krizlər
də olur: xəstənin burnu tutulur (dil, yaxud iki tərəfdən) , o, arasıkesilmədən asqırır, burnu çox axmağa
başlayır (rinoreya), burunun selik qişası şişir. Xəstənin gözündən yaş, ağzından su axmağa başlayır.
Yevstax borusunun selikli qişasında baş verən vazomotor dəyişikliklər nəticəsində qulağında gurultu
olur, üzünün dərisi hiperimiyalaşır.
Demək olar ki, ağrı tutmaları ilə vegetativ vazomotor əlamətər arasında tam parallelizm yoxdur,
yəni Sluder sindromunun elə hadisələri qeyd edilir ki, burada ağrının kəskinliyinə baxmayaraq,
vazomotoir sekretor pozğunluqlar bir o qədər də üstünlük təşkil etmir.
Sluder sindromunun müalicəsi antinevlagik və dezinfeksiyaedici preparatlarla yanaşı dəri altına
vitamin B
1
, B
12
və novokain məhlulu inyeksiyası da təyin edilməlidir.
Xəstənin burnuna 2%-li novokain və 3%-li efedrin məhlulunun qarışığından 5-6 damcı tökmək
olar. Müxtəlif fizioterapevtik üsullarından da istifadə edilməlidir.
Burun-kiprik sinirinin nevralgiyası
(Neuralgia n. nazocilliaris)
Bu nevralgiya (Şarlen sindromu) üzdə təsadüf olunan simpatalgiya formalarından biridir. Ağrılar
şiddətli tutmalar şəklində göz yuvasının içəri küncündə, burun qanadının orta nahiyyəsində başlayır.
Ağrı gecə daha çox olur. Göz almasının ön qütbündə keratit (bəzən irinli) , alın və burun dərisində
xırda səpgi olur.
Dil- udlaq sinirinin nevralgiyası
(
Neuralgia n. Glossopharyngei)
Dil-udlaq sinirinin nevralgiyası nisbətən az təsadüf olunan, lakin xəstəyə həddindən artıq əziyyət
verən, şiddətli ağrılarla cərəyan edən xəstəlikdir. Ən çox yaşlı adamlarda müşahidə olunur. Ümumi və
yerli amillər təsirindən baş verən bu xəstəlik kəsici, dəlici, sıxıcı ağrılarla cərəyan edir. Ağrı əvvəlcə
dilin kökündən başlayaır, sonra damağa, boğaza, təbil boşluğuna yayılır. Ağrı, adətən birtərəfli olur.
Tutma zamanı ağız, boğaz quruyur, öskürək başlayır, bəzən larinqospazm müşahidə edilir. Ağrılar 1-3
dəqiqədən artıq davam etmir. Tutmalar danışıq zamanı, yaxud qida çeynədikdə baş verir. Çox isti,
yaxud soyuq şey yedikdə, öskürdükdə, güldükdə, əsnədikdə də tutmalar təkrar oluna bilər. Dil-udlaq
sinirinin nevralgiyasını dil sinirinin nevritindən diferensasiya etdikdə ağrının lokakalizasiyasına diqqət
verilməlidir. Belə ki, dil sinirinin nevritində ağrı dilin ucunda olur, üçlü sinirin aşağı şaxəsinin
pozğunluq əlamətləri də müşahidə edilir. Dil-udlaq sinirinin nevralgiyasında dilin kökünə, yaxud
badamcıqlara təzyiq etdikdə ağrı şiddətlənir.
Ənsə və fəqərə sinirlərinin nevralgiyası
(Neuralgia n. occipitalis et. n. vertebralis)
Böyük ənsə sinirinin qıcıqlanması ənsə nahiyyəsində ağrılara səbəb olur. Bəzən başın kəskin
hərəkəti, öskürmə, asqırma ağrıları kəskinləşdirir. Bəzən ağrılar boyuna, üzə, kürək nahiyyəsinə vurur.
Ağrı şiddətləndikdə “məcburi” vəziyyət alır, ağrılar sakitləşdikdə ənsə nahiyyəsində küt göynəmə hissi
olur, böyük ənsə sinirinə təzyiq etdikdə ağrı artır. Bəzən fəqərə arteriyasının sinir kələfi qıcıqlandıqda
xəstənin ənsə nahiyyəsində ağrı, qulaqlarında səs, ürək bulanma və baş gicəllənmə müşahidə olunur.
Ağrılar xəstənin təpəsinə, çiyninə, qoluna vura bilər. Xəstəliyin əsas səbəbi boyun osteoxandrozu
hesab edilir. Spondilit kraniospinal nomaliyalar, şiş və s. sinirlərin təxərrüşlənməsi yaxud sıxılmasına
səbəb ola bilər. Xəstəliyin cərəyanı və nəticəsi etioloji amillə əlaqədardır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
17
Qabırğaarası nevralgiya
(Neuralgiya intercostalis)
Xəstəlik çox vaxt ikincili xarakter daşıyır. Qabırğaarası nevralgiya fəqərələrin deformasiyasında,
şiş, ağ ciyər və plevra xəstəliklərində, aortanın anevrizmində, meninqomielit, sirinqomieliya və başqa
xəstəliklərdə müşahidə oluna bilər. Xəstəlik, adətən, bir tərəfli olub, tutmaşəkilli ağrılarla başlayır.
Xüsusilə fəqərə sütunu və köks qəfəsini hərəkəti ağrıları daha da gücləndirir. Ağrı əsasən fəqərənin
üzərində və döş sümüyünün qabırğa qığırdağı ilə bağlayan yerində olur. Bəzən qabırğaarası nevralgiya
kəmərə bənzər dəmrovla birlikdə cərəyan edir.
Boyun-çiyin nevralgiyası
(Neuralgia cervico-brachialis)
Boyun-çiyin kələfindən çıxan sinirlərin innervasiya etdiyi zonada tez-tez təsadüf edilən
nevralgiya formasıdır. Kələfdə, onurğa-beyin sinirlərinin kökcüklərində və yaxud ağciyərlərdə patoloji
anatomik dəyişikliklər baş verə bilər. Çox vaxt boyun-çiyin kökcüklərinin nevral-giyasını aşağı boyun
və yaxud köks radikuliti adlandırırlar. Boyun - çiyin nevralgiyasında ağrı qola, kürəyin altına, kürəyin
və çiynin üstünə yayılır. Arasıkəsilməyən ağrılar arabir şiddətlənib, tutma şəklində davam edir.
Gecələr ağrı daha da güclənib yandırıcı, kəsici, dəlici, göynədici xarakter daşıyır. Bəzən qolun
vəziyyəti ağrını kəskinləşdirir. Xəstələr müxtəlif paresteziyalardan, dəri üzərində qarışqa yerişindən və
s. şikayətlənirlər. Kökcüklərin innervasiya zonasına müvafiq hissiyyat pozğunluğu müşahidə olunur.
Ağrılı Erb nöqtələri ayırd edilir (körpücüküstü nahiyyədə, əzələaltı çuxurda, çiynin iç səthində, çiynin
bayır səthində, dirsək büküşünün ön səthində, aşağı boyun, yuxarı köks fəqərələrinin paravertebral
nöqtələrində və s.), sinirin dartılma simptomu müsbət olur. Xəstənin qolunu yana açıb, sonra cəld
hərəkətlərlə arxaya doğru itələdikdə, boyun nahiyyəsində və qolda ağrı kəskinləşir (Laseq simptomuna
uyğun əlamətdir). Başın, boyunun hərəkəti, öskürmə, asqırma ağrıları daha da kəskinləşdirir, ağrı qola
və barmaqların ucuna vurur.
Yuxarı ətraf və çiyinüstü əzələlərdə hipotoniya olur, yuxarı ətraf tez yorulur. Xəstəliyin
əvvəlində vətər refleksləri yüksəlir, bir qədər keçdikdən sonra reflekslər zəifləyir, yaxud tamamilə itir.
Bədənin istilik tənzimləmə qabiliyyəti pozulur, ətrafların dərisi bir qədər sianozlaşır və nəm olur.
Kappilyaroskopik və ossiloqrafik müayinələr zamanı vegetativ assimmetriya ayırd edilir.
İnfeksiya, yaxud soyuqdəymə nəticəsində baş verən boyun-çiyin nevralgiyası, demək olar ki, iz
buraxmadan sağalır. Diabet, nefrit, xroniki hepatit və. s xəstəliklər nəticəsində baş verən nevralgiya
uzun müddət davam edir. Fəqərələrdəki dəyişikliklərlə əlaqədar olan boyun-çiyin nevralgiyası
residivlər verməklə daha ağır cərəyan edir.
Boyun-çiyin nevralgiyasını çiyin və oynaq artritindən, boyun, qolun şişindən, körpücükaltı və
bazu arteriyalarının anevrizmindən, revmatik spondiloartritdən, onurğa sütunu və onurğa beyin
şişlərindən, meninqomielitdən, sirinqomieliyadan və. s diferensasiya etmək lazımdır.
Bəzən yuxarı ətrafın ağrısı bir sıra daxili orqanların xəstəliyi, kardioskleroz, xolesistit, ağciyərin
yuxarı payının şişi və. s nəticəsində baş verir. Odur ki, boyun-çiyin nevralgiyasının diaqnozunu
dürüstləşdirmək üçün xəstəni hərtərəfli müayinə etmək lazımdır (xüsusilə rentgenoloji diqqət
verilməlidir) .
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
18
Kəmərəbənzər dəmirov
(Herpes Zoster)
Kəmərəbənzər dəmirov youxucu xəstəlik olub neytrotrop süzülən virus təsirindən baş verir. Dəri
üzərində xırda səpgilər əmələ gəlir. Bəzən xroniki infeksiyalar təsirindən də meydana çıxa bilər. Əksər
hallarda Herpes Zoster birincili xəstəlik kimi inkişaf edir. Patoloji anatomik dəyişiklik fəqərəarası
düyünlərdə, arxa kökcüklərdə müşahidə olunur, bəzən Qasser düyünündə də dəyişiklik olur.
Xəstəlik birdən-birə ümumi əzginlik, başağrısı, yüngül temperatur reaksiyası ilə başlayır. Qanda
leykositlərin miqdarı bir qədər arta bilir. Bəzən mədə-bağırsaq pozğunluğu bir - iki gün olur. Bu dövr
nisbətən yüngül keçir. Sonra isə şiddətli kökcük ağrıları başlayır.
Ağrı iltihablaşmış seqmentdən başlayıb, ona yaxın olan bir neçə seqmentin innervasiya zonasına
yayılır, çox qaşınmadan əziyyət çəkir. Bir neçə gündən sonra dəridə qrup–qrup iltihablaşmış papulalar
meydana çıxır. 2-3 gündən sonra səpgilər serozlu maye ilə dolu qabarcığa çevrilir. 3-4 gündən sonra
qabarcıqlar irinləyir, daha sonra boz sarımtıl rəngdə qabıq bağlayır, get-gedə qabıq quruyub tökülür və
dəri üzərində yüngül ləkələr qalır həmin ləkələr bir neçə gündən sonra yox olur. Beləliklə, dəri
üzərində heç bir iz qalmır.
Dəri kökçüklər boyu (fəqərə sütunundan başlayaraq) səpir. Çox nadir hallarda herpetik səpgilər
əldə, ayaqda olur. Qasser düyünün iltihablaşmasında uçuq (herpes) üzdə üçlü sinirin hər hansı bir
şaxəsi istiqamətində yayılır. Bəzən xəstəliyin hemorragik formasına təsadüf olunur. Həmin forma
nisbətən ağır cərəyan edir və dəri üzərində çapıqlar qalır.
Qasser düyününün iltihablaşması ilə cərəyan edən xəstəlik forması təhlükəlidir. Çünki buynuz
qişada əmələ gəlmiş səpgilər keratit törədə bilir və nəticədə xəstənin görmə qabiliyyəti zəifləyir və o,
hətta kor olur.
Müalicəsi: Səpmiş nahiyyə metilen boyası ilə qurudulur, oraya kseroform yağı ilə sarğı qoyulur,
çox vaxt kvars şüaları verilir. Antibiotiklərdən istifadə edilir. Ağrıkəsici maddələr tətbiq olunur.
Polinevritlər
Polinevrit bir neçə sinirin eyni vaxtda iltihabına deyilir. Bu zaman sinir lifləri simmetrik şəkildə
pozulur. Polinevritlər müxtəlif səbəblərdən baş verə bilər. İnfeksion mənşəli birincili polinevritlər
süzülən viruslar tərəfindən törədilir. İkincili polinevritlər yatalaq, difteriya, skarlatina və s. İnfeksiyalar
təsirindən meydana çıxır. Etiologiyasından asılı olmayaraq bütün polinevritlərdə ümumi əlamətlər:
ətrafların süstlüyü, periferik xarakterli iflic, distal hissələrdə hissiyatın pozulması, əldə-ayaqda
vegetativ, trofik pozğunluqlar müşahidə edilir. Cərəyanına görə polinevritlər kəskin, yarımkəskin,
xroniki olur. Törədici amildən asılı olaraq infeksion, allergik, toksik polinevritlər ayırd edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
19
Ġnfeksion polinevrit
Əksər hallarda viruslar əmələ gətirir. Xəstəlik kəskin başlayır. Hərarət 38-39
0
-yə qədər yüksəlir,
üşütmə, ətraflarda ağrılar olur. Sonralar qolların və qıçların zəifliyi və iflici inkişaf edir, ağrı hissiyyatı
pozulur. Sinir kökləri palpasiya zamanı ağrılı olur. Geriyə inkişaf ağır gedir.
Difteriya polinevriti
Xəstəlik difteriyanın kəskin dövründən 2-3 həftə keçdikdən sonra başlayır. Azan və dil - udlaq
sinirlərinin difteriya çöplərinin təsiri nəticəsində pozulması yumşaq damağın, udlaq əzələlərinin bulbar
iflicinə səbəb olur. Xəstə burnunda danışır, qidanın maye hissəsi burundan tökülür, tez - tez çeçəyir.
Ürək fəaliyyəti pozulur, aritmiya, braditaxikardiya olur. Bəbəklərin işığa reaksiyası saxlanıldığı halda,
akkomadasiya reaksiyası pozulur. Nəticədə xəstə yaxından pis görür. Bulbar iflic ağırlaşıb ölümlə
nəticələnə bilər.
Beynin digər sinirləri difteriya polinevritində az pozulur. Yuxarı ətraf sinirləri aşağı ətraf
sinirlərinə nisbətən yaxşı qalır. Aşağı ətrafların distal hissəsində dərin parez olduğu üçün xəstənin
yerişi çətinləşir, diz və aşil refleksləri zəifləyir (bəzən təmamilə itir). Ətraflarda yüngül ağrı olur.
Hissiyyat pozulduğundan çox parezteziyalar müşahidə olunur. Ətrafların distal hissəsində ağrı
hissiyyatı bir qədər zəifləyir. Dərin əzələ oynaq hissiyyatı bir qədər zəifləyir. Dərin əzələ oynaq
hissiyatı pozulur. Difteriya polinevriti zamanı bəzi hallarda beyin sinirləri ətrafların sinirlərindən daha
çox pozulur.
Bəzən qalıq əlamətləri aylarla davam edə bilər. Xəstəliyin 10%-i ölümlə nəticələnir. Xəstəlik
zamanı ürək fəaliyyətinə xüsusi diqqət vermək lazımdır. Müalicəsində antidifteriya zərdabından
istifadə edilməlidir. Xəstəliyin ilk əlamətləri meydana çıxan kimi 5000-10000 vahidə qədər zərdab
vurulmalıdır. Əgər xəstəyə difteriya keçirdiyi müddətdə lazimi qədər zərdab vurulubsa, ona əlavə
zərdab yeridilməsi anaflaktik reaksiya törədə bilər. Zərdabı Bezredko üsulu ilə vurmaq lazımdır: dəri
altına 0,5-1 ml zərdab yeridilib 12-24 saat gözləmək lazımdır. Yalnız bundan sonra lazımi dozanı
xəstənin bədəninə yeritmək olar. xəstəliyin digər əlamətlərinə qarşı simptomatik müalicə aparmaq
lazımdır.
Alkoqol polinevriti
Polinevritin bu forması xroniki alkoqoliklərdə təsadüf olunur. Alkoqoliklərdə bir slra somatik
pozğunluqlar (hepatit, qaraciyər sirozu, mədə-bağırsaq pozğunluqları və s. ) olduğundan yüngül qrip,
soyuqdəymə polinevritin meydana çıxması üçün şərait yaradır. Bir çox alkoqol polinevriti, B
1
vitamini
çatışmamazlığı nəticəsində baş verir.
Xəstəlik infeksion polinevritdən fərqli olaraq bir o qədər də kəskin başlamır. Prodromal
əlamətlər (ətrafların ağrısı, paresteziya və s.) yüngül şəkildə cərəyan edir, bəzən xəstə bunları hiss
etmuir. Bir neçə gün ərzində xəstənin əl-ayağı iflic olur. Beyin sinirləri demək olar ki, prosesə cəlb
olunmur. Lakin xəstəliyin bəzi ağır formalarından. vaqus və n. phrenicus pozulur.
Alkoqol polinevritində əzələ oynaq hissiyatı itdiyi üçün xəstə müvazinətini saxlaya bilmir. Buna
çox vaxt periferik psevdotabes deyilir. Alkoqol polinevriti ilk dəfə 1887-ci ildə S. S. Korsakov
tərəfindən təsvir olunmuşdur.
Xəstəliyin əsas əlamətlərindən biri olan psixopatoloji dəyişikliklər Korsakov psixozu adı ilə
məşhurdur. Korsakov psixozu olan xəstənin yaddaşı pozulur. Xəstəyə deyilən söz, ətrafındakı
adamların adı, bir neçə dəqiqə əvvəl gördüyü iş o saat yadından çıxır. Xəstə özündən hadisələr
quraşdırıb danışır. Bəzən ətrafında baş verənləri yaxşı dərk edə bilmir. Alkoqol polinevritində
Korsakov sindromunun baş verməsi proqnozun ağırlığını göstərir.
Belə xəstələrə alkoqollu içkilər qəti qadağan edilməlidir. Psixi pozğunluqlar üstünlük təşkil edir.
Xəstə psixiatriya şöbəsində müalicə olunmalıdır. Xəstəyə ürək fəaliyyətini tənzimləyən dərmanlar
verilir. Tonusu yüksəltmək üçün vitaminlərdən geniş istifadə olunmalı, dəri altına strixnin vurulmalıdır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
20
Xəstənin kəskin həyəcanlanma, yuxusuzluq dövrlərində natrium-amital, brom, aminazin təyin edilə
bilər. Ətrafların iflici bütün polinevritlərin müalicəsində təyin olunan metodlar üzrə aparılır.
Profilaktika-alkoqolizmlə mübarizə tədbirləri nəzərdə tutulur.
QurğuĢun polinevriti
Qurğuşunla xroniki zəhərlənmə nəticəsində baş verən xəstəlikdir. Mətbəə işçilərində,
rəngsazlarda müşahidə olunur. Orqanizmə mədə-bağırsaq sistemi, dəri və tənəffüs yolu ilə keçir.
Xəstəlik yarımkəskin şəkildə başlayır. Əsas kliniki əlamətlərdən əvvəl bəzi intoksikasiya əlamətləri
təzahür edir. Ümumi əzginlik, həyəcanlanma, yuxusuzluq, ürəkbulanma, başağrısı müşahidə olunur.
Qanda retikulositoz, ikinci qanazlığı, sidikdə zülal və qurğuşun (porfinuriya) aşkar edilir. Cox vaxt
xəstələrin dişlərinin dibində pas rəngli qurğuşun çöküntüsü əmələ gəlir, barmaqları əsir. Bəzən iflic
qurğuşunla xroniki zəhərlənmə əlamətləri olmadan da baş verir. Qurğuşunlu polinevritdə ən əvvəl
yuxarı ətraflarda barmaqların açıcı əzələləri iflic olur.
İflic simmetrik xarakter daşıyır. Periferik sinirlərin, yalnız hərəki lifləri pozulur. Odur ki, ağrı və
hissiyyat pozğunluğu olmur. Yuxarı ətraflarda iflic daha kəskin olur. Aşağı ətraflarda peroneal qrup
əzələlərin innervasiyası pozulduğundan pəncə bir qədər sallaq qalır. Bəzən ola bilər ki, aşağı ətraflarda
iflic, parez əlaməti tapılmasın. Əlin xırda əzələləri, tinüstü, tinaltı, kürəkaltı, deltayabənzər əzələlıər,
nadir hallarda isə köks qəfəsi əzələləri iflic olur. Yuxarı ətraflarda tenar, hipotenar və xırda əzələlərin
atrofiyası nəticəsində xəstənin əli “meymun əlinə”oxşayır.
Bəzən toksiki təsir ümumi xarakter daşıyıb beyin sinirlərindən II, III, VI, X, XII cüt sinirlərin
pozulmasına səbəb olur. Xəstəliyin gedişi həyat üçün təhlükəli olmasa da uzun müddət davam edir.
Hərəki funksiyalar nisbətən bərpa olur. Xəstəlik tam sağalmır.
Dostları ilə paylaş: |