Müalicəsi: Xəstəyə tam sakitlik və ciddi yataq rejimi lazımdır. Xəstə mütləq hospitalizə
olunmalıdır. Erkən dövrdə qızılca əleyhinə zərdabdan və ya poliomielit keçirmiş şəxslərin qanının
zərdabından istifadə edirlər. Əzələ daxilinə 5-10 ml valideynlərin qanını vururlar, tədricən dozanı 20
ml -ə qədər artırırlar, cəmi 25-30 inyeksiya aparılır. Bu dövrdə qamma-qlobulindən də istifadə etmək
lazımdır: 3 gün ərzində 0, 5-1 ml/kq. Sekurinin, polivitaminlər, vena daxilinə isə askorbin turşusu ilə
20 ml 40% -li qlükoza təyin edirlər. Xəstə çox maye qəbul etməli, işıq vannalarından istifadə etməlidir.
Əgər xəstə ağrıdan şikayətlənirsə, ona analgetiklər, sakitləşdirici preparatlar təyin edilir: analgin,
bromidlər. Tənəffüs pozğunluqları zamanı DP-1. DP-2xüsusi apparatların köməyi ilə ağ ciyərləri süni
ventillasiyası aparılır. Fəsadlaşmaların qarşısını almaq üçün antibiotiklər təyin edilir. Bərpa dövrünün
əvvəlindən başlayaraq 20-25 gün 40 günlük fasilələrlə zülallar mübadiləsini yaxşılaşdırmaq üçün
anabolik steroidlər (metandrostenolon, nerobol, petabolil) verilir. Diatermiya və UYT tətbiq edilir.
Eləcə də dəri altına 20-30 gün 2 ml 0,05%-li prozerin tiamin siakobalamin, daxilə 3 dəfə 0,005 qr
dibazol, ATF, qalantamin, qlütamin turşusu məsləhət görülür. 1-2 həftədən sonra iflicə düçar olmuş
ətraflara massaj və müalicə gimnastikası təyin edilir. oynaqlarda deformasiya və kontrakturaların
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
33
qarşısını almaq üçün parezli ətraflara düzgün vəziyyət vermək lazımdır. 6 aydan sonra sanator-kurort
müalicəsi məsləhət görülür. Ağır pozğunluqlar zamanı ortopedik və cərrahi müalicə tətbiq edilir.
Profilaktikası: Poliomielitə tutulmuş bütün xəstələr hospitalizə olunmalıdır. Xəstə olan otaq,
əşyalar və xəstənin paltarları dezinfeksiya olunmalıdır. Xəstə ilə təmasda olan uşaqlara qammaqlobulin
vurulmalıdır. Bütün uşaqlara 3 aylıqdan başlayaraq 1,5 ay ara vermıklə 3 dəfə vaksinasiya, bundan
əlavə isə kütləvi vaksinasiyalar da aparılır.
Poliomielitə bənzər xəstəliklər: Bu xəstəliklərin klinikası poliomielitin klinuikası ilə oxşardır,
lakin ondan yüngül cərəyan edir və özündən sonra ifliclər qoymur. Bu xəstəliklər sporogik şəkildə
təsadüf edilir və s. Onları adenoviruslar, ECHO, Koksaki virusları törədir.
Dağınıq skleroz
Dağınıq skleroz sinir sistemini xroniki mielinsisləşmə xəstəliklərindəndir. Bəzən buna çoxlu
skleroz, bəzən də düyünlər sklerozu deyilir. Xəstəlik remissiyalarla cərəyan edən MSS – də çox
məhəlli pozğunluqlar yaradır. İlk növbədə piramid və beyincik yolları pozulur.
Etiologiyası: tam aydın olmasa da, hazırda neyroallergik, infeksion, toksiki təsirlərdən baş
verdiyini qeyd edirlər. Xəstəliyin ilkin dövürlərində virus infeksiyası böyük əhəmiyyət kəsb edir.
Autoallergik reaksiyası nəticəsində sinir liflərinin mielin qişası pozulur, sonralar iltihabi proseslər baş
verir. Sinir toxumasında mikronekrozlar əmələ gəlir. Dağılmış mielin bərpa olunduqda pozulmuş
funksiyalar da bərpa olunur. Bununla da xəstəliyin remissiyalarala cərəyan etməsi aydınlaşır. Xəstəlik
ən çox cavan, 20-30 yaşlarda təsdüf edilir.
Klinikası: əlamətələri müxtəlifdir. Xəstəliyin əvvəlində tədruicən, hərdən isə birdən – birə
yorğunluq, ayaqlarda keyimə, əllərin titrəməsi müşahidə olunur. Burun- barmaq sınağı müsbət olur.
Aşağı ətraflarda spastik paraparez inkişaf edir. Vətər refleksləri yüksəlir. Patoloji reflekslər (Babinski,
Rossolimo) meydana çıxır. Parez dərinləşib iflicə keçəndə xəstə gəzə bilmir. Beyincik əlamətlərində
nistaqm, hecavi nitq, intension titrəmə, sərxoşabənzər ataktik yeriş müşahidə olunur. Bəzən diurez və
defekasiya aktı pozulur. Xəstəlik əlilliyə səbəb olur.
Müalicəsi: 1 ay müddətində 40-80 mq prednizalon və onun analoqları sutkada 2 dəfə olmaqla, 1
ml nikotin turşusu, 0,5-1 ml prozerin, 1 ml 1%-li qalantamin, B qrup vitaminləri, aloe, serebrolizin,
ATF, askorbin turşusu, rutin təyin edilir. Spastik əlamətlər olduqda midokalm 0,05 qr gündə 3 dəfə
verilir. Autohemoterapiya, qammaqlobulin, fizioterapevtik üsullardan isə UBŞ elektroforez, eyni
zamanda massaj və müalicəvi gimnastika təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
34
MÖVZU 4
BAġ BEYĠN QAN –DAMAR XƏSTƏLĠKLƏRĠ. HEMORAGGĠK ĠNSULT,
KEÇĠB –GEDƏN BAġ BEYĠN QAN DÖVRANI POZĞUNLUQLARI,
SUBARAXNOĠDAL QANAXMA, ĠġEMĠK ĠNSULT.
Beyin qan-damar xəstəlikləri sinir sisteminin geniş yayılmış xəstəliklərindəndir. Son zamanlar
cavan və yaşlılar arasında tez-tez təsadüf edilir. Beyin qan-damar pozğunluqları kəskin və xroniki ola
bilir. Kəskin beyin qan-damar pozğunluqları keçib gedən və sabit insultlara ayrıd edilir.
Keçib gedən beyin qan dövranı pozğunluğu kəskin qan dövranı pozğunluğu nəticəsində baş
verən bir sıra məhəlli simptomlar bir sutka ərzində iz buraxmadan çəkilib gedərsə, buna beyin qan
dövranının keçib gedən pozğunluğu deyilir. Bu pozğunluğun əsasını beyin damarlarının yerli, yaxud
ümumi sıxılması, beyin toxumasının işemiyası və qanın fiziki və kimyəvi tərkibinin dəyişikliyi təşkil
edir. Xəstəlik damarların aterosklerozu, arterial hiper və hipotoniya, boyun fəqərələrindəki
osteoxondroz, magistral qan damarlarının patologiyası nəticəsində baş verir. Bəzən fiziki və psixi
gərginlik də bu xəstəliyi törədə bilər. Beyinin keçib gedən qan dövranı pozğunluğu ümumi və məhəlli
böhrana səbəb ola bilər. Ümumi və məhəlli böhranı baş verir. Ümumi beyin böhranı zamanı başağrısı,
baş gicəllənmə, başda səs-küy, ürəkbulanma, qusma, dərinin avazıması, yaxud qızarması, nəbzin
zəifləməsi və ya gərginləşməsi, arterial təzyiqin artıb- azalması, qısamüddətli huşun qaralması olur.
Məhəlli böhran zamanı tez kecib gedən iflic, parez əlamətləri, afaziya, paresteziyalar, beyin sinirlərinin
pozğunluğu və s. baş verə bilər. Bütün bunlar heç bir iz buraxmadan tez keçib gedir.
Müalicəsi: yataq rejimi saxlamaq, böhranın səbəbini aradan qaldırmaq və simptomatik müalicə
aparmaq lazımdır.
Hipertoniya zamanı vena daxilinə 40%-li qlükoza ilə 2%-li
2 ml papaverin, gündə 1-2 dəfə dibazol, əzələ daxilinə 1 ml
0,5%devinkan vurmaq olar. Beyində qan azlığı zamanı və qan
təzyiqi aşağı olanda kamfora, kordiamin, kofein vurulmalıdır,
vena daxilinə 20 ml 40%-li qlükoza, 0,5 %-li mezaton, qlükoza
ilə0, 25 ml korqlükon təyin edilir.
Beyinin hemorragik insultu (beyinə qanaxma) İnsult latın
sözüdür, tərcüməsi zərbə deməkdir. Hemorragik insult çox vaxt
hipertoniya xəstəliyi və yaxud onun aterosklerozla birlikdə,
anevrizmanın partlaması və bir sıra qan xəstəlikləri nəticəsində
inkişaf edir. beynə qanaxma damarların partlaması və diapedezlə
əlaqədar olur.
Klinikası: Hemorragik insultun 2 dövrü aid edilir: 1)
apoplektik dövr 2) məhəlli əlamətləri dövrü. Bu dövrlər arasında
qəti hüdud qoymaq olmaz. Apoplektik insult adətən beyinə
qanaxma gündüz emosional və fiziki gərginlik zamanı baş verir.
Xəstə başına sanki küt bir alətlə zərbə vurulduğunu hiss edir,
müvazinətini itirib yıxılır. Odur ki, xəstəliyə”beyin zərbəsi”adını
verənlər də olmuşdur. Xəstə huşunu itirir və çox vaxt koma ilə
nəticələnir. Xəstələrdə ürəkbulanma, qusma olur, üzünün rəngi
tünd qırmızı, nəbzi yavaş və gərgin, tənəffüsü dərin və xırıltılı
olur. Bir sutkadan sonra bədənin hərarəti 37,5-38,0
0
C–yə qədər
yüksəlir. Xəstənin bütün əzələləri boşalır, ağzı açıq qalır, başı və
gözləri bir tərəfə çevrilmiş olur. Xəstənin əllərini qaldırıb buraxan
kimi dərhal “cansız”surətdə yatağına düşür. Bu dövrdə bütün dəri,
vətər, korneal, bəbək refleksləri sönür, heç bir qıcığa reaksiya
vermir. Sfinktorlar boşalır, xəstə sidik saxlaya bilmir, bəzən isə
nəcis ifraz edə bilmir. Koma halı bir sutka davam edə bilər, belə
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
35
hallarda xəstə adətən ölür. Məhəlli əlamətlər dövründə həm qnaxma nahiyyəsinin, həm də ondan
uzaqda yerləşmiş nahiyyələrin verdiyi əlamətlər meydana çıxır. Adətən bu əlamətlər dərin olub, uzun
müddət qalır. Hemorragik insult çox zaman beynin daxili kapsulunu və qabıqaltı düyünlər nahiyyəsini
tutduğu üçün xəstədə “kapsulyar hemiplegiya”sindromu baş verir.
İflicə düçar olmuş ətraflarda get-gedə əzələ tonusu artır. Xəstə xüsusi vəziyyət alır: qolu
yarımçıq bükülür, qıçı isə açılır. Buna Vernike-Mann vəziyyəti deyilir. Vətər, sümüküstü reflekslər
yüksəlir, patoloji reflekslər meydana çıxır, sinkineziyalar (müştərək hərəkətlər) olur. Proses beynin sol
yarımkürəsində olduqda sağ ətrafların iflici ilə yanaşı afaziya müşahidə olunur. Daxili kapsulun arxa
bud nahiyyəsində hərəkət və hissiyyat yolları bir-birinə yaxın yerləşdiyi üçün iflic tərəfdən
hemihipestiziya və hemianopsiya müşühidə
edilir. İtmiş funksiyalar get-gedə bərpa olmağa
başlayır. İlk növbədə aşağı ətraflar canlanır,
xəstə çətinliklə yeriməyə başlayır, ayağı bir
qədər
bayıra
çevrilir,
yeridiyi
zaman
barmaqlarının ucu döşəməyə toxunur, dizi yaxşı
bükülmür, hər dəfə ayağını irəli atarkən, ayağı
yarımdairə cızır. Bəzən itmiş funksiyalar yaxşı
bərpa ola bilmir, əzələ tonusu artdığı üçün
xəstənin ətrafında kontraktura yaranır. Qanaxma
beyin kötüyünü tutursa, beyin sinirlərinin
nüvələri və aparıcı yollar pozulur.
Nəticədə alternik sindrom meydana çıxır.
Yəni, qanaxma tərəfdə beyin sinirlərinin
pozğunluğu, əks tərəfdə isə iflic baş verir. Belə
xəstələrdə ürək-damar sistemi və tənəffüs
fəaliyyəti pozulur. Beyinciyə qanaxma olduqda
nistaqm, baş gicəllənmə, qusma, ənsə nahiyyəsi
və boyunda şiddətli ağrı, ataksiya, əzələlərdə
hipotoniya, dizartriya müşahidə olunur.
Subaraxnoidal qanaxma
Qişalar arasına qanaxma hər bir yaşda ola bilər, lakin 50 yaşına kimi daha çox təsadüf edilir.
Hipertoniya xəstəliyi, beyin damarlarının anevrizmi, aterosklerozu və bir sıra digər səbəblər qişalar
arasına qanaxma törədə bilər. Xəstəlik birdən-birə şiddətli baş ağrıları ilə başlayır, ümumi narahatlıq
və psixomotor həyəcanlanma olur, Kerninq, Brudzinski simptomları müsbət olur, ənsə və boyun
əzələləri gərginləşir. Hərarət yüksəlir, beyin-onurğa beyin mayesi qanlı olur. Xəstənin huşu itmir. Çox
ağır hallarda sopor və koma ola bilər. Adətən, məhəlli simptomlar olmur. Bəzən yüngül parez. gözü
hərəkət etdirən sinirlərin pozulması nəticəsində diplopiya və çəpgözlülük ola bilər.
Beynin iĢemik insultu, beynin infarktı. Beynin işemik insultunu törədən səbəbləri nəzərə
alaraq üç əsas forması ayırd edilir: tromboz, emboliya və damar çatışmazlığı nəticəsində baş verən
işemik insult. Tromboz və emboliya damarın içərisini tamamilə tutduğu üçün trombozlu işemik insult
yaranır. Damar çatışmazlığı nəticəsində beyin qanla lazımınca təchiz oluna bilmədiyi üçün
yumşalmağa başlayır, buna trombozsuz insult deyilir. İşemik insult yuxarıda qeyd edilən səbəblərdən
başqa hipotoniya, miokardiodistrofiya, miokard infarktı, qanın laxtalanmasının sürətlənməsi
nəticəsində meydana çıxa bilər. Bu xəstəlik yaşlı şəxslərdə çox təsadüf olunur və tədricən inkişaf edir.
Belə insult bir-neçə saatdan bir neçə günə qədər davam edir. Çox zaman gecə yuxuda ikən baş verir.
Xəstə ayıldıqda bir tərəfinin iflic olduğunu başa düşür. Bəzən insultda bir neçə gün ya bir həftə əvvəl
xəstə özündə bəzi əlamətlər baş ağrısı, baş gicəllənmə, ümumi zəiflik, gözlərinə qaranlıq çökməsi,
arabir ətraflarda keylik, gizilti hiss edir. Çox vaxt onlar buna heç bir əhəmiyyət vermirlər. İşemik insult
baş verən zaman xəstənin huşu itmir, şiddətli baş ağrısı olmur, üzünün dərisi avazıyır, arterial təzyiq
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
36
enir, nəbz zəifləyir, hərarət normal olur. Bəzən kəskin dövrdə xəstə özünün ağır vəziyyətini dərk etmir,
qalxmağa çalışır, ətraflarının iflic olduğunu ona başa salmaq olmur. İflic olmuş ətraflarda Babinski
simptomu müsbət olur. Vətər refleksləri zəifləyir, əzələ tonusu azalır, trofik dəyişikliklər olur. Get-
gedə ətraflarda spastik iflic əlamətləri artır. Patoloji reflekslər aydın görünür. Emboliya qəfildən baş
verir. birinci əlaməti bir ətrafın və ya bədənin bir tərəfinin qıcolmasıdır. Əsasən cavanlarda, revmatizm,
endokardit olan xəstələrdə inkişaf edir. Arterial təzyiq, hərarət normal olur. Hemi və ya monoparez
olur.
Ön beyin arteriyası hövzəsində iĢemiya
Bu damarın qidalandırdığı sahədə baş verən yumşalma aşağı ətrafda dərin iflicə səbəb olur.
Sümüküstü və vətər refleksləri yüksəlir, əzələ tonusu itir. Ən mühüm əlaməti psixi pozğunluqlardır.
Xəstə yersiz şit zarafatlar edir, euforiya olur, özünü saxlaya bilmir və xəstələr sidik buraxır, nəcis ifraz
edir. Çox vaxt tutma refleksi olur.
Orta beyin arteriyası hövzəsində iĢemiya. Bu damarın qidalandırdığı sahədə baş verən infarkt
müxtəlif hərəki, hissi pozğunluqlarla, beyin qabığına aid simptomlarla müşayiət olunur. Əsas
əlamətləri hemiparez, hemiplegiya olur, sümüküstü və vətər refleksləri yüksəlir. dəri refleksləri
zəifləyir. Xəstəliyin klinikası zədələnmənin lokalizasiyasından asılıdır: böyük beynin sol
yarımkürəsində yerləşərsə afaziya, sağ yarımkürədə olarsa hissiyyatın pozulmaları maşahidə olunur.
Yuxu arteriyası hövzəsində iĢemiya.
Əgər yuxu arteriyası kəllə boşluğuna daxil olmamış tutularsa beynin infarktı olmaya da bilər,
ona görə ki, əks tərəfin müvafiq arteriyalarının köməyi ilə kollaterial qan dövranı yaranır. Yuxu
arteriyası kəllə boşluğuna daxil olandan sonra tutularsa, bu zaman huşun, vital funksiyaların
pozulmaları müşahidə olunur.
Müalicəsi: Dərhal başlanmalıdır: Birinci mərhələdə hələ insultun xarakteri müəyyən edilməmiş
differensə olunmamış müalicə aparılır. Bu müalicənin məqsədi həyati funksiyaların bərpa olunmasıdır.
Kəskin dövrdə xəstəyə sakitlik lazımdır. Onu çarpayıya uzadıb, başını qaldırmaq lazımdır. otağın
havası tez-tez dəyişilməlidir. İnsultun xarakterindən asılı olmayaraq xəstəyə vena daxilinə 10 ml
qlükoza ilə 10 ml 2,4% eufillin vurulur. Bu damarların spazmını götürür, beyin toxumasının şişini
azaldır, kolletaral qan dövranını gücləndirir. Ağız boşluğu selikdən təmizlənir. Ürək fəaliyyətini
normallaşdırmaq üçün vena daxilinə yavaş-yavaş 0,25-1,0 ml strofantin və ya korqlükon vurulrur.
Beyin ödemində kaliumun miqdarını qaldırmaq üçün vena daxilinə sidikqovucu, 50 ml 4%-li kalium
xlorid və ya 10, 0ml panangin vurulur. Bundan sonrakı müalicə insultun xarakterindən aslıdır.
Hemorragik insultda: Qan təzyiqinin yüksəkliyinə, nəbzin gərginliyinə, üzün dərisinə nəzər
yetirib ayaqlara isitqac qoymaq lazımdır. 100-300 ml qan buraxmaq olar. Xəstənin başına buz qoymaq
və bir neçə saat saxlamaq daha münasibdir. Hər 1-2 saatdan bir buzu götürmək lazımdır. Arterial
təzyiq yüksək olduqda 1-2,5 ml 1%-li dibazol, dopegit təyin edilir. Koaqulyantlardan vitamin K
(vikasol, kalsium qlükonat) verilir. Çox vaxt vena daxilinə damcı yolu ilə 2,0 ml 2,5 % aminazin, 2,0
ml 1%-li dimedrol. 0,5 ml nokokain, 300 ml 10%-li qlükoza yeridilir. Bu qarışığı tətbiq etdikdə
kollapsa qarşı ehtiyatlı olmaq, arterial təzyiqə nəzarət etmək lazımdır.
ĠĢemik insultda: Əzələ daxilinə 2 ml 15% komplamin, fibrinolizin, streptokinaza verilir,
bunlarla trombositləri əridirlər. Antikoaqulyantlardan heparin, sinkumar verilir: heparin 10000 V
gündə 4-6 dəfə, 3 gün vena və ya əzələ daxilinə. Bu zaman qanın laxtalanmasına nəzarət etmək
lazımdır. Üç gündən sonra dolayı yolla təsir göstərən preparatlardan: 30 mq fenilin, gündə 3 mq
sinkumar istifadə edilir.
MƏDƏCĠKLƏR ĠÇƏRĠSĠNƏ QANAXMA
Beyinə qanaxmanın ən ağır formasıdır. Mədəciyə qanaxma nəticəsində xəstə təqribən 2-3 sutka
ərzində tələf olur. İlk növbədə, xəstənin huşu itir, koma halı başlayır, tənəffüs pozularaq xırıltılı olur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
37
Çeyn-Stoks şəklini alır. Nəbz gərgin və tez-tez vurur, xəstənin üzü qırmızıya çalır, göy rəng alır,
hərarəti 39-40 dərəcəyə çatır, titrətmə başlayır, beyin-onurğa onurğa beyin mayesi qanlı olur.
Mədəciklərə qanaxmada ümumi simptomlar məhəlli simptomlardan üstündür. Bəzən xəstədə
hemiparez, anizokoriya, bəbəklərin işığa reaksiyasının sönməsi kimi hallar baş verir. Xəstəliyin ən
mühüm simptomu hormotoniya əlamətidir. Bu zaman əzələlərdə tutma şəkilli tonik gərginlik əzələ
hipotoniyası ilə əvəz olunur.
AġAĞI BEYĠN ARTERĠYASI HOVUZUNDA ĠġEMĠYA
(VALLENBERQ-ZAXARÇENKO SĠNDROMU)
Aşağı arxa beyincik arteriyasının trombozu insult şəklində başlayır. Lakin xəstənin huşu itmir.
Şiddətli baş gicəllənmə olur, müvazinəti pozulur, qusur, hıçqırır və zəif düşür. Bu vəziyyət bir neçə
saat davam edir, Patogenezi-onurğa arteriyasının, yaxud ondan ayrılmış aşağı arxa beyincik
arteriyasının aterosklerozu, sifilitik endoarterit və revmavaskulit mühüm rol oynayır.
Klinikası-xəstə udquna bilmir, çətin danışır (disfagiya, dazartriya) . İlk saatlar boğazından heç
nə keçmir, yumşaq damaq və səs telləri hərəkətdən qalır, həmin tərəfdə Horner sindromu meydana
çıxır, bu zaman bir sıra vestibulyar-beyincik əlamətləri baş verir (nistaqm, müvazinət pozğunluğu,
barmaq-burun, diz-daban üsullarının müsbət olması və s).
Bədənin əks tərəfində ağrı və hərarət hissiyyatı itir. Üzdə hissiyyat hər iki tərəfdə itə bilər, lakin
çox zaman bir tərəfli hiassiyyat pozğunluğu olur. nadir hallarda üzdə hissiyyat qalır. Əsas əlamətlərdən
biri patoloji xəstə tərəfdə başağrısıdır. Bütün bu əlamətlər birlikdə Vallenberq Zaxarçenko sindromu
adlanır. Həmin sindrom yalnız damarın trombozunda meydana çıxır. Əgər burada qanaxma olarsa
xəstə tez tələf olur.
VERTEBRO-BAZĠLYAR ÇATIġMAMAZLIQ
Bu xəstəlik çox vaxt boyun osteoxandrozunda baş verir. Belə ki, patoloji halda olan fəqərəarası
disk, fəqərələrin cisimi, bitişmşlər arasındakı osteofit onurğa arteriyasını sıxır, bu da öz növbəsində
vertebro-bazilyar çatışmazlıq törədir.
Xəstəliyin əlamətləri sistemli baş gicəllənmə, yerişin sərbəst olmaması, qulaqlarda səs. gözdə
ikiiləşmə, ənsə və boyunun arxa səthində ağrı, qısamüddətli hemianopsiyadan ibarətdir. Bəzən xəstə
qəflətən başını kəskin surətdə geri çevirdikdə (çox vaxt yuxu arteriyalarında skleroz olduqda) bir
anllığa huşunu itirir, ətraflarında əzələ tonusu azaldığı üçün o, hətta yıxıla bilər. Obyektiv müayinədə
nistaqm, yüngül ataksiya, zəif eşitmə, reflekslərin yüksəlməsi, yüngül dizartriya. skotoma, fotopsiya,
tetraparez halları müşahidə olunur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
38
MÖVZU 5
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ġĠġLƏRĠ
Beyin şişləri müxtəlif olur. Onlar beyin toxumasından,
qişalardan və qan damarlarından inkişaf edə bilər. Ən çox 20-
40 yaşlar arasında müşahidə olunur. Kişilər arasında isə daha
çox yayılmışdır. beyin şişləri birincili və ikincili olmaqla, xoş
və bədxassəli şişlər ayırd edilir. Qliyadan inkişaf edən şişlərə -
qlioma, beyin qişasından inkişaf edən şişlərə-meninqioma, sinir
qişasından inkişaf edən şişlərə isə-nevrinoma deyilir. Şişlər
beyin daxilində -intraserabral və beyin xaricində-ekstraserebral
yerləşə bilər. Beyində şişin inkişafı ilə əlaqədar olaraq beyin,
onurğa beyin mayesi həddən artıq ifraz edilərək mədəciklərə
toplanır, mayenin cərəyanı pozulur, qan damarları sıxılaraq qan
dövranını çətinləşdirir. Bütün bunlar beynin şişib üflənməsinə
və kəllədaxili təzyiqin artmasına səbəb olur. Bəzən şişəbənzər
törəmələrə (kista, tuberkuloma və s) təsadüf edilir. Beyin şişləri
ümumi beyin, yerli və uzaq əlamətləri yaradır. Ümumi beyin
əlamətlərinə baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, qusma,
ruhi düşkünlük, huşun qaralması və epileptik çırpıntılar aiddir.
Baş ağrısı beyin qişalarının qıcıqlanması nəticəsində meydana
çıxır və küt, dəlici, lükküldəyici xarakter daşıyır. Gecə və sübhə
yaxın daha da şiddətlənir. Qusma yeməklə əlaqədar olmur,
başağrısı şiddətləndikdə, qusma daha da şiddətlənir. Kəllədaxili təzyiqin artması başgicəllənməsinə
səbəb olur. Bununla yanaşı huşun qaralması, yaddaşın pozulması, xəstənin rəftarının dəyişməsi
müşahidə olunur.
Alın payının ĢiĢi
Yaşlılarda uşaqlara nisbətən iki dəfə çox təsadüf edilir. Bu
şişin klinik əlamətlərindən “alın psixikasını” qeyd etkək lazımdır.
Belə xəstə özünü apara bilmir, şit zarafatlar, yersiz hərəkətlər
edir, bəzən eyforiya halında olur, alın ataksiyası meydana çıxır,
əzələ tonusu zəifləmir. Xəstədə motor afaziya, astaziya-abaziya,
tutma refleksi müşühidə olunur, başın və gözün eyni vaxtda yana
hərəkəti çətinləşir, epileptik çırpıntılar olur, monohemiparez
meydana çıxır, vətər və sümüküstü reflekslər yüksəlir, patoloji
reflekslər olur, hiposmiya-qoxubilmə qabiliyyətinin azalması
müşahidə oluna bilər, göz dibində durğunluq, şiş olan tərəfdə isə
görmə siniri məməciyinin birincili atrofiyası baş verir.
Dostları ilə paylaş: |