Müalicə: polinevritin ümumi müalicəsindən başqa, daxilə yod və qələvi preparatları təyin edilir.
kurort müalicəsi məsləhət görülür.
Allergik antirabik polinevrit
Vaksinin tərkibində olan mielinə qarşı allergik reaksiyanın nəticəsidir. Antirabik peyvənd
aparıldıqdan bir müddət sonra baş gicəllənmə, zəiflik, dispepsiya, diffuz ağrılar baş verir. Sonra 3-6
gün ərzində xəstəliyin əlamətləri kəskin surətlə inkişaf edir-yüksək hərarət, ara verməyən qusma,
şiddətli baş ağrısı, huşun pozulması olur. Ətrafların süst iflici, çanaq orqanlarının funksiyalarının
pozğunluğu inkişaf edir. Geriyə inkişaf allergik reaksiyalara xas olduğu kimi tez baş verir.
Diabetik polinevrit
Sinir kökcükləri boyu, əzələlərdə, xüsusən baldır əzələlərində ağrılar olur, hissiyat pozulur. İflic
və atrofiya olmur. Diz və aşil refleksləri itir. Hərdən gözün hərəki, blokvari, uzaqlaşdırıcı sinirlərin
pozulması nəticəsində xəstədə diplopiya olur və damarların tonusu yüksəlir. Dərinin qaşınması,
hiperqlikemiya və qlükozuriya diabetik polinevrit diaqnozu üçün əsas əlamətdir.
Müalicəsi: Diabetə qarşı müalicə ilə yanaşı tiamin, siankobalamin, massaj təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
21
MÖVZU 3
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠ
Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri birincili və ikincili olur. Xəstəlik törədən amil
bilavasitə sinir sistemini pozarsa birincili, sinir sisteminin infeksiyası hər hansı bir ümumi infeksiyanın
(krupoz pnevmoniya, vərəm, qrip, qızılca və. s. ) fəsadlaşması kimi meydana çıxarsa ikincili proses
adlanır. Mərkəzi sinir sisteminin infeksion xəstəliklərini bakteriyalar, viruslar və toksinlər törədə bilər.
Xəstəlik törədən amilin orqanizmə daxil olması hələ xəstəliyin əmələ gəlməsi demək deyil.
Orqanizmin reaktivliyi xəstəliyin inkişafında böyük əhəmiyyət kəsb edir. Bir tərəfdən qanla, digər
tərəfdən isə beyin-onurğa beyin mayesi və sinir toxuması arasında olan hematoensefalitik baryer beyni
virus, bakteriyalar, toksinlər və başqa xəstəlik törədən amillərin ona daxil olmasından qoruyur. Baryer
qoruyucu funksiyanın yerinə yetirilməsində əsas rol damarları əhatə edən birləşdirici toxumaya –
astrositar neyroqliyaya mənsubdur. O, bir sıra zərərli amilləri qandan beyinə buraxmayıb, qanla MSS-i
arasındakı münasibəti tənzimləyir.
Sinir sisteminin virus xəstəlikləri zamanı
immunitetin xüsusiyyətlərindən biri də orqanizmin
möhkəmliyidir. Polimielitlə, gənə ensifalitiylə təkrar
xəstələnmələr müşahidə olunmur. Son illər sinir
sisteminin infeksion xəstəliklərinin qarşısının alınması
və müalicəsi sahəsində böyük nailiyyətlər əldə
edilmişdir. Bir sıra xəstəliklərin etiologiyasının
öyrənilməsi xəstəlik törədən amillərin tapılması
sayəsində
effektli
vaksin
və
zərdabların
hazırlanmasına nail olunmuşdur. Beyin-onurğa beyin
mayesinin bakterioloji müayinəsi meningitlərin
diaqnostikasına çox köməklik göstərir. Antibiotiklərin
tətbiq olunması bir çox meningitli xəstələrin
sağalmasına səbəb olur. İnfeksion prosesin sinir
sistemində lokalizasiyasına görə mərkəzi sinir
siteminin infeksion xəstəlikləri aşağıdakı qruplara
ayırd edilir: meningitlər - beyin qişalarının iltihabı,
ensefalitlər–baş beynin iltihabı, mielit-onurğa beynin
iltihabı, poliomielit-onurğa beynin boz maddəsinin
iltihabı.
Ensefalomielit - baş və onurğa beynin iltihabı.
Meningitlər yumşaq qişanın iltihabı leptomeningit,
hörümçək toruna bənzər qişanın iltihabı araxnoidit, sərt qişanın iltihabı paximeningit adlanır.
Hörümçəktorunabənzər qişa damarsız olduğundan burada ikincili iltihabi proses ola bilməz.
Etiologiyasına görə-meningitlər infeksion və toksik olur. İnfeksion meningitlər irinli (meninqokok,
pnevmokokk, steptokoklar törədir), serozlu, hemorragik, vərəmli, sifilitik, fibrinozlu olur.
Cərəyanına görə - kəskin, yarım kəskin və xroniki olur. Meningitin bütün formalarında bir sıra
ümumi meningial simptomlar müşahidə olunur. Onlardan ən başlıcası baş ağrısıdır. Ağrı diffuz
xarakterli olsa da çox zaman xəstələr alın və gicgah nahiyyələrində ağrıdan şikayətlənirlər. Hərəkət səs,
işıq, baş ağrısını daha da şiddətləndirir. İkinci mühüm əlamət qusmadır.
Xəstə birdən-birə, gərginlik hiss etmədən, ürəkbulanma olmadan “fontan kimi” qusur. Üçüncü
başlıca simptom ənsə əzələlərinin gərginliyi və ya rigidliyidir. Xəstə başını rahat tərpədə bilmir,
yatağında məcburi vəziyyət alır: başını arxaya əyir, qıçlarını bükür. Xəstənin başını döşünə sıxdıqda
ağrı hiss edir, başın açıcı əzələlərinin tonusu artdığı üçün başını qabağa çətin əyir.
Digər əsas simtomlardan biri Kerniq simptomudur - bud-çanaq və diz oynaqlarında bükülmüş
qıçı açmaq çox çətin olur, xəstə reflektor olaraq (qeyri –ixtiyari) diz oynağını bükür.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
22
Yuxarı Brudzinski simptomu – arxası üstə uzanmış xəstənin başını qabağa əydikdə reflektor
olaraq qıçları qarnına yığılır.
AĢağı Brudzinski simptomu - xəstənin qıçının birinin passiv surətdə bud-çanaq oynağında
büküb diz oynağında açdıqda digər qıçı reflektor bükülür.
Lessaj simptomu – meningit xəstəliyinə tutulmuş uşağı qoltuqlarından tutub qaldırdıqda
qıçlarını bud-çanaq və diz oynaqlarında bükərək qarnına yığır. Normada isə bu vəziyyətdə uşaq
qıçlarını gah yığıb, gah da açır. Bu simptom asılma simptomu da adlanır.
Bunlardan əlavə xəstədə ptoz-göz qapağının aşağı enməsi, diplopiya, qulaqlarda küy, hissiyyatın
anesteziya, hipesteziya və paresteziya şəklində pozulmaları ola bilər.
Patoloji reflekslərdən Babinski, Oppengeym simptomları, vegetativ pozğunluqlardan nəbzin
zəifləməsi, aritmiya, arterial təzyiqin sabit olmaması, tənəffüs ritminin pozulması, tərləmə ola bilər.
Meningitlərdə hərarət yüksək olur, lakin müxtəlif etiologiyalı meningitlərdə hərarət reaksiyası müxtəlif
ola bilər. Beyin-onurğa beyin mayesində punksiya zamanı limfositlər və zülalın miqdarı artır, mayenin
təzyiqi yüksəlir. Əgər patoloji proses beyin maddəsinə keçərsə xəstədə soporoz və ya komatoz hal,
psixomotor oyanma, hallüsinasiya, qıcolma müşahidə oluna bilər.
Epidemik serebrospinal (meninqokoklu) meningit
Etiologiyası: Xəstəliyi meninqokokklar törədir. Xəstəlik damcı və kontakt yolu ilə yayılır.
Meninqokokklar selikli qişa və burun-udlaq yolundan orqanizmə daxil olur. İnfeksiya dövrü 1-2
gündür. Xəstəlik uşaqlar və yeniyetmələr arasında çox yayılır, eyni zamanda böyüklərdə də təsadüf
edilir. Xəstəlik keçirmiş şəxslərdə sabit immunitet yaranır. Epidemiya şəklində qiş və yaz aylarında
yayılır. Meninqokokklar kəllə içərisinə limfatik yaxud hematogen yolla sirayət edir. MSS-nə daxil
olduqdan sonra ilk növbədə mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir. Oradan
beyin-onurğa beyin maddəsi vasitəsilə subaraxnaidal boşluq və beyin qişalarına keçir. Yumşaq qişanın
rəngi tutqunlaşır, damarları genişlənib qanla dolur. Venalar boyunca irin toplanır. Onurğa beyin
qişaları da irinləyir.
Klinikası: Şiddətli baş ağrısı, qusma, arxa boyun əzələlərinin gərginliyi, Kerniq, Brudzinski,
Lasaj simptomları müsbət olur. Bəzən xəstənin gözü hər şeyi iki görür, çəpləşir, göz almalarının
hərəkəti məhdudlaşır, mimiki əzələlər zəifləyir, eşitmə və görmə qabiliyyəti pisləşir. Ümumi
hipersteziya, vətər reflekslərinin zəifləməsi ola bilər. Xəstəlik kəskin başlayır, birdən-birə kəskin
titrətmə, qızdırma, baş ağrısı, ürəkbulanma, qusma olur, bədənin hərarəti 39-40
0
C qədər yüksəlir.
Meningitin bütün əlamətləri təzahür edir, meninqial simptomlar sürətlə artır. Beyin onurğa beyin
maddəsində limfositləri və zülalın miqdarı artır, bakterioloji müayinə zamanı mayedə meninqokokklar
tapılır. Mayenin təzyiqi yüksəlir, şəffaflığı itir, sarımtıl və bulanıq olur. Mayeni bir az saxladıqda sınaq
şüşəsinin dibinə irin yığılır. Meningit 2-6 həftə, bəzən isə daha çox davam edir. Serebrospinal
meningitin bir neçə forması ayırd edilir: yüngül cərəyan edən, sürətlə cərəyan edən, septik və residiv
verən forma.
Yüngül cərəyan edən forma çox qısa müddət davam edir, xəstənin ümumi vəziyyəti ağır olmur,
hərarəti çox yüksəlmir, meningial əlamətlər yüngül təzahüt edir, beyin-onurğa beyin mayesində xüsusi
bir dəyişiklik tapılmır. Xəstə bir neçə gündən sonra sağalır.
Sürətlə cərəyan edən forma olduqca kəskin başlayır. Xəstə huşunu itirir, hərarət kəskin surətdə
yüksəlir, taxikardiya olur, tənəffüs pozulur və xəstə tələf olur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki,
meningeal əlamətlər və beyin onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü büruzə verə bilmir.
Meningitin septik forması kəskin surətdə ümumi infeksion əlamətlərlə başlayır, temperatur 38-
39
0
C qədər yüksəlir, dəridə, budlarda, baldırlarda, göz qapaqlarında, skleralarda səpgilər olur. Qanda
leykositoz olur, EÇS yüksəlir. Meningitin residivlə cərəyan edən forması yüngül forma sayılır.
Təzahür etmiş meningial əlamətlər bir neçə gündən sonra keçir, müəyyən bir müddətdən sonra təkrar
olunur (2 həftədən bir neçə aya kimi). Körpələrdə xəstəlik ümumi narahatlığa, ağlamaqla, qıcolmalarla
başlayır. Böyük əmgək qalxır, gərginləşir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
23
Müalicəsi: Dərhal başlanmalıdar. İlk növbədə penisillinlə, başqa antibiotiklərlə, sulfanilamid
preparatları ilə aparılmalıdır. Müalicə nə qədər tez başlansa, sağalma bir o qədər tez olar və
fəsadlaşmalar azalar. Ağır hallarda penisillini vena və əzələ daxilinə 10-15gün ərzində hər 4 saatdan
bir 24-30 min. TV vurular. Yaxşı effekt verir, tetrasiklin və ya eritromisin (daxilə 250000 TV sutkada
4 dəfə) , oletetrin 250000 TV 4-6 dəfə, sulfadimetoksin 0,5 qr., sutkada 2-3 dəfə. Antibiotiklə müalicə
zamanı daxilə 1 min. TV nistatin təyin edilir. Kəllədaxili təzyiqi azaltmaq üçün venaya 1 kq çəkiyə 2
ml mannit, vena və ya əzələ daxilinə isə 2 ml 2%-li furosemid vurulur. Simptomatik müalicə
unudulmamalıdır: ağrıkəsicilər tətbiq edilir. Qıcolma olarsa xloralhidratla imalə və fenobarbital təyin
edilməlidir. Xəstəyə qulluq böyük əhəmiyyət kəsb edir. Xəstəni tez-tez narahat etmək olmaz, ona görə
ki, qıcığa həssaslıq artdığından oyanma və qıcolma tutması baş verə bilər. belə xəstələri alaqaranlıq
sakit palatalara qoymaq lazımdır. Xəstənin yanında ucadan danışmaq, birdən işıq yandırmaq olmaz.
Duru və yüngül yemək verilməlidir. Xəstənin ağız boşluğunu tez-tez kalium permanqanat məhlulu ilə
yumaq lazımdır. Xəstənin bağırsaqlarının və sidik kisəsinin vaxtlı vaxtında boşalmasına bütün sutka
ərzində nəzarət etmək lazımdır. Meningit keçirmiş xəstələr1-2 il ərzində həkimin nəzarəti altında
olmalıdır.
Profilaktikası: xəstə bakterioloji sağalmağa qədər izolə olunmalıdır, bakteriya daşıyıcıların
aşkar və izolə edilməsi onların ağız boşluğunun, udlağın sanasiyası və kontaktda olan uşaqlara tibbi
nəzarət edilməlidir.
Birincili serozlu meningitlər
Yumşaq qişanın serozlu iltihabı ilə cərəyan edən bu xəstəlik birincili və ikincili olur. Ən çox
enteroviruslar, poliomielit, qızılca, epidemik parotit və vərəm çöpləri ilə yaranır.
Etiologiyası: Kəskin serrozlu meningitin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs
yolu ilə daxil olur. ən çox 20-35 yaşlar arasıda tapılır.
Klinikası: Xəstəlik kəskin, şiddətli baş ağrısı ilə başlayır. Hərarət yüksəlir (38-40
0
C), ümumi
əzginlik olur. Tezliklə meningeal simptomlar inkişaf edir. Xəstə tez-tez qusur, göz almalarında ağrılar
olur, bəzən meningial simptomlar bir o qədər aydın təzahür etmir. Ümumi beyin əlamətləri daha da
kəskinləşir. Beyin sinirlərinin pozğunluğu, anizorefleksiya müşahidə olunur, göz dibində durğunluq
tapılır. Adətən serozlu meningit yüngül cərəyan edir, 3-4 gündən sonra sağalma başlayır. Bəzi hallarda
təkrar kəskinləşmələr olur. Nadir hallarda xəstəlik xroniki şəkildə cərəyan edir və hidrosefaliya inkişaf
edir. Punksiya zamanı beyin-onurğa beyin mayesi şəffaf, təzyiqi həddindən artıq yüksək olur (300-400
mm su süt.), limfositlərin və zülalın miqdarı artır.
Müalicəsi: 5-6 gün dalbadal təkrar punksiyalar aparılır, mannit, furosemid, tiamin,
sianokobalamin, daxilə polivitaminlər təyin edilir və vena daxilinə 20 ml 40%-li qlükoza, 5-10 ml
40 % heksametilentetramin vurulur. Baş ağrısını azaltmaq üçün pentalgin, sedalgin təyin edilir.
Xəstəliyin kontagiozluğunu nəzərə alıb xəstəni hospitalizə etmək vacibdir.
Vərəm meningiti
Vərəm meningiti əsasən uşaqlarda və yeniyetmələrdə təsadüf edilir. Bu xəstələrin anamnezində
ağciyərlərin, bronxların və başqa orqanların vərəmi haqda qeydiyyat olur.
Klinikası: Xəstəlikdən 1-2 həftə əvvəl xəstənin ümumi halı pozulur, zəiflik, əzginlik, əsəbilik,
uşaqlarda şıltaqlıq və iştahasızlıq, bədənin müxtəlif nahiyyələrində ağrılar, yuxusuzluq olur. get-gedə
subfebril hərarət başlayır. Bu dövrdən sonra meningit əlamətləri təzahür etməyə başlayır. Baş ağrısı
ürək bulanma, qusma, hərarətin daha da yüksəlməsi müşahidə olunur. Boyun əzələlərinin gərginliyi,
Kerniq və Brudzinski simptomları meydana çıxır, lakin o qədər də kəskin olmur. Tədricən xəstədə
diplopiya, çəpgözlük, anizokoriya, hipomimiya, ptoz olur. Vərəm refleksləri zəifləyir və yaxud itir,
xəstənin huşu pozulur. beyin-onurğa beyin mayesində aşağıdakı dəyişikliklər baş verir: maye təzyiqlə,
şırnaqla yaxud tez-tez damcı ilə axır, şəffaf, açıq rəngli olur. Təzyiqi 300-500 mm su sütunu, hərdən
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
24
daha yüksək olur. Zülalın miqdarı artır, şəkərin miqdarı isə azalır. Maye sınaq şüşəsində qaldıqda 12-
24 saatdan sonra zərif hörümçək toruna bənzər örtük əmələ gəlir və tərkibində vərəm çöpləri aşkar edir
Müalicəsi: Stasionar şəraitdə aparmaq lazımdır. Vərəm meningitli xəstələrin müalicəsində
onurğa beyin mayesinə lazımi qədər keçən hidroizonikotin turşusunun duzları əsas preparatlardır
İzoniazid 15-20 mq/kq gündəlik dozada təyin edilir. Etambutol 20-25 mq/kq çəkiyə hesablanır,
gündəlik doza 1 dəfə təyin olunur. Rifampisin 0,6 mq gündəlik doza böyüklərə, 0,45-dən çox
olmayaraq yeniyetmələrə və uşaqlara təyin olunur. Müasir şəraitdə kompleks antibakterial müalicəsi
nəticəsində meningitli xəstələri sağaltmaq olar. Vərəm meningitin gecikmiş hallarında və xəstənin ağır
vəziyyətində antibakterial müalicəsi fonunda kortikosteroid hormonların qəbulu göstərişdir.
Tuberklostatik müalicə B
1
, B
6
, C vitaminlərinin qəbulu ilə aparılır.
Hərəkət pozuntuları olan hallarda meningial sindromun azalmasından sonra masaj, müalicə
gimnastikası, prozerin inyeksiyaları təyin olunur. Göz dibində durğunluq əlamətləri uzun müddət
saxlanarsa B qrup vitaminləri, damargenişləndirici preparatlar, göz sinirinin qidalanmasını
yaxşılaşdırma üçün nikotin turşusu 0,05 mq dozada 2 dəfə, angiotrofen, no-şpa təyin edilir.
Dehidratasion terapiya tətbiq edilir. Stasionar müalicə 1-1,5 il davam edir. Sonra xəstə 2 il ərzində
ambulator şəraitdə PAST, ftivazid qəbul edir və vərəm əleyhinə dispanser həkimlərinin nəzarəti altında
olur.
Ensefalitlər
Ensefalit beynin iltihabı deməkdir. Birincili və ikincili olur. Birincili ensefalitlərə epidemik
letargik ensefalit, gənə ensefaliti, ikincili ensefalitlərə isə müxtəlif infeksion xəstəliklər nəticəsində
qızılca, malyariya, qrip və s. əmələ gələn postvaksinal ensefalitlər aiddir.
Epidemik letargik ensefalit
1917-1928-ci illərdə bu xəstəlik dünyanın bütün ölkəlıərində epidemiya şəklində yayıldığından
epidemik adlanır. Yuxulu yaxud letargik ona görə adlanır ki, bu xəstəlik zamanı patoloji yuxululuq
müşahidə olunur. Epidemik ensefalit törədən amil təyin edilməmişdir. Xəstəlik burun-udlaq və əsnəyin
selikli qişasından orqanizmə daxil olur, süzülən viruslar vasitəsilə yayılır, damcı infeksiyası yolu ilə
sirayət edir. İnkubasiya dövrü 1-14 günə qədərdir. Bədəndə virus hematogen yolla yayılır. Xəstəlik hər
bir yaşda baş verə bilər, 20-30 yaşlarda daha çox
qeydə alınır, əksər hadisələr payız və qış fəsillərində
olur. Epidemik ensefalitin virusu əsasən beyin
kötüyünü və qabıqaltı düyünləri zədələyir.
Klinikası: xəstəlik kəskin və yaxud yarım
kəskin başlayır. Xəstənin hərarəti 38
0
C yə qalxır, 15-
20 gün davam edir, hərdən hərarət normal olaraq
qalır. Yuxarı tənəffüs yollarının kataral dəyişikliyi,
başağrısı, əzginlik, başgicəllənmə ola bilər, Sonralar
patoloji yuxululuq meydana çıxır, xəstə sutkalarla
yatır, onu tez oyatmaq olur, lakin dərhal yenidən
yuxuya gedir. Sonralar isə xəstənin yuxusu çəkilir və
yaxud yuxunun forması dəyişir-gündüzlər yuxululuq,
gecələr isə yuxusuzluq olur. Gözün hərəki sinirinin
pozulmasından
ptoz,
çəpgözlük,
diplopiya,
anizokoriya müşahidə olunur. Tənəffüs tezləşir.
Bəzən kəskin dövrdə psixi pozulmalar: hallusinasiya,
huşun pozulması, oyanma ola bilər. Bir neçə ay və
yaxud hətta il keçdikdə xəstəliyin 2-ci dövrü
başlanır-parkinsonizm dövrü. Bu dövrdə ilk növbədə
xəstənin ümumi görünüşü nəzəri cəlb edir: başı və
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
25
çiyinləri irəli uzanmış, yuxarı ətrafları yarıbükülmüş vəziyyət alır. Üzünün mimikası itir, üz dərisi
parıltılı (hipersalivasiya) olur, gözləri bir nöqtəyə zillənib qalır, çox nadir hallarda göz qapaqlarını
yumub açır, xəstənin hərəkətləri yavaşıyır, xırda addımlarla yeriyir, cəldliyi və çevikliyi itir,
ümumuyyətlə az hərəkət edir, müxtəlif pozalarda donub qalır, yeriyəndə qolları tərpənməyir. Xəstənin
nitqi zəifləyir, monoton olur. Bu parkisonizmin akinetik – rigid forması adlanır. Əksər hallarda
bradikiniziya hiperkineziya ilə birlikdə cərəyan edir; xəstənin başı, əlləri, ayaqları ritmik şəkildə əsir.
Xəstə ətraf hadisələrə laqeyd qalır, depressiya vəziyyətinə düşür, zəhlə tökən olur. Uşaqlar impulsiv
hərəkətlər edir, avaraçılığa meyilli olurlar.
Müalicəsi: kəskin dövrdə yataq rejimi lazımdır. Vena daxilinə hər gün və yaxud gün aşırı 15 ml
40%-li qlükoza ilə 5 ml 40%-li heksametilintetramin məhlulu vurulur, cəmi 40-50 inyeksiya, daxilə
askorbin turşusu, sulfanilamid preparatları təyin edilir, əzələ daxilinə sağalmaq üzrə olan və yaxud
xəstəlik keçirən şəxslərin zərdabı, 50-30 ml 3-4 gündən bir tiamin askobin turşusu vurulur. Yuxululuq
zamanı kofen, fenamin, yuxusuzluqda yuxugətirici preparatlar verilir. Xəstə mayeni çox qəbul
etməlidir, dəri altına oksigen vurulmalıdır.
Xroniki dövürdə simptomatik müalicə aparılır. Əzələ gərginliyini aradan qaldırmaq üçün
levodopa (LDOFA), madopar, siklodol (romparkin) 0,005 qr 3 dəfə, midokalm (0,05 qr 2t 3-4 dəfə) .
Levodopanı sutkada 1qr başlayıb, tədricən dozanı artırıb sutkada 4-5 qrama çatdırırlar. preparatlar
uzun müddət verildikdə parkinsonizmin əlamətləri azalır.
Yaz-yay (gənə) ensefaliti
Sinir sisteminin ilkin virus xəstəliyi olub, ilin müəyyən fəsillərində və xüsusi coğrafi zonalarda
qeydə alınır. Epidemik ocaqları Sibirdə, Uralda və uzaq Şərqdə ayırd edilmişdir. İlk epidemiyası 1933-
1934 cü illərdə uzaq Şərqdə, xüsusilə Primorye vilayətində baş vermiş və 1935-ci ildə Panov
tərəfindən öyrənilmişdir. 1937-ci ildən etibarən Uzaq Şərqdə Zilber və Pavlovskinin rəhbərliyi altında
bir neçə ekspedisiya göndərilmişdir, onlar tayqa, endemik, yaz-yay, gənə ensefalitini hərtərəfli öyrənib,
təsvir etmişlər.
Xəstəlik yaz-yay aylarında gənələrin dişləməsi nəticəsində insana keçir. Gənə ensefalitini
törədən virus tam neyrotrop xassəyə malikdir. Virusun rezervuarı, əsas etibarı ilə, gəmiricilərdir,
xəstəlik nadir hallarda keçi südündən də (gənələr vasitəsilə yoluxdurulmuş) keçə bilər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
26
Xəstəlik adamdan adama keçmir. Xəstəlik alimentar yolla çiy süd və süd məhsullarından istifadə
etdikdə də yoluxa bilər. Xəstəlikdən sonra sabit immunitet yaranır. Xəstəliyin inkubasiya dövrü 7-21
gün, alimentar yoluxma zamanı isə 4-7 gündür.
Klinikası: Xəstəlik kəskin başlayır. əvvəl baş ağrısı, əzginlik, zəiflik, ürəkbulanma olur.
Bədənin hərarəti 39-40
0
C –yə qədər yüksəlir və bu səviyyədə 6-10 gün müddətində qalır. Dəri və
boğazın selikli qişası hiperemiyaya uğrayır, bəzən bədəndə səpgilər əmələ gəlir. yuxarı tənəffüs
yollarının kataral iltihabı, hərdən isə ocaqlı pnevmoniya (bronxo pnevmoniya) qeyd olunur. Xəstənin
huşu pozulur, meningial simptomlar müşahidə olunur. Boyun və ciyinüstü əzələlərin atrofiyası
nəticəsində yuxarı ətrafların süst, atrofik iflici əmələ gəlir, xəstənin başı döşünə sallanır, bəzi beyin
sinir nüvələri zədələnir: nitqi pozulur, səsi dəyişir, udqunma çətinləşir və s. Hərdən bu xəstələrdə
Kojevnikov epilepsiyası müşahidə olunur: ayrı-ayrı əzələ qrupları dartilir və bunlar ümumi epileptik
tutmaya keçə bilər.
Dostları ilə paylaş: |