TOXUCULUQ LIFLƏRININ ƏSAS XASSƏLƏRI
Toxuculuq sənayesində işlədilən liflər müəyyən geometrik və fiziki-mexaniki xassələrə malik olmalıdır.
Toxuculuq materiallarının qalınlıq dərəcəsinin qiymətləndirilməsi üçün teks (T) məfhumu işlədilir.
Burada,
m – lifin kütləsi, q;
L – lifin uzunluğu, km.
Əgər lifin kütləsi milliqram ilə ifadə edilərsə, onda teks işlətmək lazımdır. Toxuculuqda istifadə edilən lifli materiallar teksi aşağı olduqca lifin nazikliyi yuxarıdır. Bundan başqa, toxuculuq liflərinin yoğunluğunu xarakterizə etmək üçün metrik nömrədən də istifadə olunur. Burada teks sistemindən fərqli olaraq lifli materialın uzunluğunun (L) kütləsinə (g) olan nisbəti götürülür, yəni:
T ,
Burada,
l – lifin uzunluğu, km;
g – lifin kütləsi, q.
Düsturdan göründüyü kimi lifin nömrəsi yuxarı olduqda onun nazikliyi də yuxarı olur.
Nəticə: Bu mühazirə mətni sayəsində tələbələr toxuculuq mallarının əsas xammalının toxuculuq lifləri olduğunu öyrəndilər. Toxuculuq lifi uzunluğu diametrindən dəfələrlə böyük olmaqla təbii və kimyəvi liflərə ayrılır. Tələbələr orqanoleptik üsulla toxuculuq liflərin əsas fərqləndirici xüsusiyyətlərini ayırd etməyi mənimsədilər.
Özünü yoxlama sualları və tapşırıqlar
Toxuculuq lifi nədir?
Toxuculuq lifləri necə təsnifləşir?
Toxuculuq liflərinin hansı növləri var?
Toxuculuq liflərinin əsas xassələri hansılardır?
Toxuculuq liflərinin əsas fərqləndirici xüsusiyyətlərini izah edin.
Əsas ədəbiyyat
prof.Ə.P.Həsənov və b. “Qeyri-ərzaq mallarının ekspertizası” – I hissə, Bakı-2006 IX fəsil səh 216
prof.Ə.P.Həsənov, C.M.Vəliməmmədov, T.R.Osmanov, İ.F.Allahverdiyeva və b. “Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı” II hissə Bakı-2015 III fəsil səh 133
Əlavə ədəbiyyat
prof.Ə.P.Həsənov, dos.T.R.Osmanov, b/m İ.F.Allahverdiyeva və b. “Qeyri ərzaq mallarının ekspertizasının praktikumu” Bakı-2014
dos.T.R.Osmanov “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizasının əsasları” Bakı-2014
prof.Ə.P.Həsənov, dos. T.R.Osmanov və b. “Qeyri ərzaq mallarının ekspertizasının nəzəri əsasları” Bakı-2010
A.H.Həsənov, Ə.P.Həsənov, C.M.Vəliməmmədov və b. “Əmtəəşünaslıq və kimya” Bakı-2006
prof.Ə.P.Həsənov, dos.N.N.Həsənov, dos. T.R.Osmanov, b/m İ.F.Allahverdiyeva və b. “Toxuculuq, geyim, trikotaj, ayaqqabı və xəz mallarının ekspertizası” fənni üzrə proqram –Bakı-2017
İnternet materialları
Dostları ilə paylaş: |