Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası Mövzu: Toxuculuq haqqında ümumi məlumat. Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri



Yüklə 34,71 Kb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü34,71 Kb.
#41412
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ASEU TEACHERFILE MATERIALS 2021 04 03 2839165539050953461.docx 1619501879

Toxuculuq liflərinin təsnifatı
Toxuculuq liflərinin ətraflı öyrənilməsi üçün onun təsnifatının elmi əsaslar üzrə verilməsinin böyük əhəmiyyəti vardır. Toxuculuq liflərinin təsnifatı üçün müxtəlif əlamətlər götürülə bilər. Lakin əsas təsnifat əlaməti olaraq onların mənşəyi və kimyəvi tərkibi götürülür. Bütün toxuculuq liflərini lifləri mənşəyinə görə iki sinfə bölmək olar: təbii və kimyəvi.

Eyni zamanda toxuculuq liflərinin hər bir sinfi öz daxilində yarımsinfə ayrılır. Belə ki, təbii liflər kimyəvi tərkibindən asılı olaraq üzvi və qeyri-üzvi (mineral) kimi yarımsiniflərə bölünür. Üzvi liflər də öz növbəsində bitki və heyvanat mənşəli olmaqla iki qrupa ayrılır.

Bitki mənşəli liflər bitkilərin hansı hissəsindən alınmasından asılı olaraq yarımqruplara və növ müxtəlifliyinə ayrılır. Belə ki, pambıq bitkinin toxumundan, kətan, kəndir, cut, rami, kənaf bitkinin siyrimindən (qabıqaltı), sizal, Yeni Zellandiya kətanı bitkinin yarpağından və hind qozunun qabığından alınan lif isə bitkinin meyvəsindən alınan liflərə aid edilir. Heyvanat mənşəli liflər də yun və ipəyə ayrılır.

Mineral liflərə dağ suxurlarından əldə edilən asbest lifləri aid edilir.

Kimyəvi liflər də kimyəvi tərkibindən və alınma xüsusiyyətindən asılı olaraq süni və sintetik liflər yarımsinfinə bölünür.

Süni liflər də öz növbəsində üzvi və qeyri-üzvi olmaq etibarı ilə iki qrupa ayrılır. Lakin sellüloz (viskoz, asetat və s.) və zülal (kazeyin) tərkibli süni lifləri fərqləndirmək lazımdır.

Qeyri-üzvi (mineral) süni liflərə şüşə və metal lifləri aid edilir.

Sintetik liflər kimyəvi tərkibindən və quruluşundan asılı olaraq heterosilsiləvi və karbosilsiləvi olmaqla iki qrupa ayrılır. Eyni zamanda heterosilsiləvi liflər də poliamid (kapron, anid) və poliafir (lavsan) liflərinə bölünür. Karbosilsiləvi liflər öz qrupunda natron, polivinilxlorid (xlorin), vinol, poliolefin, ftorlon və qeyri-lifləri birləşdirir.

Məlum olduğu kimi, hazır parçaların istehlak xassələrinin formalaşdırılmasına müxtəlif liflərin tərkib və xassələri böyük təsir göstərir. Bu baxımdan toxüculuq sənayesində tətbiq edilən liflərin və sapların alınması və xassələri haqda qısa da olsa məlumat vermək zəruridir.


Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin