normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna
qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün
müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq
olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində
amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Amortizasiyanın hesablanması üçün əsas vəsaitlərin vergi ilinin
sonuna qalıq dəyəri aşağıdakı kimi müəyyənləşdirilir:
Əsas vəsaitlərin ilin sonuna qalıq dəyərinə, yəni həmin il üçün
hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyərinə cari
ildə daxil olmuş əsas vəsaitlərin dəyəri və təmir xərclərinin
məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim
edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manat və ya ilkin dəyərin 5
faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.
Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ onun
qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.
İlin sonuna əsas vəsaitin qalıq dəyəri 100 manat və ya ilkin dəyərin
5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. Əsas
vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ onların qalıq
dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.
Dostları ilə paylaş: