8. Gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği.
Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas
vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə
binalar, tikintilər və qurğuların ilin sonuna qalıq dəyərinin 2 faizi,
maşınlar, avadanlıqlar və hesablama texnikasının ilin sonuna qalıq
dəyərinin 5 faizi, digər əsas vəsaitlərin ilin sonuna qalıq dəyərinin 3 faizi
və köhnəlmə hesablanmayan əsas vəsaitlər üzrə 0 faizi həddi ilə
məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə
müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin
faktiki məbləği çıxılır.
Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan
məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş
hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən
edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna
əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir.
İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən
çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin