FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə121/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   117   118   119   120   121   122   123   124   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
90


 
Aşağıdakı  şəxslər  (vergi  agentləri)  ödəmə  mənbəyində  gəlir 
vergisini tutmağa borcludurlar: 
 
-  muzdla  işləyən  fiziki  şəxslərə  ödəmələr  verən  hüquqi  şəxslər  və 
sahibkarlar; 
 
- dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna 
edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və sahibkarlar; 
 
-  hüquqi  və  fiziki  şəxslərə  dividend  ödəyən  rezident  hüquqi 
şəxslər; 
 
-  hüquqi  və  fiziki  şəxslərə  faizlər  ödəyən  hüquqi  şəxslər  və 
sahibkarlar; 
 
-  daşınan  və  daşınmaz  əmlak  üçün  fiziki  şəxslərə  icarə  haqqı 
ödəyən  hüquqi  şəxslər,  royalti  və  qeyri-rezidentə  gəlir  ödəyən  hüquqi 
şəxslər və sahibkarlar; 
 
- vergi ödəyicisi  kimi vergi orqanlarında uçota alınmayan, VÖEN 
təqdim  etməyən  fiziki  şəxslərə  haqq  ödəyən  fiziki  şəxslər  və  ya  fərdi 
sahibkarlar 
 
Muzdala işləyən fiziki şəxslərə  ödəmələr verən hüquqi şəxslər və 
fərdi  sahibkarlar  gəliri  ödəyərkən  fiziki  şəxslərin  hesablanmış  aylıq 
gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 
20-dən gec olmayaraq büdcəyə köçürməyə borcludurlar. 
 
Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna 
edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və sahibkarlar, 
hüquqi  və  fiziki  şəxslərə  dividend  ödəyən  rezident  hüquqi  şəxslər, 
hüquqi  və  fiziki  şəxslərə  faizlər  ödəyən  hüquqi  şəxslər  və  sahibkarlar, 
vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim 
etməyən  fiziki  şəxslərə  haqq  ödəyən  hüquqi  şəxslər  və  ya  fərdi 
sahibkarlar gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq 
vergini büdcəyə köçürməyə borcludurlar. 
 
Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar 
rüb  başa  çatdıqdan  sonra  20  gün  müddətində  Vergilər  Nazirliyinin 
müəyyən  etdiyi  formada  bəyannaməni  vergi  orqanına  verməyə 
borcludurlar. 
 
Ödəmə  mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan və 
ya  tutulması  mümkün  olmayan  gəlirləri  olan  fizki  şəxslər  yaxud 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  gəlir,  o  cümlədən 
royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı 
ilin  mart  ayının  31-dən  gec  olmayaraq  vergi  orqanlarına  bəyannamə 
verməlidirlər. 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin