- sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, onun əmlakına
və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya
natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən
ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az
olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və
pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının
sığortasçılarını ödədikləri sığorta haqları, həyatın yığım sığortası və
pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5
illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
- vergi ödəyicisinin 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz
əmlakın təqdim edilməsindən gəlir;
- dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya
ödənişləri;
- bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan
gəlir;
- sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının,
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi
alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət
əşyalarının düzəldilməsi, keramatika məmulatlarının bədii işlənməsi,
bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması
sahəsində fəaliyyət göstərən fiziki
şəxslərin gəliri;
- müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan,
habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;
- fiziki şəxslərə kompensasiya xarakterli qanunvericiliklə nəzərdə
tutulan ödəmələr;
- yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların
tam dəyəri. Beynəlxalq yarışlarda müsabiqələrdə pul şəklində alınan
mükafatların dəyəri 4000 man. respublika, rayon yarışlarda və
müsabiqələrində isə - 200 manatadək;
- dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən
çıxması ilə əlaqədar verilən birdəfəlik haqq.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı
olan aylıq gəliri 400 man. miqdarında azaldılır:
- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet
İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- Şöhrət ordeninin hər üç dərəcəsi
ilə təltif edilmiş şəxslərin;
- I və II qrup müharibə əlillərinin;
- həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarının (ərlərinin);
Dostları ilə paylaş: