FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


Mövzu 7. Hüquqi şəxslərin mənfəət vergisi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə125/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   121   122   123   124   125   126   127   128   ...   179
Vergilər Və Vergitutma

Mövzu 7. Hüquqi şəxslərin mənfəət vergisi 
 
P l a n 
KitabYurdu.az 
94


 
1. Mənfəət vergisinin mahiyyəti və vergi ödəyiciləri  
2. Mənfəət vergisinin vergitutma obyekti və dərəcəsi 
3. Vergitutulan mənfəətin hesablanması 
4. Vergi tutulan mənfəətin uçotu (gəlir və xərclərin uçotu) 
5. A. R.-də mənfəət vergisindən azadolmalar və güzəştlər 
 
 
1. Mənfəət vergisinin mahiyyəti və vergi ödəyiciləri 
 
 
Mənfəət  vergisi  birbaşa  vergi  hesab  olunur,  yəni  onun  məbləği 
müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrindən asılıdır. 
 
Müəssisələrin  mənfəətinin  vergiyə  cəlb  edilməsinə  ilk  dəfə 
Almaniya  və  ABŞ-da  keçirilmişdir.  XX  əsrin  əvvəllərində  dünyanın 
demək  olar  ki,  bütün  aparıcı  dövlətləri  korporativ  vergitutma  erasına 
qədəm qoydular. 
 
Müasir şəraitdə mənfəətin vergiyə cəlb edilməsi müxtəlif səviyyəli 
büdcələrin  gəlirlərinin  formalaşmasının  və  vergi  tənzimlənməsinin  əsas 
alətidir.  Müəssisə  və  təşkilatların  mənfəət  vergisinin  köməyi  ilə  dövlət 
iqtisadiyyatın  inkişafına  daha  fəal  təsir  göstərə  bilir.  Bu  verginin 
məbləğinin  vergi  ödəyicisinin  əldə  etdiyi  xalis  gəlirin  həcmindən 
bilavasitə 
asılılığı,  vergi  dərəcəsinin  tənzimlənməsi,  müəyyən 
güzəştlərin  verilməsi  və  ya  ləğvi  mexanizmi  vasitəsi  ilə  dövlətə 
iqtisadiyyatın müxtəlif sahələrində investisiya fəallığını stimullaşdırmaq 
və  ya  məhdudlaşdırmaq  imkanı  verir.  Müəssisə  və  təşkilatların 
mənfəətinin  vergiyə  cəlb  olunması  ilə  birbaşa  bağlı  olan  dövlətin 
amortizasiya  siyasəti  iqtisadiyyatın  tənzimlənməsində  əhəmiyyətli  rol 
oynayır.  
 
Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və ölkəyə xarici 
kapitalın cəlb edilməsində bu vergi növünün rolu olduqca böyükdür. Bir 
sıra  ölkələrin  qanunvericiliyində  fəaliyyətlərinin  ilk  illərində  orta  və 
kiçik sahibkarlıq subyektlərinin mənfəət vergisini ödəməkdən tam və ya 
qismən azad edilməsini nəzərdə tutulması onların inkişafına əhəmiyyətli 
dərəcədə təsir göstərir. 
 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  gəlir  hissəsinin 
formalaşmasında  hüquqi  şəxslərin  tutulan  mənfəət  vergisi  əhəmiyyətli 
rol  oynayır.  Bu  vergi  növü  dövlət  büdcəsinin  vergi  daxilolmaları 
arasında əlavə dəyər vergisindən sonra ikinci yer tutur. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin