9. Gəlir vergisindən azad olmalar və güzəştlər.
Azərbaycan
Respublikasının
Vergi
Məcəlləsində
gəlir
vergisindən bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur.
Bunların bəziləri ilə tanış olaq.
Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
- Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik
xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-
texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək
haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq
əməkdaşının rəsmi məşğulluğundan gəlir;
- Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən
gəlir - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə
götürən tərəfindən, yaxud onun adından ödənilərsə və qeyri-rezidentin
daimi nümayəndəliyi tərəfindən və yaonun adından, yaxud daimi
nümayəndəlikdə fəaliyyəti
ilə əlaqədar ödənilmirsə;
- təqvim ili ərzində alınan hədiyyə, maddi yardım və miraslar:
hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi
yardımın dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə
haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2000 manatadək olan
hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə
üzvlərindən alındığı halda, onun tam dəyəri;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən
müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət
köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərinin sayının və
ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam
verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
müvafiq ödənilən təminatlar, habelə müvafiq icra hakimiyyəti
orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi
birdəfəlik ödəmələr və ya maddi yardımlar;
- alimentlər;
- aylıq gəliri 200 manatadək olduqda minimum əmək haqqının 1
misli, illik gəliri 2400 manatadək olduqda 12 misli məbləğində;
- qiymətli daş və materiallar, onlardan düzəldilmiş məmulatlardan,
incəsənət əsərləri və əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq
fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa,
daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;
Dostları ilə paylaş: