FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə130/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   126   127   128   129   130   131   132   133   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
99


 
-  əqddə  və  ya  müqavilədə  iştirak  edən  bütün  tərəflər  əqd  və  ya 
müqavilə  üzrə  özlərinin  bütün  öhdəliklərini  yerinə  yetirmişlər,  yaxud 
müvafiq məbləğlər qeyri-şərtsiz ödənilməlidir. 
 
Rezident 
müəssisələr, 
Azərbaycan 
Respublikasında  daimi 
nümayəndəliyi  olan  qeyri-rezidentlər  hesabat  ilindən  sonrakı  ilin  mart 
ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. 
 
Vergi  ödəyicisi  olan  hüquqi  şəxs  Azərbaycan  Respublikasında 
sahibkarlıq  fəaliyyətini  dayandırdıqda,  30  gün  müddətində  vergi 
orqanlarına  bəyannamə  verməlidir.  Bu  zaman  mənfəət  vergisi  üçün 
hesabat  dövrü  vergi  ilinin  əvvəlindən  vergi  ödəyicisinin  sahibkarlıq 
fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. 
 
Hüquqi  şəxslər  və  fərdi  sahibkarlar  rüb  qurtardıqdan  sonra  15 
gündən  gec  olmayaraq  cari  ödəmələri  dövlət  büdcəsinə  ödəməlidirlər. 
Bələdiyyə  mülkiyyətində  olan  müəssisə  və  təşkilatlar  mənfəət  vergisini 
yerli büdcəyə, digər təşkilatlar isə dövlət büdcəsinə ödəyirlər. 
 
Hər  ödəmənin  məbləği  əvvəlki  vergi  ilində  hesablanmış  vergi 
məbləğinin  1⁄4  hissəsini  təşkil  edir.  Vergi  ödəyicisi  cari  vergi 
ödəmələrinin  məbləğini  bu  rübdəki  gəlirinin  həcmini  onun  keçən  ilin 
ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin 
xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. 
 
Bu  zaman  vergi  ödəyicisi  il  ərzində  cari  vergi  ödəmələrinin 
məbləğini  müəyyənləşdirməyin  yuxarıdakı  iki  mümkün  metodundan 
birini  seçir  və  hər  il  aprel  ayının  15-dək  bu  barədə  vergi  orqanına 
məlumat  verir.  Vergi  ödəyicisi  cari  vergi  ödəmələrinin  məbləğini 
müəyyənləşdirmək  üçün  tətbiq  etdiyi  metod  barədə  məlumat  vermədiyi 
halda vergi orqanı birinci metodu tətbiq edir. 
 
Vergi 
ödəyicisi 
cari 
vergi 
ödəmələrinin 
məbləğini 
müəyyənləşdirmək  üçün  2-ci  metodu  seçdiyi  halda,  hər  rüb  başa 
çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış 
cari  vergi  məbləği  barədə  vergi  orqanına  arayış  təqdim  etməlidir,  əks 
halda vergi orqanı 1-ci metodu tətbiq edir. 
 
Cari  vergi  ödəmələri  vergi  ili  üçün  vergi  ödəyicisindən  tutulan 
verginin məbləğinə aid edilir. 
 
Əvvəllər  fəaliyyəti  olmayan  vergi  ödəyicilərinin  mənfəət  vergisi 
üzrə  cari  vergi  ödəmələri  təqvim  ili  ərzində  rüblər  üzrə  artan  yekunla 
hesablanır.  Cari  vergi  ödəmələrinin  məbləği  mənfəətdən  verginin 
məbləğinin 75 faizindən az olmamalıdır. 
 
Əvvəllər  fəaliyyəti  olmayan  vergi  ödəyiciləri  rüb  başa  çatdıqdan 
sonra  15  gün  ərzində  cari  vergi  ödəmələrini  aparmalı  və  rüb  ərzində 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin