FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə129/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   125   126   127   128   129   130   131   132   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
98


 
Rezidentin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
Azərbaycan  mənbəyindən  olmayan  gəlirindən  ödənilmiş  mənfəət 
vergisinin  məbləği  Azərbaycanda  vergi  ödənərkən  nəzərə  alınır.  Bu 
halda  həmin  məbləğ  mənfəətdən  müəyyən  edilmiş  dərəcələrlə  tutulan 
verginin məbləğindən çox olmamalıdır. 
 
   
                         
 
4. Vergi tutulan mənfəətin uçotu. (gəlir və xərclərin uçotu) 
 
 
Vergi  ödəyicisi  vergi  tutulan  mənfəətinin  məbləğini  dəqiq 
müəyyənləşdirmək  üçün  gəlir  və  xərclərinin  uçotunu  aparmalıdır.  O, 
vergi  ili  ərzində  eyni  metodu  tətbiq  etmək  şərtilə  vergilərin  uçotunu 
kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. 
 
Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və 
ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən 
öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 
 
Vergi  ödəyicisinin  nağd  pul  vəsaitini  aldığı,  nağdsız  ödəmədə  isə 
pul  vəsaitinin  bankda  onun  hesabında  və  ya  sərəncamçısı  ola  biləcəyi 
hesaba,  yaxud  göstərilən  vəsaiti  almaq  hüququna  malik  olacağı  hesaba 
daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 
 
Vergi  ödəyicisi  pul  vəsaitini  ödəyirsə,  nağd  pul  vəsaitinin 
ödənildiyi,  nağdsız  ödəmədə  isə  vergi  ödəyicisinin  pul  vəsaitinin 
köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin 
çəkildiyi vaxt sayılır. 
 
Hesablama  metodu  ilə  uçot  aparan  vergi  ödəyicisi  gəlir  əldə 
edilməsinin  və  xərc  çəkilməsinin  faktiki  vaxtından  asılı  olmayaraq 
gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi 
və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 
 
Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi müqavilə üzrə iş 
görürsə  və  ya  xidmət  göstərirsə,  gəlir  onu  almaq  hüququ  müqavilədə 
nəzərdə  tutulan  işlərin  görülməsinin  və  ya  xidmətlərin  göstərilməsinin 
tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 
 
Vergi  ödəyicisi  vergi  uçotunun  aparılması  üçün  hesablama 
metodundan  istifadə  etdikdə,  əqdlə  bağlı  olan  xərclərin  çəkilməsi  vaxtı 
aşağıdakı şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 
 
- vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 
 
- maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin