Bölüşdürücü funksiya. Vergilərin bölüşdürücü funksiyasının
mahiyyəti ictimai gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında
yenidən bölüşdürülməsindən ibarətdir. Başqa sözlə, əhalinin güclü
təbəqəsinin vergi yükünün ağırlaşdırılması hesabına vəsaitlər bu
kateqoriyadan əhalinin daha zəif kateqoriyalarına ötürülür. Bölüşdürücü
funksiyaya misal olaraq aksizləri, mütərəqqi vergitutmanı göstərmək
olar.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində
vətəndaşları onların öz nəzarətləri xaricində olan amillərin doğurduğu
iqtisadi çətinliklərdən qorunmasını təmin edən geniş sosial müdafiə
şəbəkəsi mövcuddur. Sosial müdafiə dedikdə, ilk növbədə cəmiyyətin
aztəminatlı üzvlərinə maliyyə yardımını nəzərdə tutan dövlət
proqramları nəzərdə tutulur. Bu cür proqramlara işsizliyə görə
müavinətlərin verilməsi, əlilliyə və qocalığa görə pensiyaların verilməsi,
pulsuz tibbi xidmətin göstərilməsi, pulsuz yaşayış sahələrinin verilməsi
və s. daxildir. Sosial müdafiə proqramları şəbəkəsinin mahiyyəti
Vergilərin əsas fu
nksiyaları
Fiskal
Tənzimləyici
Bölüşdürücü
Stimullaşdırıcı
Ləngidici
Təkrar istehsal
İnteqrasiyaedici
Nəzarətedici