İndi isə bu funksiyaların hər birini ayrı-ayrılıqda araşdıraq.
Fiskal funksiya. «Fisk» latın sözü olub, zənbil deməkdir. Qədim
Romada ilk əvvəllər pulların saxlandığı kassa, sonralar imperatorların
şəxsi xəzinəsi və nəhayət, gəlir, vergi və digər rüsumların cəmləşdiyi
mərkəz fisk adlandırılmışdır. Bu funksiyanın mahiyyəti dövlət
xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və
hüquqi şəxslərin gəlirlərinin (mənfəətinin) müəyyən hissəsinin dövlət
xəzinəsinə cəlb edilməsidir. Vergilərin əsas təyinatı, yəni ümumdövlət
proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsinə
toplanması, məhz bu funksiya vasitəsilə həyata keçirilir. Yerdə qalan
funksiyalar isə fiskal funksiyanın bir növ törəmələridir.
Dostları ilə paylaş: