FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə51/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   47   48   49   50   51   52   53   54   ...   179
Vergilər Və Vergitutma

İnteqrasiyaedici  funksiya.  XX  əsrin  sonlarında  vergilər  bazar 
iqtisadiyyatının  tənzimlənməsi  mexanizmlərində  keyfiyyətcə  yeni  bir 
funksiyanı  yerinə  yetirməyə  başladılar.  Bu  öz  əksini  xarici  iqtisadi 
münasibətlərin  tənzimlənməsində  vergilərin  inteqrasiyaedici  funksiyanı 
yerinə  yetirməsində  tapmış  oldu.  Onun  meydana  çıxmasını  şərtləndirən 
əsas  amil  dünya  təsərrüfat  sisteminin  inkişafının  xarakterik  xüsusiyyəti 
ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclənməsi 
və  təsərrüfat  həyatının  hərtərəfli  beynəlmiləlləşməsi  ilə  bağlıdır. 
Vergilər  ərazi  təsərrüfat  və  siyasi  maraqlarla  bir-biri  ilə  bağlı  olan 
dövlətlər  üçün  vahid  iqtisadi  məkanın  formalaşdırılması  vasitələrindən 
birinə  çevrildilər.  Dövlətlərin  təsərrüfat  həyatının  qarşılıqlı  asılılığının 
güclənməsi və beynəlmiləlləşməsi prosesinin ən parlaq təzahürü Avropa 
İttifaqı  çərçivəsində  iqtisadi  inteqrasiyadır.  Avropa  İttifaqı  üzvü  olan 
ölkələrin  milli  vergi  sistemlərinin  vahid  şəklə  salınması  və  bir-birinə 
uyğunlaşdırılması  siyasəti  Avropa  İttifaqı  çərçivəsində  inteqrasiya 
proseslərinin  təmin  edilməsinin  güclü  aləti  oldu.  Praktikada  vergilərin 
inteqrasiyaedici  funksiyasının  reallaşdırılması  ölkələr  arasında  gömrük 
maneələrinin,  ikiqat  vergitutmanın  aradan  qaldırılması  barədə  ikitərəfli 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin