FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə54/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   50   51   52   53   54   55   56   57   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
39


2.  Vergi ödəyicilərinin hüquqları 
 
Vergi  ödəyicilərinin  hüquqları  və  qanuni  maraqları  qanunvericilik 
normaları  ilə  təmin  edilir.  Vergi  ödəyicisinin  hüquqlarının  və  qanuni 
maraqlarının müdafiəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə 
Müəyyən edilir. 
Azərbaycan  Respublikasında  vergi  ödəyicisinin  aşağıdakı  hüquqları 
vardır: 
-  vergi  orqanlarından  qeydiyyat  yeri  üzrə  qüvvədə  olan  vergilər  və 
onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ-hüquqi 
aktlar,  vergi  ödəyicilərinin  hüquq  və  vəzifələri,  vergi  orqanlarının  və 
onların vəzifəli şəxslərinin səlahiyyətli haqqında əvəzsiz olaraq məlumat 
almaq; 
-  vergi  orqanlarından  vergi  qanunvericiliyini  tətbiq  edilməsi 
məsələlərinə dair yazılı izahatlar almaq
-  artıq  ödənilmiş  və  ya  artıq  tutulmuş  vergilərin  vaxtında  geri 
qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə 
iştirak etmək; 
- vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və vergi orqanlarının 
qərarlarının sürətini almaq; 
-  vergi  orqanlarından  və  onların  vəzifəli  şəxslərindən  vergi 
ödəyicisinə  münasibətdə  vergilər  haqqında  qanunvericiliyə  riayət 
olunmasını tələb etmək; 
- vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə  
və  digər  vergi  normativ  hüquqi  aktlarına  uyğun  olmayan  aktlarını  və 
tələblərini yerinə yetirmək; 
-  müəyyən  edilmiş  qaydada  vergi  orqanlarının  və  onların  vəzifəli 
şəxslərinin  hərəkətlərindən  (hərəkətsizliyindən)  məhkəməyə  şikayət 
etmək; 
-  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  kommersiya  sirrinin 
qorunmasını tələb etmək; 
-  vergi  orqanlarının  və  ya  onların  vəzifəli  şəxslərinin  qeyri-qanuni 
aktları  və  hərəkətləri  nəticəsində  dəymiş  zərərin  tam  ödənilməsini 
qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək
-  vergi  yoxlamalarının  aktları  və  digər  materialları  ilə  tanış  olmaq, 
vergi  orqanlarına  və  onların  vəzifəli  şəxslərinə  vergilərin  hesablanması 
və  ödənilməsi,  habelə  keçirilən  vergi  yoxlamalarının  aktları  üzrə  öz 
rəyini bildirmək

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin