FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə62/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   58   59   60   61   62   63   64   65   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
44


-  məhkəmənin qərarı ilə  müsadirə edilmiş  aksiz  markası olmayan və 
ya  saxta  aksiz  markaları  ilə  markalanmış  malların  satışını 
qanunvericiliyə uyğun olaraq təşkil etmək

Vergi 
Məcəlləsi 
və 
Azərbaycan 
Respublikasının  digər 
qanunvericilik  aktları  ilə  vergi  orqanlarının  təyinatına  uyğun  olaraq 
nəzərdə tutulmuş başqa hüquqları həyata keçirtmək. 
 
Yuxarı  vergi  orqanları  tabeliyində  olan  vergi  orqanlarının  və 
onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə 
bilərlər. 
 
6. Vergi orqanlarının vəzifələri və məsuliyyəti 
 
 
Vergi  orqanlarının  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  ilə 
müəyyən edilmiş vəzifələri aşağıdakılardır: 
- vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə 
nəzarət etmək; 
 
- vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 
 
- vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək 
və müdafiə etmək; 
 
-  vergi  qanunvericiliyi  və  vergi  qanunvericiliyində  edilən 
dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə 
və  ya  fərdi  qaydada  əvəzsiz  olaraq  məlumat  vermək,  müəyyən  edilmiş 
hesabat  formalarının  doldurulması  qaydalarını  izah  etmək,  vergilərin 
hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə 
onların hüquq və vəzifələrini izah etmək
 
-  hesablanmış  və  təyinatı  üzrə  daxil  olmuş  vergilərin  uçotunu 
aparmaq  və  bu  barədə  müvafiq  icra  hakimiyyəti  orqanlarına  məlumat 
vermək; 
 
-  vergi  qanunvericiliyinin  pozulması  hallarına  dair  məlumatları 
toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə 
gətirib  çıxaran  səbəblərin  və  şəraitin  aradan  qaldırılması  üçün  müvafiq 
dövlət orqanlarına təkliflər vermək
 
- vergi ödəyicilərinin, onların filiallarının, nümayədiklərinin və ya 
digər  bölmələrinin,  habelə  nəzarət-kassa  aparatlarının  uçotunu 
aparmağa; 
-    kommersiya  hüquqi  şəxslərin  dövlət  qeydiyyatını  və  dövlət 
reyestrini  aparmağa  və  bunla  bağlı  məlumatları  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  və  müddətlərdə  müvafiq  icra  hakimiyyəti 
orqanlarına göndərməyə; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin