Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin
forması Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
tərəfindən təsdiq edilir.
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, o,
vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində
ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu yeri və ya
yaşadığı yeri dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15
gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota
alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni
vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə
formasında olan məlumatlarda hər hansı dəyişilik baş verdikdə,
dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat
verməlidir.
Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs
tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi,
nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın
fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma yuxarıda göstərilən
müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən
həyata keçirilir.
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz
həyata keçirilir.
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən
Azərbaycan Respublikasının gömrük sərhəddindən malların keçirilməsi
ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində
vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun
eyniləşdirmə nömrəsini göstərir.
Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında vergi haqq –
hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab –
fakturalarda,
qaimələrdə,
nəzarət-kassa
aparatlarının çeklərində,
məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində
VÖEN-i mütləq göstərməlidirlər.
Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində
VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və
gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə
yol verilmir.
Dostları ilə paylaş: