nəzarəti bilavasitə təmin edir. Vergi ödəyicilərinin müəyyən edilmiş
qaydada vergi orqanlarına təqdim etdikləri bütün hesabatlar vergi
yoxlamasından keçir. Yoxlamanın gedişində vergi orqanlarına verilmiş
məlumatlarla faktiki məlumatlar tutuşdurulur, bu məlumatlar arasında
kənarlaşmalar müəyyən edilərsə qanunvericiliyə uyğun qaydada
tədbirlər görülür.
Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər
aşağıdakılardır:
- vergi yoxlamasının məqsədi;
- vergi yoxlamasının subyekti;
- vergi yoxlamasının obyekti;
- vergi yoxlaması aparılmasının baza üsulu.
Vergi yoxlamasının məqsədi vergi qanunvericiliyinə əməl
edilməsinə, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsidir.
Vergi yoxlamasının subyekti qüvvədə olan qanunverciliyə əsasən
vergi yoxlaması aparmaq hüququ olan bütün dövlət nəzarət orqanlarıdır.
Deməli, vergi yoxlamasının subyektləri ilk növbədə vergi və gömrük
orqanlarıdır.
Vergi yoxlamasının obyekti vergi ödəyicisinin maliyyə-təsərrüfat
fəaliyyətidir, daha doğrusu, onun həyata keçirdiyi maliyyə-təsərrüfat
əməliyyatlarının məcmusudur. Vergi yoxlamasının növündən asılı
olaraq, konkret hallarda onun obyekti ya vergi ödəyicisinin həyata
keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının hamısının məcmusu, ya da
bu məcmunun hər hansı bir hissəsi ola bilər.
Vergi yoxlaması aparılmasının əsas baza üsulu, təqdim olunmuş
vergi bəyannamələrində əks olunan maliyyə-təsərrüfat fəaliyyəti
haqqında ilk sənədlərdə əks olunmuş faktiki məlumatlarla
müqayisəsidir.
Vergi yoxlamaları aparılma yerinə, yoxlanılan məsələlərin
həcminə, təşkili üsuluna və aparılma üsuluna görə təsnifatlaşdırırlırlar.
Bunu şəkildə olduğu kimi əks etdirmək olar.
Dostları ilə paylaş: