Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi
sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-
dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.
Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində
hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab
edilir.
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi
ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə
bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi
orqanına göndərir.
Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın
filialında) hesab açmaq olar.
Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10
gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi
ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-
dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş
şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan
alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi
ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.
İstər hüquqi şəxslər, istərsə də sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər Vergi orqanlarında qeydiyyatdan keçdikdən sonra
istənilən bankda aşağıdakı sənədləri təqdim etməklə hesab aça bilərlər:
- hesabın açılması barədə ərizə;
- müəssisənin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış
şəhadətnamə və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
(hüquqi şəxs), Statistika Komitəsindən verilən şəhadətnamənin əsli və
ya notarial qaydada
təsdiq olunmuş surəti ;
- vergi ödəyicisinin hesab açılması üçün vergi orqanından və
Dövlət Sosial Müdafiə Fondundan aldığı Şəhadətnamə-Dublikatı;
- notarial qaydada təsdiq olunmuş möhürün əksi və imzaların
nümunələri.
Vergi orqanından və Dövlət Sosial Müdafiə Fondundan alınan
Şəhadətnamə-Dublikatın bank tərəfindən doldurulan hissəsi vergi
orqanına və Dövlət Sosial Müdafiə Fonduna qaytarılır.
Dostları ilə paylaş: