qanuni hesab olunur: - yoxlamanı aparan şəxslərdə səyyar vergi yoxlamasının təyin
edilməsi barədə qərarın olmaması;
- səyyar vergi yoxlamasının aparılması barədə qərarda hər hansı
bir zəruri rekvizitin olmaması (məsələn, vergi orqanının rəhbəri
və ya onun müavinin imzası, vergi orqanının möhürü,
yoxlanılacaq vergi ödəyicisinin adı və s.);
- yoxlamanın aparılması barədə qərar səlahiyyətli olmayan şəxs
tərəfindən imzalandıqda;
- yoxlamanı aparan şəxslərin xidməti vəsiqəsi olmadıqda;
- yoxlamanı
aparan
qrupun
konkret
üzvü
qərarda
göstərilmədikdə;
- yoxlamanı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə
müəyyən edilən məhdudiyyət şərtləri pozulmadıqda təyin
edildikdə.
Vergi ödəyicisinə səyyar vergi yoxlamasının təyin edilməsi barədə
qərarın təqdim edildiyi tarix yoxlamanın başladığı tarix hesab olunur.
Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində
keçirilir.
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayarq keçirilir
və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda Vergilər
Nazirliyinin qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi
müddəti 90 günə qədər artırıla bilər.
Aşağda göstərilən hallarda Vergilər Nazirliyinin əsaslandırılmış
qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: