Səyyar
vergi yoxlamasına hazırlıq
mərhələsi yoxlama
proqramının tərtib edilməsi ilə başa çatır. Yoxlamanın aparılması
proqramı qarşıdakı yoxlamanın gedişində aydınlaşdırılmalı olan
məsələlərin siyahısıdır.
Bir qayda olaraq kompleks yoxlama proqramına aşağıdakılar daxil
edilirlər:
- mühasibat uçotu sənədlərində və hesabatlarda satışdan daxil
olan vəsaitin əks olunmasının tamlığı və düzgünlüyünün
yoxlanılması;
- məhsul istehsalı və satışına çəkilən faktiki xərclərin mühasibat
uçotu sənədlərində əks etdirilməsinin düzgünlüyü və tamlığının
yoxlanılması;
- qiymətli kağızlarla əməliyyatların sənədlərində əks olunmasının
düzgünlüyünün yoxlanılması;
- əsa vəsaitlərin və digər aktivlərin satışından əldə olunan
mənfəətin
(zərərin)
mühasibat
uçotu
sənədlərində
və
hesabatlarda əks olunmasının düzgünlüyünün yoxlanılması;
- satışdankənar əməliyyatlarla bağlı gəlir və xərclərin mühasibat
sənədlərində və hesabatlarda əks olunmasının düzgünlüyünün
yoxlanılması;
- məcmu mənfəətin həcmin düzgün müəyyənləşdirilməsinin
yoxlanılması;
- ƏDV – nin hesablanmasının və büdcəyə vaxtında ödənilməsinin
düzgünlüyünün yoxlanılması;
- əmlak vergisinin düzgün hesablanmasının yoxlanılması;
- müəssisənin ödəyicisi
olduğu digər vergilərin düzgün
hesablanmasının və büdcəyə ödənilməsinin yoxlanılması;
- vergi güzəştlərindən istifadə edilibsə, buna müəssisənin
hüququnun olub-olmamasının yoxlanılması;
- nağd pul vəsaitlərindən istifadə ilə bağlı hesablamaların
aparılmasının yoxlanılması;
- əgər fəaliyyət üçün lisenziya tələb olunursa, lisenziyanın olub-
olmamasının yoxlanılması və s.
Yoxlanılan təşkilatın fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq
yoxlama proqramına digər məsələlər də daxil edilə bilər.
Səyyar vergi yoxlaması vergi orqanın qərarıan əsasən həyata
keçirilir. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı
tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı
15
Dostları ilə paylaş: