və vergi güzəştindən istifadə hüququnun olub-olmaması
yoxlanılır;
- vergitutma bazasının hesablanmasının düzgünlüyünə nəzarət.
Bu zaman vergitutma bazasının düzgün müəyyənləşdirilməsi
yoxlanılır.
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin
hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına
təqdim edildiyi gündən 30 gün müddətində keçirilir.
Kameral vergi yoxlaması zamanı vergi orqanı aşağıdakı qaydalara
əməl etməlidir:
1. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi
bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və
ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat,
sənəd və izahat tələb edə bilər.
2. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin
düzgün hesablanmaması müəyyən edildikdə vergi ödəyicisində 5 gün
müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin
hesablanmasında dair bildiriş göndərilir. Bildirişdə hesablamanın
səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ göstərilir.
3. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni mühaşidə
keçirilməsi barədə müraciət daxi olan dövrədək xronometraj metodu ilə
sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas
götürülə bilər.
Kameral vergi yoxlaması zamanı vergi orqanı 1 və 2 bəndlərində
müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar
vergi yoxlaması keçirilən zamanvergi orqanının təklifi əsasında həmin
yoxlamanın keçirildiyi vaxta qədər yol verildiyi səhvləri 30 gün
müddətində düzəltmək hüququ vardır və o, həmin müddət bitənədək, yol
verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi
istisna olmaqla) məsuliyyət daşımır.
Dostları ilə paylaş: