Vergi ödəyicilərinin uçot məlumatlarıda dəyişikliklər onların
Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri
ərizə əsasında aparılır.
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı
hallarda mümkündür:
- fəaliyyətinə xitam verildikdə;
- məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada
itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
- vəfat etdikdə.
Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq
edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı
şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank
idarələrinə məlumat verməlidir.
Uçot məlumatları əsasında Vergilər Nazirliyi vergi ödəyicilərinin
vahid dövlət reyestrini Vergi Məcəlləsinə müvafiq olaraq aparır.
Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların
uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki
məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya)
elektron yazıları formasında aparılmalıdır.
Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi
ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini
təşkil edir.
Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar
yuxarıda göstərilən qaydada olduqları yer üzrə vergi orqanlarında uçota
alınırlar.
Vergi ödəyicisinin uçota alınması barədə ona şəhadətnamə verilir.
Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnaməni aldıqdan
sonra, bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir.
Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec
olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən
şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri
nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi
tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması Vergilər
Nazirliyi tərəfindən təsdiq edilir.
Bank hesabının açılması üçün şəhadətnamə-dublikat vergi
ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu
olmadıqda verilir.
Dostları ilə paylaş: