FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə68/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   64   65   66   67   68   69   70   71   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
49


həyata  keçirilməsi  məqsədilə  yaradılan  bölmələri  ayrıca  uçota  alına  və 
onlara VÖEN verilə bilər. 
 
Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan 
həyata  keçirən  fiziki  şəxsin  (fərdi  sahibkarın)  vergi  ödəməsi  vəzifəsini 
şərtləndirən  halların  olub-olmamasından  asılı  olmayaraq  onlar  vergi 
orqanında vergi ödəyicisi kimi uçota alınır. 
 
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən 
onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi 
orqanına  ərizə  hüquqi  şəxsin  dövlət  qeydiyyatına  alındığı  gündən, 
Azərbaycan  Respublikasında  filial  və  nümayəndəlik  vasitəsi  ilə 
sahibkarlıq  fəaliyyəti  həyata  keçirildikdə  isə  filial  və  nümayəndəliyin 
yaradılmasından  sonra  30  gün  müddətində  verilməlidir.  Dövlət 
qeydiyyatını  həyata  keçirən  orqan  göstərilən  şəxslərin  dövlət 
qeydiyyatına  alınması  barədə  onlara  qeydiyyat  sənədləri  ilə  birlikdə 
həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verir. 
 
Daimi  nümayəndəliyin  vergi  orqanlarında  uçota  alınması 
Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  üçün  müəyyən  edilmiş 
qaydada həyata keçirilir. 
 
Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən 
fiziki  şəxs  ərizəni,  sahibkarlıq  fəaliyyətinə  başladığı  günədək  vergi 
orqanına verməlidir. 
 
Ödəmə  mənbəyində  vergiyə  cəlb  olunması  nəzərdə  tutulmayan 
(tutulması  mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan 
fiziki şəxslər yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda 
gəlir  əldə  edən  rezident  fiziki  şəxslər  ərizəni  gəlir  əldə  etmək  hüququ 
yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 
 
Vergi  ödəyicisinin  vergi  uçotuna  alınması  yerinin  müəyyən 
edilməsi  ilə  bağlı  çətinliklər  ortaya  çıxdıqda,  təqdim  olunmuş 
məlumatlar  əsasında  yuxarı  vergi  orqanı  tərəfindən  qərar  qəbul  edilə 
bilər. 
 
Vergilər  Nazirliyi  tərəfindən  müəyyən  edilən  iri  vergi  ödəyiciləri 
və xüsusi vergi rejimli müəssisələr Nazirlər Kabinetinin müəyyən etdiyi 
qaydada mərkəzləşdirilmiş uçota alına bilər. 
 
İri  vergi  ödəyicilərinin  və  xüsusi  vergi  rejimli  müəssisələrin 
mərkəzləşdirilmiş  uçotu  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin 
İri  vergi  ödəyiciləri  və  xüsusi  vergi  rejimli  müəssisələr  ilə  iş  üzrə 
Departament tərəfindən aparılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin