1. Vergi nəzarətinin növləri və formaları
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək
məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Sözün geniş mənasında
nəzarət qanunçuluğun təmin edilməsinin xüsusi üsuludur. Vergi nəzarəti
vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna habelə,
qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemdir.
Vergi nəzarətinin əsas vəzifəsi dövlətin iqtisadi təhlükəsizliyinin
təmin edilməsidir. Buna görə də vergi nəzarətinin əsas üsulları ilk
növbədə proqnoz, xəbərdarlıq, sonra isə cəza tədbirləri olmalıdır.
Vergi nəzarətini Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Vergilər
Nazirliyi və Azərbaycan Respublikasının Gömrük Komitəsi həyata
keçirirlər.
Yerli vergilərin qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam
və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları
tərəfindən həyata keçirirlər.
Vergi nəzarətinin növləri onların keçirilmə müddətində və
aparılma mənbəyindən asılı olaraq müəyyən edilir. Bunu sxematik
olaraq şəkildə olduğu kimi əks etdirmək olar.
Operativ nəzarət hesabat dövrü daxilində nəzarətdə saxlanılan
əməliyyat başa çatarkən onun kəmiyyət və keyfiyyət səciyyələrinə
uyğun olaraq həyata keçirilən nəzarətdir. Bu nəzarət üçün məlumat
mənbələri plan, operativ texniki, statistik və mühasibat məlumatlarıdır.
Dövri nəzarət müəyyən hesabat dövründə plan, smeta, normativ,
ilkin sənədlər, hesabatlar, uçot registrindəki qeydlər və s. mənbələrin
məlumatları əsasında həyata keçirilən yoxlamadır. Bu nəzarətin əsas
Dostları ilə paylaş: