FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə70/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   66   67   68   69   70   71   72   73   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
51


 
Vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnaməsinin 
forması  Maliyyə  Nazirliyi  ilə  razılaşdırılmaqla  Vergilər  Nazirliyi 
tərəfindən təsdiq edilir. 
 
Vergi  ödəyicisinin  olduğu  yer  və  ya  yaşadığı  yer  dəyişdikdə,  o, 
vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində 
ərizə  verməlidir.  Vergi  ödəyicisinin  vergi  uçotunda  olduğu  yeri  və  ya 
yaşadığı yeri dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 
gün  müddətində  həmin  vergi  orqanı  vergi  ödəyicisinin  yenidən  uçota 
alınmasını  (yəni  əvvəlki  vergi  orqanından  uçotdan  çıxarılması  və  yeni 
vergi orqanında uçota alınması) həyata keçirməlidir. 
 
Vergi  ödəyicisi  vergi  orqanında  uçota  alınmaq  üçün  verdiyi  ərizə 
formasında  olan  məlumatlarda  hər  hansı  dəyişilik  baş  verdikdə, 
dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat 
verməlidir. 
 
Hüquqi  şəxsin  ləğvi  və  ya  yenidən  təşkil  edilməsi,  hüquqi  şəxs 
tərəfindən  öz  filialının  və  ya  nümayəndəliyinin  ləğv  edilməsi, 
nümayəndəlik  vasitəsi  ilə  fəaliyyətinin  ləğvi,  fərdi  sahibkarın 
fəaliyyətinin  ləğvi  hallarında  uçotdan  çıxarılma  yuxarıda  göstərilən 
müddətlər  nəzərə  alınmaqla  vergi  ödəyicisinin  müraciətinə  əsasən 
həyata keçirilir. 
 
Uçota  alınma,  yenidən  uçota  alınma,  uçotdan  çıxarılma  ödənişsiz 
həyata keçirilir. 
 
Hər  bir  vergi  ödəyicisinə  bütün  vergilər  üzrə,  o  cümlədən 
Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  malların  keçirilməsi 
ilə  bağlı  ödənişlər  üzrə  Azərbaycan  Respublikasının  bütün  ərazisində 
vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. 
Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun 
eyniləşdirmə nömrəsini göstərir. 
Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında vergi haqq  – 
hesablarında,  bəyannamələrdə,  təsərrüfat  müqavilələrində,  hesab  – 
fakturalarda, 
qaimələrdə, 
nəzarət-kassa 
aparatlarının  çeklərində, 
məktublarda,  habelə  gömrük,  bank  və  bütün  digər  ödəniş  sənədlərində 
VÖEN-i mütləq göstərməlidirlər. 
Vergi  ödəyicilərinin  hər  hansı  tədiyə,  bank  və  gömrük  sənədində 
VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və 
gömrük  orqanları  tərəfindən  bu  sənədlərin  icra  üçün  qəbul  edilməsinə 
yol verilmir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin