FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə72/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   68   69   70   71   72   73   74   75   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
53


 
Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi 
sahibkarlara  yalnız  onlar  vergi  orqanı  tərəfindən  verilən  şəhadətnamə- 
dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar. 
 
Şəhadətnamə-dublikat  alındığı  tarixdən  10  gün  müddətində 
hesabın  açılması  üçün  istifadə  olunmadıqda  qüvvədən  düşmüş  hesab 
edilir. 
 
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi 
ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə 
bank  idarəsi  müvafiq  qeydləri  apardıqdan  sonra  onu  vermiş  vergi 
orqanına göndərir. 
 
Şəhadətnamə-dublikatla  yalnız  onda  göstərilmiş  bankda  (bankın 
filialında) hesab açmaq olar. 
 
Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 
gün  müddətində  qaytarılmadıqda,  vergi  orqanı  bunun  səbəblərini  vergi 
ödəyicisi  və  müvafiq  bank  idarəsi  ilə  dəqiqləşdirməlidir.  Şəhadətnamə-
dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş 
şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan 
alınmış  rəsmi  məlumata  əsasən  onun  etibarsız  olması  haqqında  vergi 
ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir. 
 
İstər  hüquqi  şəxslər,  istərsə  də  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olan  fiziki  şəxslər  Vergi  orqanlarında  qeydiyyatdan  keçdikdən  sonra 
istənilən bankda aşağıdakı sənədləri təqdim etməklə hesab aça bilərlər: 
 
- hesabın açılması barədə ərizə; 
 
-  müəssisənin  Ədliyyə  Nazirliyi  tərəfindən  qeydə  alınmış 
şəhadətnamə  və  nizamnaməsinin  notarial  qaydada  təsdiq  edilmiş  surəti 
(hüquqi  şəxs),  Statistika  Komitəsindən  verilən  şəhadətnamənin  əsli  və 
ya notarial qaydada təsdiq olunmuş surəti
 
-  vergi  ödəyicisinin  hesab  açılması  üçün  vergi  orqanından  və 
Dövlət Sosial Müdafiə Fondundan aldığı Şəhadətnamə-Dublikatı; 
 
-  notarial  qaydada  təsdiq  olunmuş  möhürün  əksi  və  imzaların 
nümunələri. 
 
Vergi  orqanından  və  Dövlət  Sosial  Müdafiə  Fondundan  alınan 
Şəhadətnamə-Dublikatın  bank  tərəfindən  doldurulan  hissəsi  vergi 
orqanına və Dövlət Sosial Müdafiə Fonduna qaytarılır.    
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin