İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə
eyniləşdirmə nömrələrinin verilməsi Azərbaycan Respublikası Vergi
Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin
vergi xidməti orqanı tərəfindən aparılır.
Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən
ərizə verilir.
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və
nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına
müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların
dövlət
qeydiyyatına
alınması
haqqında
şəhadətnamənin
və
nizamnaməsinin, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını
təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin
bir nüsxədə surətlərini və olduğu yer haqqında məlumatı vergi orqanına
təqdim etməlidirlər.
Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına
VÖEN verildikdən sonra uçota alınırlar.
Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi
tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi
ödəyicisi (onun rəhbəri) cavabdehdir.
Vergi ödəyiciləri olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə
birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer
haqqında məlumat təqdim edir.
Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda onların şəxsi
məlumatlarına onların adı, atasının adı, doğulduğu tarix və yer, cinsi,
yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları,
vətəndaşlığı haqqında məlumat daxil edilir.
Uçota alınmaq üçün ərizənin forması Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq olunur.
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna
alınması haqqında ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı 2
gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi
ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Şəhadətnamə itirildikdə və
ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında
şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin
üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd
aparılır.
Dostları ilə paylaş: