Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti
Fənn: Yeni Tarix
Mövzu:Avraam Linkolnun daxili və xarici siyasəti
İxtisas:Tarix
Kurs: II
Qrup:192206
Müəllim:Rəşad Abaslı
Tələbə:Xalilov Nəsir
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809Hodgenville, Kentukki, LaRue County – 15 aprel 1865 Vaşinqton) — Amerika Birləşmiş Ştatlarının 16-ci prezidenti (1861-1865). ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-da quldarlığın ləğvini təmin etmişdir.
Siyasi karyerası
1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi.
1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi.
1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir.
Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-ın tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-ın qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca “Sic semper tyrannis!” (tərcümədə: “Tiranların taleyi belədir”- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi.
Avraam Linkoln tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Avraam Linkolnun dörd illik prezidentliyi ərəfəsində Vətəndaş Müharibəsi ilə yanaşı ailəsində çətinliklərlə üzləşməsi təsadüfi deyildi. Bir oğlunu erkən yaşlarında itirmiş Linkoln Ağ Evdə məskunlaşarkən digər üç oğlu arasında xeyli yaş fərqi var idi: Robert 17, Uilyam 10, Tomas isə 7 yaşında idi. Robert bu ərəfədə Harvard Universitetində təhsil alırdı və periodik olaraq valideynlərini ziyarət etmək üçün paytaxta qayıdardı. Ata Linkoln konservativ (Respublika) partiyanı təmsil etsə də, uşaqları və yoldaşına qarşı çox liberal yanaşırdı və uşaqları tam sərbəst şəkildə böyütməyin tərəfdarı idi. Bu isə xanım Linkolna çox narahat edirdi və bir neçə hallarda şikayətlərini eşitməyən ərindən Senatorların xanımlarına ünvanlanan məktublarda şikayətlənərdi. Hamının sevimlisi olan Uilyam 11 yaşında xəstəlikdən vəfat etməsi ailəyə ağır zərbə olmuşdu və üç il sonra atası da teatrda güllələnmişdir. Prezidentin ölümündən sonra Avraam Linkoln partnyoruna müsabiqə verən Mrs. Linkolnun sözlərinə əsasən ərinin işlə bağlə çətinliklərinə baxmayaraq ailəsinə münasibəti heç vaxt dəyişməzdi. Çox keçmədən Tomas da 18 yaşında ağciyər xəstəliyindən vəfat etdi. Universiteti bitirən Robert atasının vəfatından sonra cəbhədən geri dönmüş və anası ilə birlikdə Çikaqoya köçüb atasının yolunu davam etdirmişdir (Avraam Linkoln məşhur vəkil idi). Mary Harlanla evləndikdən sonra üç uşaq atası olan Robert özünü idarə edə bilməyən anasını 1875-ci ildə dəlixanaya məhkum etdirdi. Daha sonra hökumətdə mühim vəzifə tutan Robert Prezident Ceyms Qarfildin və Prezident Uilyam Mak-Kinlinin sui-qəsdinin şahidi olur. Bununla mövcudluğunun prezidentlərə düşərli olmadığını müəyyən edir və iş həyatını tərk edərək ölümünə qədər (1926) atasının xatirələrini mühafizə etməyi qərar verir.
Dostları ilə paylaş: |