“Kənd təsərrüfatı texnologiyaları” fənnin tədrisinin məqsəd və hədəfi
Kənd təsərrüfatı texnologiyaları fənni kənd təsərrüfatının kompleks mexanikləşdirilməsində torpaq-iqlim şəraitindən, kənd təsərrüfatı bitkisinin fiziki-mexaniki xüsusiyyətindən asılı olaraq, müxtəlif texnologiya və texniki vasitələrin istifadəsindən bəhs edir. Fənnin məqsədi müxtəlif kənd təsərrüfatı işlərinin kompleks mexanikləşdirilməsində tətbiq olunacaq texnologiya və texniki vasitələrdən səmərəli istifadə qaydalarını tələbələrə aşılamaqdır.
Tələbələr torpağın iqlim şəraitinə və əkiləcək bitkinin xüsusiyyətinə uyğun olaraq əkindən məhsul yığımına qədər istifadə olunacaq səmərəli texnologiya və texniki vasitələrin seçilməsi, məhsuldarlığın yüksəldilməsi və istehsal olunan məhsulun maya dəyərinin aşağı salınmasını təmin edən şərtləri öyrənəcəklər.
İstifadə olunacaq texnologiya və lazımi texnikanın tətbiqi görülən kənd təsərrüfatı işlərinin icra olunması üçün daha yaxşı nəticəyə görə təcrübə əldə etməyə və gələcəkdə qarşıya çıxacaq məsələlərin düzgün həllinə imkan yaradacaq.
“Kənd təsərrüfatı texnologiyaları” fənni təlim nəticələri
1.Kənd təsərrüfatı texnologiyaları fənnində torpağın əsas becərilməsinin növləri və xassələrini, şumun növləri və istifadə olunan texniki vasitələrini, malaların siniflərini, quruluşunu və işini, yumuşaldıcıların növləri və təyinatını, cərgəarsı becərmədə istifadə olunan gübrəsəpən və dibdolduran işçi orqanların quruluşunu, məhsulların yığımına verilən aqrotexniki tələbləri öyənmək.
2.Səpinqabağı və səthi becərmədə istifadə olunan malaların, başdan başa becərmə kultivatorlarının, suvarma maşınlarının, ağır diskili malaların siniflərini, quruluşunu, təyinatını, işçi orqanlarını, istifadə qaydalarını və iş prinsiplərini analiz etmək
3.Bitki toxumunun əkilmə üsulları, toxumunsəpən və ştilbasdıran, ot yığan maşınların sinifləri və səpici aparatları, ot və yem istehsalı texnologiyasında istifadə olunan texnika vasitələrini tətbiq etmək
4.Anbarlarda qalmış gübrələrin istifadəyə yararlı hala gətirilməsini, mineral, üzvü və müxtəlif mineral gübrələrin torpağa verilmə texnologiyasını, çiləyicələrin siniflərini təhlil etmək
5.Taxılyığan CK-5 “НИВА”, taxılbiçən CK-6 “KOЛОС”, qarğıdalıyığan KOP-1,4 B “Херсон-7”, kombaynının quruluşu və istifadə qaydasının, taxıl təmizləyən və qurudan maşınlar kompleksinin sintezi
6. Əldə olunmuş bilik və bacarığı, onları sintez ve tehlil etmə qabiliyyətini, təhsilalanların irəliləyişini və nəliyyətlərini qiymətlndirmək