Fənnin adı: Biznesin planlaşdırılması Mövzu


Adı Qısa xarakteristikası



Yüklə 47,41 Kb.
səhifə2/4
tarix29.12.2021
ölçüsü47,41 Kb.
#48992
1   2   3   4
referat 2547

Adı


Qısa xarakteristikası

K. Endryusun yanaşması


Təşkilatın hazırkı vəziyyətinin onun daxili potensialının və xarici mühitin inkişaf meylinə uyğunlaşdırmaq vasitəsilə təşkilatın gələcək vəziyyətinin müəyyən edilməsi



M. Porterin yanaşması


Sahədə rəqabətin təhlili nəticəsində təşkilatın məqsədli vəziyyətinin müəyyən edilməsi. Bu zaman gələcək vəziyyət təşkilatın rəqib mövqeləri ilə əlaqələndirilir



Bennis və Neymusun yanaşması



Lider öz təşkilatının məqsədi vəziyyətini görməyi bacarmalıdır

K. Proalad və Q. Xmelin yanaşması



Təşkilatın məqsədli vəziyyəti fərqli qabiliyyətin təzahür etdiyi vəziyyət kimi

Səmərəli inkrimentalizm


Təşkilatın məqsədli vəziyyəti təşkilatı böhranın imtina olunması kimi



Liderin arxasınca qaçmaq


Təşkilatın məqsədli vəziyyəti sahə liderinin vəziyyəti kimi



Kennet Endryus Harvard biznes məktəbinin bir neçə alimləri ilə birlikdə təşkilatın hazırkı vəziyyətini onun daxili potensialının və xarici mühitin inkişaf meyillərinə uyğunlaşdırmaq vasitəsilə onun gələcək inkişafını müəyyənləşdirməyi təklif edir.

Onun yanaşmasında mərkəzi yeri SWOT təhlili, yəni təşkilatın güclü və zəif tərəfləri, imkanları və ətraf mühitin təsiri nəticəsində inkişaf təhlükələri ətraflı təhlili təşkil edir. Təşkilatın güclü və zəif tərəflərinin və daxili potensialının qiymətləndirilməsi onun fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.

M. Porterin yanaşması sahənin mövcud vəziyyətinin təhlili nəticəsinə əsaslanmağa imkan verir, hansı ki, müəssisənin biznes fəaliyyəti həyata keçirilir və onun gələcək vəziyyətinin əsasını müəyyən edir. M.Porterin yanaşması K.Endryusun ideyasının özünəməxsus inkişaf etdirilməsidir. Burada, həmçinin mahiyyətcə söhbət müəssisənin daxili vəziyyəti ilə xarici mühitin dəyişilməsi arasında ən yaxşı uyğunlaşmanın müəyyənləşdirilməsindən gedir.

M.Porterin fikrincə sahədə vəziyyəti müəyyənləşdirən beş rəqabət qüvvəsi, yəni satıcının baza hökmranlığı, sahə rəqabətinin intensivliyi, yeni iştirakçılardan gələn təhlükələr, məhsul və xidmətlərdən təzahür edən təhlükələr vardır.

Bennis və Neymusun yaşaması təşkilatın gələcək vəziyyətini perspektivdə lider və biznesin inkişaf imkanlarını görməsi kimi, sahibkarın bacarığının təzahürü kimi, yəni xüsusi incəsənət növü kimi təqdim etməsinə əsaslanır.

Strateji idarəetmə nəzəriyyəsinin inkişafında K.Proalad və Q.Xmelin “Korporasiyanın fərqli xüsusiyyətləri” əsəri mühüm töhfə oldu. Bu əsərdə faktiki yanaşmalar əks olunmuşdur. Hazırkı vaxtda bu yanaşma menecerlər və idarəetmə sahəsində problemləri üzrə tədqiqatlar tərəfindən çox müsbət dəyərləndirilir. Bu yanaşma təşkilatın gələcək vəziyyətini elə səviyyədə görməyi nəzərdə tutur ki, bazarda və biznesdə tanıdan, investorlar üçün cəlbedici edən və rəqiblərin təsirindən kifayət qədər qoruya bilən onun xüsusi, fərqli qabiliyyəti olsun. Bu zaman strateji idarəetmə prosesi fərqli qabiliyyətin inkişafına istiqamətlənmiş proses mənasını daşıyır.

Biznesin strateji planlaşdırılmasında və idarə edilməsində müxtəlif klassik modellərdən istifadə olunur.

Strateji planlaşdırma modellərinin qısa xarakteristikası.



Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin