FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə44/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   40   41   42   43   44   45   46   47   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

İkinci öyrətmə taktikası:

Hissələri, tamları, tərkib və nişanıları, işarələri təhliletmə əsasında öyrətmə




MÖVZU 7:

SAVAD TƏLİMİNDƏ ƏYANİ VƏSAİT VƏ DİDAKTİK MATERİALLARDAN İSTİFADƏ

Pəan:

    1. Savad təlimində mənimsətmədə müəllimin möbqeyi

    2. Mənimsətmədə rəsmlər və təsvirlərdən, Sxem və illüstrasiyalardan, cədvəllərdən istifadə üsulları

    3. Fonometik təhlil üzrə sxemlər və işarələrdən istifadə

    4. Ana dili (IV sinif) Mövzu üzrə öyrətmə: “Nəsirəddin Tusi ilə bostançı” Standartlar Təhlil və mənimsətmədə

    5. Qruplar üzrə işin metodikası

    6. Nəticə


1. Savad təlimində mənimsətmədə müəllimin möbqeyi.

Müəllimin dərsdəki mövqeyi haqqında yazan alimlər onun “bələdçi” – yəni bilik öyrənmək yolunda şagirdlərin qarşısında şam yandıran, amma dərk etməni onun öz öhdəsinə buraxan şəxsdir. Avropa təhsil sistemində müəllimin bu fəaliyyəti fasilitator adlanır. Ingilis mənşəli bu sözün mənası əlverişli şərait yaradan deməkdir. Bu da əhəmiyyətli məqamdır. Deməli, müəllimin sinifdə yaratdığı situasiya elə olmalıdır ki, müzakirə mövzusuna çevrilən problem ətrafında hamı fikir söyləyə, öz düşüncələrini bölüşə bilsin. Fasilitator müəllim sadəcə bilik vermir, özü də tədqiqatçıya çevrilir, müzakirə prosesində onu şagirdlərdən seçmək çətin olur. O, sadəcə liderdir. Uşaq göyə buraxdığı çərpələngin ipini əlində möhkəm saxladığı kimi, müəllim də müzakirələrin ümumi ahəngini bir məcraya yönəldir. Sinifdə şagirdlər müxtəlif qruplara bölünəndə h ər bir qrupun lideri oranın fasilitatoruna çevrilir. Beləliklə əgər beş qrup varsa, deməli sinifdə altı fasilitator var. Bunlardan beşi qrupların liderləri, altıncısı isə müəllimdir. Gənc tədqiqatçı, müasir təlim texnologiyalarının bilicisi Zülfiyyə Veysova yazır: “Bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdlərin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur”. Şübhəsiz ki, sinifdə problemli vəziyyət yaratmaq müəllimin aldığı bilikdən, dünyagörüşündən, elmi-pedaqoji səviyyəsindən çox asılıdır. Çünki problemin həllinə qoşulan 7-8 yaşı t əzəcə tamam olan uşaqdır. Onun dünyagörüşü də, məsələlərə münasibəti də müəlliminki qədər deyil. Müəllimin pedaqoji ustalığı burada meydana çıxır. Problemin həllində bələdçi olan müəllim biliklərin əldə olunması yollarını göstərir.

1. Hərf və s əslərin ümumiləşdirici cədvəli. Hər bir hərfi keçərkən müəllim ümumiləşdirici cədvəli doldurur. Bu cədvəl sinifdə daima asılır və şagirdlərin əldə olunan bilikləri sistemli şəkildə qavrayıb yadda saxlamağa kömək edir. 2. Motivasiya zamanı istifadə olunan cədvəl. Bu cədvəldən dərslikdə verilən şəkil əsasında fərziyyələrin üzə çıxarılmasında vasitə kimi istifadə edilir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin