2. Sintetik metod: Tərkiblər üzrə təlim: səs tərkibi; b) hərf tərkibi; c) hərf-səs tərkibi.
Səs tərkibi üzrə metodla şagirdlərə sözlərdəki səslər haqqında məlumat veilir, onların növləri, tələffüz məxrəcləri ilə bağlı xüsusiyyətlər təhlil edilir.
Hərf tərkibi üzrə metodda hərflər, onların şəkilləri (yazı, çap; böyük, kiçik olmaları), qrafik işarələri, yazı və oxu üzrə dil və oxu cəhətləri öyrədilir.
Hərf-Səs tərkibi: sözlərdə fonetik və qrafiki əlamət-nişanlar üzrə bilgilər-məlumatlar və izahlar verilir: səslər və hərflər tərkib əlamətlərinə və nitqdə, yazıda ifadə cəhətləri üzrə təlim edilir. Bu həm də heca metoduna aiddir.
Hər üç növdə səsin və hərfin tərkib xüsusiyyətləri ilə bağlı ilkin məlumatlar-bilgilər öz əksini tapır; bu zaman səslərin və hərflərin tərkibolma və tərkibyaratma xüsusiyyətlərinin praktiki baxımdan tədrisi məsələsi öyrədilir.