MÜHAZİRƏNİN GEDİŞİ:
Savad təlimi ana dili tədrisinin başlanğıc mərhələsidir. Savad təlimi Dil və öxu üzrə təlimin-təhsilin bünıvrəsidir. Savad təliminin bu mərhələsi əlifba tıliminə hazırlıq dövrüdür. Bu mərhələyə proqramda 20 saat ayrılır.
Savad təlimi dil, pedaqogika və psixologiya ilə bağlıdır.
Savad təlimi 3 dövrə ayrılır:
Əlifba təliminə hazırlıq dövrü.
Əlifba təlimi dövrü.
3. Əlifba təlimindən sonrakı dövr (oxu və yazı texnikasını təkmilləşdirmə dövrü).
Savad təliminin məqsədi:
şagirdləre Nitq, oxu, yazı üzrə bilik və bacarıq vərdişləri aşılamaq;
şagirdlərə dilimizin ilkin qrqmmatik, yazı və oxu vərdişləri üzrə ilkin əlamətləri mənimsətmək;
şagirdlərin təfəkkür və idrak qabiliyyətlərini inkişaf etdirmək.
Savad təliminin əsas vəzifələri:
ana dilimizin səs-hərf, söz-cümlə, fikir-məna özəlliklərinə dair maraqlarını artırmaq, dil-nitq vərdişlərinə yiyələnmək üçün uşaqlarda rəğbət və məhəbbət oyatmaq;
uşaqlarda Danışmaq, ifadə etmək, dinləmək qabiliyyətlərini genişləndirmək və inkişaf etdirmək;
sözləri, cümlələri, mətnləri düzgün, səlis, bütöv sözlərlə oxumağı, sözləri düzgün tələffüz etmək qabiliyyəti təlqin etmək;
nitq prosesində ifadəli oxu və ədəbi tələffüz, rabitəli danışmaq bacarığı aşılamaq;
hərfləri düzgün, gözəl, sürətli yazmaq vərdişlərini təkmilləşdirmək;
Üzündənköçürmə, imla yazmağı öyrətmək;
ətraf aləmlə bağlı olaraq, şagirdlərin xəyal, təsəvvür və idrak qabiliyyətlərini formalaşdırmağa çalışmaq, onların təəssürat duyğularını zənginləşdirmək.
METODLAR
Savad təlimində elmi-tətbiqi baxımından. əsasən, üç təlim metodu haqqında bəhs edilmişdir:
|