FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə49/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   45   46   47   48   49   50   51   52   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

MÜHAZİRƏNİN GEDİŞİ:

Savad təlimində ikinci mərhələ əlifba təlimidir. Əlifba təliminə proqramda 146 saat ayrılıb. Ən geniş təlim mərhələsidir.
1. Əlifba təliminin birinci mərhələsi.

Əlifba təlimi hərflər, səslər, hecalar, sözlər üzrə yazı və oxu qaydalarını mənimsətmək vəzifəsi daşıyır.

Dərslikdəki düzülüşə görə əlifba təlimi dövrü,əsasən, üç mərhələdən ibarətdir.

Birinci mərhələdə şagirdlər:

- oxu və yazı vərdişlərinə yiyələnirlər;

-qrammatik, fonetik qaydaların yazılı şəkildə ifadəsi ilə tanış olurlar:

Bu zaman asan tələffüz olunan və işlək olan

-səslər təqdim olunur:

-hecalar təqdim olunur:

-sözlər təqdim edilir:

* Sözlər, onların səs tərkibi ilə bağlı qaydalar üzre öyrədilir.

Bunun üçün sözü əmələ gətirən səslər və hecalar ayrılır:

səslərin söz vahidində yeri və rolu, işlək imkanları ilə bağlı məlumatlar əldə edirlər:

şagirdlərə elmi-fonoloji qaydalar haqqında ilkin qaydalar öyrədilir; məsələn: a-na, ot, od, o-dun, at, tut, ay, Ay-dın, aç, a-çar; yay, yay-da və s. sözlər üzrə hərflər və səslər haqqında məlumatlar, əlamət və xüsusiyyətlər təsnif edilir.

* Oxu qaydası üzrə vərdişlər:

Heca üzrə oxu:

iki hərfli sözlərin ayrı-ayrı hərflər üzrə deyil, bütöv oxusu:

Şagird səsin samit və sait cinsləri haqqında məlumat alır:

sözlərdə səslərin mövqeyinə dair cəhətləri fərqləndirirlər: ot-at, ad. Dad, əl, əl-ə, el-bel-yel-sel-tel; yol-qol-sol; çöl-böl-göl və s.



    • Hərflərin (sözlərin) həm əlyazısı, həm də çap şəklində yazılması öyrədilir:

Aa, Tt, Nn, Mm, Dd, Bb, Yy, Əə, Ee

Hərflərin böyük və kiçik formalarının yazı və çap şəkillərini yazmaq öyrədilir.

Tələb: hecalarla oxutmağa alışdırmaq;

Oxunu şüurlu şəkildə anlamaq;

Sözləri qrammatik baxımdan şüurlu şəkildə anlamaq.

İş prosesi:

Dərslikdəki tapşırıq və çalışmalar üzrə iş;

Dərslikdəki şəkillər üzərində iş aparılmalı: əşya şəkiləri və onların adları, süjetli şəkillər üzrə iş;

Lüğət üzrə iş aparılmalı.

Şagirdlər şəkillər və ayrı-ayrı sözlər üzrə rabitəli cümlələr qurmalı, şifahi və yazılı mətnlər hazırlamağı (söyləməyi) bacarmalıdırlar.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin