FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə6/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   2   3   4   5   6   7   8   9   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

MÜHAZİRƏNİN MƏTNİ:

Ana dilinin tədris metodikası ayrı-ayrı fənlər, elm sahələri ilə bağlı struktur semantikaya malikdir. Elmi-nəzəri və praktiki-tətbiqi prinsiplərinə görə, ana dilinin tədrisi metodikası öyrətmə, mənimsətmə vəzifələrini də həmin elm sahələrilə bağlı aspektdən yerinə yetirir. Buna nəzərən, ana dilinin tədrisi metodikasının əlaqədar olduğu elm sahələrinə dair elmi-metodoloji, təcrübi və tətbiqi məsələlərə diqqət yetirmək gərəkdir:



Dilçiliklə əlaqəsı:

Ana dilini tədris etmək, birinci növbədə Azərbaycan dilini (Azərbaycan türkcəsini) tədris etmək deməkdir. Dilçilik dil haqqında elm deməkdir. Azərbaycan dilinin bütün fonetik, qrammatik, leksik-semantik xüsusiyyətlərinin təlimi zamanı, sözsüz ki, dilçiliyi maraqlandıran və məşğul edən elmi-nəzəri münasibətlər, qanun-qaydalar, qrammatik tələblər təqdim edilir. Məsələn, fonetikanın təqrisi zamanı fonetik qanun və qaydalar, söz yaradıcılığının tədrisində sözlərin məna və tərkib xüsusiyyətləri kimi məsələlər elmi cəhətdən izah edilir. Morfologiya, sintaksisin tədrisi əvvəlki qrammatik-elmi mənimsətmələrin üzərində qurulur. Səsdən sözə, sözdən cümləyə, cümlədən fikir və üsluba dair bütün məsələlərin izahı məhz dilçiliyin tərkib semantikasına daxildir.

Qrammatika:Təsviri qrammatika; tarixi qrammatika üzrə məlumatlar dil dərslərinin nəzəri strukturunda əsas yer tutur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin