C.Məmmədovun «Qatar» şerini daha sürətlə oxumaq lazım gəlir.
Qatar gəlir, uzaqdan,
Tak – tak, tak – tak – tak!
Gözləyirəm bayaqdan
Tak – tak, tak – tak, tak- tak – tak!
Qatarın sürətini, onun təkərlərinin səsini yalnız sürətli oxu ilə vermək mümkündür.
Bəzən bir mətində sürət bir neçə dəfə dəyişə bilər. M.Müşfiqin «Şəngülüm, Şüngülüm, Məngülüm» şerindən götürülmüş aşağıdakı parçanın əvvəli yavaş – yavaş oxunur: