FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Allı,// əlvanlı güllərim// açılın!



Yüklə 0,72 Mb.
səhifə81/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   77   78   79   80   81   82   83   84   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

Allı,// əlvanlı güllərim// açılın!

(A. Səhhət)

Klassik poeziyada, adətən, hər bir misrada fikir tam və ya qismən tamamlanır. Oxucu hər bir sətrin axrında dayanır. Belə şerlərdə ritmi gözləmək də asan olur.

Bəzən fikir iki və ya üç misrada tamamlanır:

İnsan insanla,

Dosta inamla,

Yaşar dünyada.

Dostluğun gücü,

Qüdrəti vardır.

Həmdəmi, dostu

Olan insanın

Qəlbi bahardır.

(İ.Tapdıq)

Bəzən yeni fikir misranın ortasında başlanır:

Evimizdə\ mən hamıdan

Çox sevirəm / nənəmi//.

Qış gecəsi / dizi üstə/

Oturdaraq / o məni/

Heç yorulmur. // Şirin – şirin/

Gah o mənə / mahnı deyir/,

Gah ceyrandan danışır//.

(G.Fəzli)

Bu parçada «Qış gecəsi dizi üstə oturdaraq o məni heç yorulmur» cümləsi üç misrada verilmişdir, lakin kiçik fasilələrlə birnəfəsə oxunur.

Bəzən bir bənddə fikirbir cümlə ilə verilir:

Hər zəmidən /bi sünbül/,

Hər bağçadan /çiçək, gül/

Toplayıb / qucaq- qucaq,/

Gəl uçaq, uçaq, uçaq!

(Ə.Cəmil)

Bəzən məntiqi vurğudan asılı olaraq eyni şeri həm ikiölçülü, həm də üçölçülü oxumaq mümkündür.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin