35. Nitqin ekspressivliyi
Ekspressivlik (mənalılıq, təsirlilik, ifadəlilik) nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır.
Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir.
Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ, şəkil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə.
Dostları ilə paylaş: |