Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə28/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
KOMMUNİKASİYA (1)

36. Nitqin emosionallığı

Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır:

1) hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.);

2) deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz, fırıldaq, əziz);

3) neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək - sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.);

4) məcazi mənalı sözlər və birləşmələr;

5) sintaktik və morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.;

6) emosional nidalar və ədatlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha).

Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün emosional boyalarını iki böyük qrupda əks etdirmək olar:

a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli, adi və s.);

b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s).


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin