Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə31/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
KOMMUNİKASİYA (1)

39. Nitqin münasibliyi

Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir.

Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən, səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.

Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir və təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmiş vaxt ərzində nəzərdə tutduğu məzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.

Nitq şəraitinin müəyyənləşdirilməsi, ona müvafiq mühazirə oxumaq və digər praktik işləri həyata keçirmək hamıdan çox müəllimə lazımdır. Bəzən ali, həm də orta məktəb həyatında tələbələrin (şagirdlərin) məşğələlərdə passivliyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şikayətlənirlər. Belə neqativ hallar tələbələrin (şagirdlərin) bilik səviyyəsini, marağını, istəyini bilməyən, öz üzərində işləməyən, məşğələlərə zəif hazırlaşan müəllimlərin dərs dediyi auditoriyalarda daha çox müşahidə olunur. Müasir tələbə (şagird) geniş informasiya tutumuna malikdir. Köhnə, saralmış konspektlərdəki məlumatlar auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda müəllimin nəzəri və praktik hazırlığı elə bir səviyyədə olmalıdır ki, tələbələrin (şagirdlərin) marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, mühəndisin, həkimin, yazıçının, siyasi xadimin və başqalarının auditoriyada söylədikləri nitq bir-birindən fərqlidir. Alimin danışığında ifadəlilik həddən artıq az olur, fikir daha çox mürəkkəb cümlələrlə, tərkiblərlə , terminlərlə ifadə edilir. Müəllimin nitqi auditoriyanın səviyyəsinə uyğun qurulur. Aydınlıq, yığcamlıq, səlislik, dəqiqlik və s. müəllimin danışığının başlıca keyfiyyətləridir. Geniş təfərrüat, həddindən artıq ifadəlilik, pafos, məzmuna uyğun olmayan jest, digər mənalı hərəkətlər müəllimin nitqi üçün xarakterik deyildir. Mitinqlərdə, geniş kütlə qarşısında çıxış edən natiqin danışıq tərzi, xüsusən sintaksisi digərlərindən fərqlənir. Belə natiqin cümlələri, əsasən, qısa olur, o, danışığında mübariz şüarlara, çağırışlara, sual və nida cümlələrinə, canlı sözün təsirini, effektliyini artıran digər vasitələrə (inversiya, ritorik sual və s.) daha çox üstünlük verir.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin