Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə40/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
KOMMUNİKASİYA (1)

57. Məişət üslubu

Məişət üslubu — gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi damşıq dilidir -insanların bir-biri ilə hal-əhval tutduğu dildir. Məisət üslubu kitab-qəzet dili deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədəbi düin gündəlik davranışda işlənən şifahi nitq formasıdır.

Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məktəbdə dərs zamanı müəllim də, şagird də bu üslubda danışrr, bu üslubda öz fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı ədəbi dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki ilə müqayisədə fərqlənir.

Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə etdiyi dil, üslub nəzər+də tutulur. Məişət üslubunun sərbəstliyi və yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstətirir. Dialoji nitqdə intonasiya və jest — hərəkət mühüm rol oynayır, yarımçıq cümlələr çox işlədir.

Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq — aşkar özünü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə. Sabir, C. Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan — canlı danışıq dilindən uğurla bəhrələnmişlər.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin