Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Rəsmi üslub (61. İşgüzar üslub)



Yüklə 116,06 Kb.
səhifə43/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
KOMMUNİKASİYA (1)

60. Rəsmi üslub (61. İşgüzar üslub)

Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.

Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır.

Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.

Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır.

Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir.



Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:

dilin maksimum mükəmməlliyi;

— fikrin tam aydınlığı;

— fıkrin (sözlərin) birmənalılığı;

— fikrin hüquqi cəhətdən əsaslılığı (əsas1landırılması);

— dil yığcamlığı.

Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.

İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi — işgüzar üslubun şifahi forması olmur.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin